Fransızların 50 faizdən çoxu hökumətin istefasını istəyir...
Fransa əhalisinin təxminən 53 faizi Baş nazir Mişel Barnye hökumətinin təklif etdiyi büdcədən narazı olduğu üçün onun istefaya getməsini istəyir.
Bunu cümə axşamı “Sud Radio” üçün dərc olunmuş “Ifop-Fiducial” sorğusu sübut edir.
“Reuters” yazır ki, sorğuda iştirak edənlərin 67 faizi vergiləri artırmaq və xərcləri 60 milyard avro azaltmaqla Fransanın şişirilmiş hökumət kəsirini aşağı salmaq məqsədi daşıyan Barnye büdcəsinə qarşı çıxıb.
Baş nazirin parlamentdə ifrat sağçı və solçu rəqibləri etimadsızlıq səsverməsi tələb edərsə, Barnye hökuməti Miladdan əvvəl və bəlkə də gələn həftə istefa verə bilər. Bunu siyasi spektrdə onlarla mənbə iddia edir.
Noyabrın 26-27-də aparılan “Ifop-Fiducial” sorğusuna 1006 nəfər qatılıb.
Çərşənbə günü “Elabe” şirkəti tərəfindən BFM televiziyası üçün keçirilən sorğuda iştirak edənlərin 63 faizi Barnye hökumətinin sonunun çatacağı təqdirdə prezident Emmanuel Makronun da istefa verməli olduğunu bildirib.
ZÜMRÜD