Rusiya mediasından ŞOK İDDİA - Əsəd qaçmazdan əvvəl Suriyadakı hərbi hədəflərin koordinatlarını İsrailə verib...
Dekabrın 8-də Suriyada 61 illik Bəəs rejiminin lideri Bəşər Əsəd müxalifətin əməliyyatları nəticəsində devrildi. Dəməşqdən qaçan devrilmiş lider Əsəd gözlənildiyi kimi ən böyük dəstəkçilərindən biri olan Rusiyaya sığındı.
Rusiyanın Tass xəbər agentliyinin Türkiyədəki mənbələrə istinadən iddia edib ki, Bəşər Əsəd ölkədən qaçmazdan əvvəl Suriyadakı hərbi hədəflərin koordinatlarını İsrailə təhvil verib.
Əsəd Moskvaya qaçdıqdan dərhal sonra İsrailin Suriyadakı hərbi obyektlərə zərbələr endirməsi də diqqət çəkir.
Əsədin qaçarkən verdiyi koordinatlar müqabilində İsraildən hədəf alınmayacağına dair zəmanət aldığı bildirilir.
TAHİR