KÖHNƏ VERSİYA            

Minimum istehlak səbəti yenidən hesablanacaq - 270 manat reallığa uyğun gəlmir...

Image

Azərbaycanda adambaşına düşən istehlak səbətinin dəyərinin yenidən hesablanması son günlərdə yenidən gündəmə gətirilib. Artıq Milli Məclisin komitələrinin birgə iclasında bildirilib ki, ölkədə gələn il minimum istehlak səbətinin tərkibinə yenidən baxıla bilər. 

Sonuncu dəfə istehlak səbətində dəyişiklik 10 il əvvəl edilib. Ancaq keçən bu 10 il ərzində ölkədə inflyasiya artıb, yaşayış minimumunun məbləği da dəyişib. Üstəlik, bəzi ekspertlərin fikrincə, Azərbaycanda tətbiq olunan minimum istehlak səbətində ciddi dəyişikliklər olunmalıdır. Bəzi mal və məhsullar əlavə edilməlidir.

Məlumat üçün bildirək ki, yaşayış minimumu istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilən toplusudur. Bu səbəbdən də istehlak məhsullarının (ərzaq və qeyri-ərzaq malları) və xidmətlərin qiymətindəki artımlar minimum istehlak səbətinin dəyərini də artırır. Hazırda ölkədə Nazirlər Kabinetinin 2014-cü il iyunun 6-da verdiyi qərar ilə təsdiq edilmiş minimum istehlak səbətinin tərkibi qüvvədədir. Halbuki, qanunvericiliyə görə, bir sıra nazirliklər və dövlət komitələri QHT-lər ilə birlikdə minimum istehlak səbətinin tərkibini üç ildə bir dəfə yenidən müəyyənləşdirərək təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir. Məlumat üçün qeyd edək ki, minimum istehlak səbətinə daxil olan qidalar “uşaqlar”, “əməkqabiliyyətli əhali” və “pensiyaçılar” olmaqla üç kateqoriyaya görə müəyyənləşdirilib. Minimum istehlak səbətinə görə, əməkqabiliyyətli bir nəfər üçün ildə ət və ət məhsullarının norması 32.9 kiloqramdır. Bu, ayda 2.75 kilo, gündə isə 90 qram edir. Səbətdə 97.2 kq tərəvəz və bostan məhsulları göstərilir ki, bu, gündəlik 265 qram deməkdir. Səbətindəki kərə yağının illik miqdarı 7 kilodur, gündəlik isə 19 qramdır. Minimum istehlak səbətində illik 150 yumurta qeyd olunub ki, bu da gündə heç yarım yumurta etmir. Halbuki, Ümumdünya Səhiyyə Təşkilatının standartlara görə, yumurtanın gündəlik norması 1.5 ədəd, meyvə və tərəvəzlərin norması isə 400 qramdır. Minimum istehlak səbətinə görə, üç il altı ay ərzində altı cüt ayaqqabı norma sayılır. 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manatdır. 2014-cü ildə 125 manat olub. Bunlar fonunda İqtisadiyyat Nazirliyindən “Turan”a bildirilib ki, minimum istehlak səbətinin tərkibinə baxılması məsələsi daima nəzarətdə saxlanılır. Vurğulanıb ki, məsələ ilə bağlı İşçi Qrup da fəaliyyət göstərir: “İşçi Qrupun ən sonuncu görüşü 2021-ci ildə baş tutub. Görüşdə Dövlət Statistika Komitəsindən, eləcə də digər qurumlardan təqdim olunmuş məlumatlara əsasən səbətin tərkibinə baxılıb və onu dəyişmədən saxlanılması qərarına gəlinib. 2025-ci ildə mövcud iqtisadi vəziyyətə uyğun minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq”. Respublikaçı Alternativ Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli isə “Azadlıq” radiosuna bildirib ki, minimum istehlak səbətinin tərkibi çoxdan dəyişdirilməli idi: “Azərbaycanda hesablama qaydaları və səbətinin tərkibi ilə bağlı ciddi suallar var”.

İqtisadçıya görə, bir çox ölkələrdə gündəlik tələbat malları ilə bağlı ayrıca hesablamalar aparılır: “Azərbaycanda minimum istehlak səbətinə yüzlərlə məhsul adları, xidmətlər daxildir, amma effektiv deyil. Faktiki olaraq orta statistik Azərbaycan vətəndaşı gündəlik həyatında 30 adda ərzaq məhsulları istifadə edir. Onların qiymətləri daha çox qalxır. Amma onların qiymətinin daha çox artması ümumi səbət hesablamalarında faizi aşağı çəkir”. N.Cəfərlinin sözlərinə görə, normaların yüksəldilməsi baş versə, Azərbaycanda faktiki minimum istehsal səbətinin dəyəri artacaq: “Dəyəri artacaqsa, deməli, yoxsulluq səviyyəsi yüksələcək. Bu da hökumətin siyasətinə, onun ritorikasına uyğun deyil. Onlar müxtəlif formalarda rəqəmlərdə düzəlişlər edərək ölkədə uzun illərdir yoxsulluq səviyyəsini 5 faiz göstərirlər. Amma bu, belə olmur. Ola bilməz ki, ölkədə 10-15 il ərzində yoxsulluğun faiz nisbəti dəyişməsin. Doğru-dürüst hesablamalar aparılsa, Azərbaycanda yoxsulluq səviyyəsinin daha çox olduğu məlum olacaq”. Hazırda Azərbaycanda yaşayış minimumunun indiki səviyyəsi ilə real bazar qiymətləri arasında təzad yaranıb. Bu səbəbdən minimum istehlak səbətində dəyişikliklər olması labüd sayılır. Araşdırmalar onu da göstərir ki, səbətə daxil olan bəzi məhsullar üzrə müəyyən ölkələrdən öndə, digər məhsullar üzrə geridəyik. Yəni, minimum istehlak səbətimiz müəyyən istiqamətlər üzrə beynəlxalq qəbul edilmiş standartlardan, dərəcələrdən aşağıdır. Burada, sözsüz ki, inflyasiyanın təsirləri də nəzərə alınmalıdır. Reallıqla müqayisədə fərqlər var və əlbəttə ki, bu fərqlər aradan qaldırılmalıdır. Eyni zamanda “xidmətlər” bölməsinə müasir dövrün tələblərindən irəli gələn əlavə xidmətlər daxil edilməlidir. Situasiya tam təhlil edilərək digər əlavələr olunmalı və mövcud göstəricilərdə müəyyən kəmiyyət dəyişikliyi edilməlidir.

Tahir TAĞIYEV







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Qazaxıstan təyyarənin "qara qutu" şifrələrini hələ Azərbaycana verməyib - maraqlıdır...

Lavrov Bakı-İrəvan sülhündə həll olunmamış hansı 2 məsələdən danışır?

Polis Akademiyasına qəbul prosesi genişləndirildi...

SON XƏBƏRLƏR

16.01.2025 | 17:00
Polşadan Rusiyaya şok ittiham - bütün dünyada aviaşirkətlərə hücum planlaşdırırlar...

16.01.2025 | 15:23
Ukraynada 6 minlik briqada döyüş bölgəsinə çatmadan dağıldı - fərarilik...

16.01.2025 | 14:50
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Masallı sakini həbs edildi

16.01.2025 | 14:29
Qazaxıstan rəsmiləri AZAL təyyarəsinin qəza səbəbləri ilə bağlı versiyaları şərh etməkdən imtina etdi

16.01.2025 | 14:23
Qroznıda fırlanan təyyarəmizə raketlə vurulduqları niyə öncədən deyilməyib?- açıqlanmış qara qutu məlumatlarında hələ "qara məqamlar" var...

16.01.2025 | 14:20
Türkiyədə Azərbaycan ədəbiyyatının tədqiqatçıları ilə görüş keçirilib

16.01.2025 | 14:17
16 ədədi məhəbbət rəmzidir - İlin 16-cı gününə sözardı

16.01.2025 | 14:15
Yevlaxda narkotikin təsiri altında avtomobil idarə edən sürücü məsuliyyətə cəlb olundu

16.01.2025 | 13:55
Hərbi hissələrdə gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu

16.01.2025 | 13:41
Azərbaycanda kağız daşıyıcılardan tamamilə imtina olunacaq

16.01.2025 | 13:36
Sazişdən sonra Tramp Ermənistanı daha da gücləndirəcək...

16.01.2025 | 13:32
Azərbaycan Qəzzada atəşkəs razılaşmasını alqışladı...

16.01.2025 | 13:26
“Rəqəmsal İnkişaf Konsepsiyası” təsdiq edildi - FƏRMAN

16.01.2025 | 13:23
Afaq Məsuda Prezidentin fərdi təqaüdü veriləcək

16.01.2025 | 13:18
Paytaxtda restoranda soyğunçuluq edən şəxs yaxalandı - FOTO

16.01.2025 | 13:15
TDT-yə üzv ölkələrin gömrük xidməti rəhbərlərinin 10-cu iclasının protokolu imzalandı

16.01.2025 | 13:10
Россия и Иран - создаётся опасная коалиция - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

16.01.2025 | 12:56
Kərim Vəliyev NATO-nun Hərbi Komitəsinin Baş Qərargah rəislərinin iclasında iştirak edib - FOTO

16.01.2025 | 12:00
Prezident İlham Əliyev Cenni Consonu qəbul edib

16.01.2025 | 11:21
Məhkəmə keçmiş icra başçısının oğlunun öldürən şəxsin müraciətini rədd etdi

16.01.2025 | 11:17
İsrail Qəzzanı bombaladı, 9 fələstinli öldü...

16.01.2025 | 11:05
COP29-da qəbul edilmiş qərarlar tam şəkildə yerinə yetirilməlidir - Qutteresdən qəti mövqe

16.01.2025 | 11:03
İranın başının üstünü təhlükə aldı - CANLI

16.01.2025 | 11:00
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə yeni sədr təyin olunub

16.01.2025 | 10:45
Leyla Əliyevanın təşəbbüsü ilə Yevlaxda uşaqlara ustad dərsləri keçirildi - FOTO

16.01.2025 | 10:31
Fransa millisinin üzvü "Yuventus"a keçib

16.01.2025 | 10:20
Ötən gün 60 cinayətin üstü açılıb

16.01.2025 | 10:20
Adil Kərimli Kayrat Sarıbayla görüşüb

16.01.2025 | 10:10
Biləsuvarda “Mercedes" piyadanı vuraraq öldürüb

16.01.2025 | 10:05
Şəmkirdə ev yanıb

16.01.2025 | 10:00
"Ermənistan hökuməti monoetnik siyasətə son verməlidir" - İcmadan SƏRT BƏYANAT

16.01.2025 | 10:00
Bu 3 qəsəbədə qaz olmayacaq- XƏBƏRDARLIQ

16.01.2025 | 09:45
Kir Starmer gözlənilmədən Kiyevə gəldi - "100 illik tərəfdaşlıq" imzalanacaq

16.01.2025 | 09:30
Türkiyədən Suriyaya uçuşlar başlayır - həftədə üç reys

16.01.2025 | 09:26
Tikinti üzrə peşə təhsilində tələbə sayı narahatlıq yaradır…

16.01.2025 | 09:20
Co Bayden dövrü bitdi - xalqa vida müraciəti edib

16.01.2025 | 09:10
"Bu razılaşmanı alqışlayırıq" - Ərdoğandan AÇIQLAMA

16.01.2025 | 09:10
Daha 32 ailə Cəbrayıl şəhərinə köçürüldü

16.01.2025 | 09:05
Tiktok bazar günü bu ölkədə tamamilə QADAĞAN edilir...

16.01.2025 | 09:00
Zelenski Trampla görüşə hazırlaşır - “Əlbəttə, inoqurasiyadan sonra"

16.01.2025 | 08:40
Plastik cərrahların efirlərə çıxışı qadağan olundu - reaksiyalar…

16.01.2025 | 00:44
“Şərqin Qapısı”nı pis niyyətlə “döyən” hay kilsəsi...

15.01.2025 | 23:56
Qəzza zolağında atəşkəs razılaşması əldə olundu... - Tramp elan etdi...

15.01.2025 | 22:30
Azərbaycan XİN Ermənistanı tutarlı tarixi faktlarla vurdu - bunu bütün dünya bilir...

15.01.2025 | 22:18
Rusiya İstintaq Komitəsi Aktauda təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi

15.01.2025 | 21:12
Ermitajın məşhur Şərq zalında Qaraköpəktəpə eksponatlarını erməniləşdiriblər...

15.01.2025 | 20:56
Bayden son anda da Fələstin xalqının “dövlət haqqını” tanımadı...

15.01.2025 | 20:41
Qazaxıstan təyyarənin "qara qutu" şifrələrini hələ Azərbaycana verməyib - maraqlıdır...

15.01.2025 | 20:27
Türkiyədə yenidən AKP-PKK barışıq prosesi başladı - son nə olacaq?

15.01.2025 | 20:12
ABŞ-Ermənistan sazişi Bakı-İrəvan sülhünü arxaya atır...

15.01.2025 | 19:58
İrəvan Moskvaya dalbadal 3 zərbə vurdu - Roma statutu, Avroittifaqa üzvlük, ABŞ-la saziş...

15.01.2025 | 19:44
ABŞ Ermənistanın ərazi bütövlüyü və suverenliyini qoruyacaq - Lavrov narahatlığını formal təmkinlə örtmək istədi...

15.01.2025 | 19:31
Mərkəzi Asiya ölkələri Azərbaycan üzərindən Avropaya elektrik ixracı imkanları axtarır...

15.01.2025 | 19:17
Gürcüstanda Qərbyönümlü bütün müxalifəti ləğv edirlər...

15.01.2025 | 19:03
Ermənistan ABŞ-ın "anti-İŞİD koalisiyasına" qoşuldu - terror dövlətindən paradoksal gediş...

15.01.2025 | 18:48
ABŞ-Ermənistan strateji sazişinin arxasında nələr yatır?

15.01.2025 | 18:34
Lavrov Bakı-İrəvan sülhündə həll olunmamış hansı 2 məsələdən danışır?

15.01.2025 | 18:20
Ən çox şikayətlər bu 3 bankdan gəlir...

15.01.2025 | 18:14
Daha 28 keçmiş məcburi köçkün ailəsi doğma yurda qovuşdu...

15.01.2025 | 18:07
Azərbaycanda dini icma üzvünün başına 200 min dollar qoyulub... Kimdir?

15.01.2025 | 17:53
ABŞ Ermənistanın sərhədlərini nəzarətə götürür...

15.01.2025 | 17:40
Yeni dünya düzəni, D-8, Türk Dövlətləri Təşkilatı... Azərbaycanın təşəbbüsləri....

15.01.2025 | 17:27
ABŞ erməniləri Azərbaycanın "Boeing" yük təyyarəsi almasına qarşı kampaniyaya başladılar...

15.01.2025 | 17:14
Polis Akademiyasına qəbul prosesi genişləndirildi...

15.01.2025 | 17:08
Məktəblərdə telefon QADAĞAN EDİLDİ

15.01.2025 | 16:53
Küveyt Vəliəhdi Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

15.01.2025 | 16:51
Myanma İttifaqı Dövlət İdarə Şurasının Sədri Prezident İlham Əliyevə başsağlığı verdi

15.01.2025 | 16:41
Nəqliyyat və Kommunikasiya Holdinqinin Nizamnaməsi təsdiq edildi

15.01.2025 | 16:35
Baydenin komandası Rusiyanın dondurulmuş aktivlərini başqa bir hesaba köçürməyi təklif etdi...

15.01.2025 | 16:35
Prezident Bələdiyyələrin maliyyəsinin əsasları haqqında qanuna dəyişikliyi təsdiqlədi

15.01.2025 | 16:08
Lavrov ABŞ və PKK/YPG-ni sərt tənqid etdi -onlara dedik, Türkiyə buna imkan verməyəcək...

15.01.2025 | 15:51
Ölkə Prezidenti COP29-da iştirak edən 76 BMU könüllüsünü təltif edib

15.01.2025 | 15:44
Vətəni canından artıq sevən Fərid

15.01.2025 | 15:25
“Media nümayəndələrinin dağ-mədən sahəsində məlumatlılığının artırılması” layihəsində iştirak etmiş jurnalistlərlə görüş keçirilib - FOTO

15.01.2025 | 15:13
Ermənistan ABŞ-ın boyunduruğunu qəbul etdi - Putinin silləsi qapıdadır...

15.01.2025 | 14:30
Bakıda avtomobildən 33 kiloqrama yaxın marixuana aşkarlandı

15.01.2025 | 14:15
Ermənistan Rusiyaya nota verdi...

15.01.2025 | 13:53
Qaradağda oğurluqda şübhəli bilinən 2 şəxs saxlandı

15.01.2025 | 13:45
COP29 könüllülərinə pul mükafatı verilir

15.01.2025 | 13:31
Üç gün ardıcıl iş olmayacaq

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031