Rusiyada əcnəbilərə BƏD XƏBƏR - Medvedev sosial şəbəkədən elan etdi
Dekabrın 1-dən etibarən Moskva aeroportlarında və Orenburq vilayətindəki avtomobil nəzarət-buraxılış məntəqəsində əcnəbi vətəndaşların giriş-çıxışı ilə bağlı yeni qaydalar sınaqdan keçiriləcək. Bu barədə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, miqrantların Rusiyaya girişi, ölkə daxilində hərəkəti və ölkədən çıxışı ən müasir texnologiyalar əsasında ciddi dövlət nəzarətinə alınmalıdır. Bundan əlavə, Moskvanın səlahiyyətli orqanları miqrantların genom qeydiyyatını və onlara elektron miqrant kartının verilməsini təşkil etməlidirlər.
Mətləb Salahov