Zelenski NATO-dan qəti və vaxtında cavab gözləyir
Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Baş katibi Mark Rutte ilə telefon danışığı zamanı bildirib ki, Ukrayna Rusiyanın müharibəni genişləndirməsinə Alyansdan qəti və vaxtında cavab gözləyir. O cümlədən, dekabrın 3 və 4-də Brüsseldə xarici işlər nazirləri səviyyəsində Ukrayna-NATO Şurasının iclası keçiriləcək.
“Ukrayna yeni tip raketləri vura bilən hava hücumundan müdafiə sistemlərinin təhvil verilməsində dəstəyə ümid edir”, - deyə Zelenski bildirib.
Mətləb Salahov