Nüfuzlu “Diplomatic World Sweden” saytı COP29 haqqında yazıb
“Diplomatic World Sweden” saytı noyabrda Bakıda keçirilən iqlim sammitinə məqalə həsr edib. “Bakıda keçirilən tarixi COP29 iqlim konfransından sonra dünya nəhayət bir ümid şüası tapır” sərlövhəli məqalənin müəllifi qeyd edir ki, forum iqlim dəyişikliyi ilə qlobal mübarizədə tarixi hadisəyə çevrilib. Konfrans iştirakçıları 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə yardım üçün hər il 1,3 trilyon dollar toplamaq məqsədi daşıyan iddialı Bakı Maliyyə Məqsədini qəbul etdilər. Bu qərar beynəlxalq ictimaiyyətin ən həssas ölkələri dəstəkləməkdə prioritet olduğunu vurğulayır.
Konfransın mühüm diplomatik danışıqlar platformasına çevrildiyi bildirilir. Nəticədə sənayeləşmiş ölkələr hər il 300 milyard dollar ayırmağı öhdələrinə götürdülər ki, bu da əvvəlki planlardan 50 milyard dollar çoxdur. Danışıqlara töhfə verən investorların və özəl sektorun rolu vurğulanır.
Mətləb