Fransa əhalisinin 63 faizi Makronun istefasını zəruri sayır - SORĞU
Fransızların təxminən üçdə ikisi (63 %) hökumətə etimadsızlıq göstəriləcəyi təqdirdə, prezident Emmanuel Makronun istefasını zəruri sayıb. Bu barədə BFMTV telekanalının sifarişi ilə “Elabe” İnstitutu tərəfindən keçirilən sorğuda bildirilib.
Sorğuya əsasən, bu istəyi “Milli Birlik” (83%) və “Yeni Xalq Cəbhəsi”nə daxil olan sol partiyaların (76%), həmçinin “Respublikaçılar”ın (48%) və hətta Makronun "İntibah" partiyasının daxil olduğu "Respublika uğrunda Birlikdə" koalisiyasının seçicilərinin 27%-i bölüşür. Sorğuya görə, fransızların əksəriyyəti hesab edir ki, hökumət etimadsızlıq səsverməsi ilə üzləşərsə, bunun məsuliyyətini Makron daşımalıdır. Respondentlərin 53%-i bu fikirdədir.
Mətləb