Bakıda obyekt yanıb - FHN açıqlama yaydı
“Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub”. Bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Mətləb