"Papa ilə görüşdən sonra özümü xeyirxah hiss edirəm" - Paşinyanın arvadından paylaşım
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Papa ilə görüşdən sonra özünü xeyirxah və xoşbəxt hiss edir. Bu barədə Anna Akopyan öz Facebook səhifəsində yazıb: “Üç gündə iki dəfə Papa Fransiski Həzrətləri ilə salamlamaq və onun istəklərini eşitmək fürsəti əldə etdiyim üçün özümü həqiqətən xoşbəxt hiss edirəm”.
N.Paşinyanın həyat yoldaşının bu paylaşımı bir sıra sosial şəbəkə istifadəçiləri tərəfindən xoşagəlməz fikirlərlə də qarşılanıb. Erməni sosial şəbəkə istifadəçiləri Ermənistandakı kritik vəziyyəti, sosial ədalətsizlik, korrupsiya və haqsızlığı önə çəkərək A. Akopyanın "xeyirxahlıq hisslərini" məzxərəyə qoyublar...
Mətləb