Bu ölkədə torpaq sürüşməsi 20 nəfərin həyatına son qoyub
Uqandanın şərqində torpaq sürüşməsi nəticəsində 20 nəfər ölüb. Bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Associated Press" agentliyi məlumat yayıb. Paytaxt Kampaladan 280 kilometr şərqdə, dağlıq Bulambuli bölgəsində altı kəndə təsir edən güclü yağışlar torpaq sürüşməsinə səbəb olub, təxminən 125 evi dağıdıb.
Uqanda Qızıl Xaç Cəmiyyətinin məlumatına görə, fəlakət bölgəsindən 750 nəfər təxliyə edilib, onlardan 200-dən çoxu müvəqqəti olaraq yaxınlıqdakı məktəbə yerləşdirilib.
Mətləb