"Şamaxı" "Kəpəz"ə, "Zirə" "Sumqayıt”a qarşı
Futbol üzrə Misli Premyer Liqasında 15-ci tur çərçivəsində bu gün daha 2 görüşü keçiriləcək. Əvvəlcə "Şamaxı" öz meydanında "Kəpəz"i qəbul edəcək. Günün son oyununda isə "Zirə" "Sumqayıt”ı qəbul edəcək. Dünən “Sabah”ın qələbə qazanmasından sonra Rəşad Sadıqovun komandası turnir cədvəlində beşinci pilləyə enib. Son 3 oyununda uduzan “Zirə” bu gün qələbə qazanmaqla yenidən dördüncü pillədə qayıdacaq.
Sevinən tərəf “Sumqayıt” olsa, o zaman Vaqif Cavadovun komandası “Zirə” ilə xal fərqini minimuma endirəcək. Gənc məşqçinin gəlişindən sonra “Sumqayıt” keçirdiyi 5 qarşılaşmadan 3-də qələə qazanıb.
Qeyd edək ki, tura sabah keçiriləcək “Neftçi” - “Qarabağ” matçı ilə yekun vurulacaq.
Mətləb