KÖHNƏ VERSİYA            

Ermənistandan İsmayıl Axundova cavab verdilər - 777 itkin erməni hardan çıxdı?..

Image

Akif Nağı: “Birinci Qarabağ müharibəsindən sonra guya 777 erməninin taleyinin məlum olmadığını iddia etməklə yenə də saxtakarlığa yol verirlər”

“Dövlət Komissiyası mətbuata açıqlamalarında dəfələrlə qeyd edib ki, xüsusilə Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslər barədə əsas məlumatlar Ermənistan tərəfindədir. Çünki ərazi Ermənistan ordusu tərəfindən işğal olunub və 30 il onların nəzarəti altında olub”. Bunu aprelin 29-da mətbuata müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupun rəhbəri İsmayıl Axundov deyib.

Müsahibədə İ.Axundov çox ciddi faktlara toxunaraq bildirib ki, həmin dövrdə döyüş zamanı həlak olmuş əsgərlərin, Azərbaycanın yaşayış məntəqələri işğal olunarkən həlak olmuş mülki şəxslərin, eyni zamanda, əsir, girov götürüldükdən sonra beynəlxalq humanitar hüququn norma və prinsiplərinə zidd olaraq işgəncələrlə qətlə yetirilmiş vətəndaşların dəfn yerləri barədə məlumatlar Ermənistan tərəfindədir: “Çünki qeyd etdiyim bu qeyri-insani aktlar Ermənistan hərbçiləri tərəfindən həyata keçirilib. Ermənistanın keçmiş müdafiə nazirinin müavini, hazırkı parlamentin deputatı və hakim partiyanın üzvlərindən biri olan general Qaqik Melkonyan 2021-ci ildə Ermənistan kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə Birinci Qarabağ müharibəsi zamanı həlak olmuş yüzlərlə azərbaycanlının dəfn yeri barədə onda məlumatların olduğunu ifadə etmişdi. Yalnız Qaqik Melkonyanda deyil, onun kimi səhra komandirlərində, həm də həmin dövrdə itkin və əsir-girovların məsələləri ilə məşğul olan rəsmi şəxslərdə bu məlumatlar var. Azərbaycanın yüksək vəzifəli rəsmi şəxsləri, Dövlət Komissiyası və digər aidiyyəti qurumlar dəfələrlə beynəlxalq təşkilatlar vasitəsilə, eyni zamanda, keçirilən beynəlxalq tədbirlərdə və görüşlərdə bu məsələni Ermənistan tərəfinin qarşısında qaldırsa da, təəssüf ki, onlar bugünə qədər bu məlumatları verməkdən imtina edir. Onu da qeyd edim ki, Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş hər iki tərəfə aid şəxslər barəsində əsas məlumatlar məhz Ermənistan tərəfindədir. Ermənistan tərəfi bu gün münaqişə nəticəsində itkin düşmüş ermənilərin də taleyinin müəyyən olunmasında maraqlı olmalıdır.

Dövlət Komissiyası hər iki tərəfə aid itkin düşmüş şəxslərin axtarışlarının təmin edilməsi sahəsində Ermənistan Respublikasının müvafiq strukturları ilə dəqiqlik, şəffaflıq prinsiplərinə riayət edilməklə və qarşılıqlı etimad mühitində əməkdaşlığa hazır olduğunu bir daha bəyan edir. Hesab edirəm ki, əsas məlumatların Ermənistan tərəfində olduğunu nəzərə alsaq, bu əməkdaşlıq hər iki tərəfə aid itkinlərin taleyinin aydınlaşdırılmasına müsbət töhfə verə bilər”.

İsmayıl Axundov qeyd edib ki, Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarını və 2020-ci ilin noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq müddəalarını rəhbər tutaraq, Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin yaxından iştirakı ilə Ermənistan tərəfinə hərbi əməliyyatların aparıldığı ərazilərdə axtarış işlərini həyata keçirmək üçün hərtərəfli şərait yaradıb və nəticədə 44 günlük müharibədən sonra 2043 nəfərin meyiti tapılaraq Ermənistana təhvil verilib: “Onlardan 1713 nəfərin meyiti Vətən müharibəsindən sonra, 157 nəfərin meyiti 12-14 sentyabr 2022-ci ildə Ermənistan-Azərbaycan şərti sərhədində baş vermiş hərbi münaqişədən sonra, 173 nəfərin meyiti isə 19-20 sentyabr 2023-cü ildə həyata keçirilmiş antiterror əməliyyatından sonra təhvil verilib”.

İşçi qrupun rəhbəri vurğulayıb ki, Azərbaycan hər zaman humanizm prinsiplərinə sadiqdir: “Ona görə yox ki, beynəlxalq konvensiyalara qoşulmuşuq. Ona görə ki, humanizm bizim xalqın xarakterinə xas olan xüsusiyyətdir. Üçtərəfli bəyanat imzalanandan bugünə qədər 226 nəfər erməni əsilli şəxs azad edilərək qarşı tərəfə qaytarılıb. Onlardan 172 nəfəri hərbçi, 54 nəfəri mülki şəxs olub. Azərbaycan tərəfi mülki şəxsləri tez bir zamanda azad edərək qarşı tərəfə qaytarıb. Bu hər zaman belə olub. Antiterror əməliyyatı zamanı əsgərlərimizdən kömək istəyən qadınlar elə ərazidə azad edilərək qarşı tərəfə təhvil verilib. 5 qadın Vətən müharibəsindən sonrakı dövrdə, 6 qadın isə antiterror tədbirləri zamanı qarşı tərəfə təhvil verilib”.

İ.Axundovun faktlara və ciddi arqumentlərə əsaslanan müsahibəsi Ermənistan tərəfdə ciddi nararahçılıq yaradıb. Onu da vurğulayaq ki, Azərbaycan rəsmən dəfələrlə bəyan edib ki, Birinci Qarabağ müharibəsində itkin düşən 4 minə yaxın azərbaycanlının  taleyi hələ də məlum deyil və Ermənistan bu fakta aydınlıq gətirməlidir, amma bildiyimiz kimi, Ermənistn bugünə qədər bu bardə heç bir məlumat verməyib, əksinə, özləri ilə bağlı qondarma məlumatlar yayıblar.   

Ermənistanın  Əsir, girov və itkin düşmüş şəxslərin  məsələləri üzrə idarələrarası komissiyanın katibi, işçi qrupun rəhbəri Qayane Qasparyan “Armenpress”ə müsahibəsində əsassız iddialar irəli sürərək iddia edib ki, guya Azərbaycan 1990-cı illərdən indiyədək harada olduğu bilinməyən 777 nəfəri, 2020-ci ildən sonra isə 211 nəfəri, habelə 23 nəfər girov və əsir saxlayıb.

Guya müharibə zamanı erməni hərbçilərinə qarşı Azərbaycan əsgərlərinin “pis rəftar” etməsi, dinc əhalinin “edam edilməsi”, onların “işgəncələr”ə mərzu qalması, meyitlərin “təhqir edilməsi” ilə bağlı azərbaycanlılar tərəfindən internetdə çoxsaylı video və fotoşəkillər yerləşdirilib.

Öz aləmində Azərbaycan tərəfi haqsız göstərməyə çalışan Q. Qasparyan 4 minə yaxın azərbaycanlının taleyi barədə bir kəlmə deməyib, ortaya yalançı rəqəmlər ataraq beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd edib. 

“...Bu ittihamlar əsassızdır” 

Azad Vətən Partiyasının sədri, tarix üzrə fəsləfə doktoru, dosent Akif Nağı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, əsirlər, girovlar məsələsi həmişə gündəmdədir: “Ermənilər bütün məsələlərdə olduğu kimi burda da saxtkarlığa yol verirlər. Müxtəlif saxta rəqəmlər səsləndirirlər, 777 nəfərdən danışırlar, iddia edirlər ki, İkinci Qarabağ müharibəsindən sonra guya 211 nəfərin taleyi nəməlumdur. Azərbaycan bu məsələdə tam olaraq şəffafdır. Biz heç vaxt girov götürməmişik. Azərbaycanda əsir varsa onlar hərbi əsirlərdir, onların da ətrafında manipulyasiya etməyə ehtiyac yoxdur. Onlar Azərbaycana qarşı cinayət törədiblər və əsir düşüblər, bu gün onlarla hüquq-mühafizə orqanları məşğul olur, bəzilərinin istintaq işi yekunlaşıb, bəzilərinin istintaqı gedir. Birinci Qarabağ müharibəsindən sonra guya 777 ermənin taleyinin məlum olmadığını iddia etməklə yenə də saxtakarlığa yol verirlər. 1915-ci illə bağlı necə saxtakarlıq edirlər, digər məsələlərlə bağlı da o cür hərəkət edirlər. Birinci dəfədir ki, Ermənistan tərəfindən 777 rəqəminin səsləndirildiyini  eşidirəm. Onlar indiyə qədər Birinci Qarabağ müharibəsi ilə bağlı  müxtlif rəqəmlər deyirdilər, gah 100, gah 90, gah 200 nəfərdən danışırdılar.   Dediklərinin heç biri bir-birinə uyğun gəlmir. Bunlar havaya, tavana baxıb ağıllarına gələn rəqəmləri deyirlər. Ortaya siyahı qoysunlar, görək itkin düşən o 777 nəfər kimlərdir  ki, indiyə qədər o siyahını Azərbaycana təqdim etməyiblər. Azərbaycanın uyğun komssiyasının rəsmiləri dəfələrlə bəyan ediblər ki, onların bir iddiası varsa o siyahını ortaya qoysunlar, biz də o siyahıya uyğun onlara cavab verək”-deyə A.Nağı bildirdi. 

A.Nağının sözlərinə görə, Birinci Qarabağ müharibəsində kimlərsə əsir düşüblərsə, yaxud hərbi əməliyyatların gedişində kimlərsə kəndi vaxtında tərk edə bilməyib Azərbaycan tərəfin nəzarətində qalıblarsa biz də müəyyən yoxlamalardan sonra onları dərhal geri qaytarmışıq.  A.Nağı qeyd etdi ki, ermənilər onları  “girov” sayırlar, amma biz isə onları girov saymırıq, Azərbaycana qarşı heç bir şəkildə   heç bir şəkildə ittiham səsləndirilə bilməz. “Onlar ortaya saxta rəqəmlər çıxarıblar, bu ittihamlar əsassızdır. Əksinə, Birinci Qarabağ müharibəsində Azərbayanın 4 minə yaxın itkini olub, İkinci Qarbağ müharibəsində isə 7 nəfər itkin düşmüş hesab olunur.  Amma bu faktla bağlı indiyə qədər Ermənistanın heç bir reaksiyası yoxdur. Azərbaycanın rəsmi siyahısında 4 minə yaxın şəxsin hamısı adbaad qeyd olunub. Bu siyahı dəfələrlə Ermənistana təqdim olunub. Onlar bu gün özlərini karlığa və korluğa vurmaq istəyirlər ki, guya heç nədən xəbərləri yoxdur, guya biz onlara məlumat verməmişik. Ermənistanın bütün tezisləri yalan üzərində qurulub”-deyə A.Nağı bildirdi.

A.Nağı qeyd etdi ki, Ermənistan tərəfi Azərbaycanın haqlı iradlarını “əsassız” adlandırır, guya Azərbaycan “populist” hərəkət edir. Azərbaycanın uyğun komissiyasının rəsmilərinin hər zaman ortaya faktlar, tutarlı dəlillər qoyduğunu deyən A.Nağının sözlərinə görə, Ermənistan həmişə faktlardan qaçır. A.Nağı vurğuladı ki, Azərbaycanın 4 minə yaxın vətəndaşının hamısının adları məlumdur, onların yaxınlarının, ailələrinin müraciətləri var, bu işlə sanballı dövlət komisyyası məşğul olur, amma Ermənistanın hər gün açıqladığı rəqəmlər isə əsassızdır.     

A.Nağının sözlərinə görə, illər əvvəl tanınmış pedaqoq Məlahət Mürşüdlü və QAT-ın Ali Məclisinin üzvü Səyyarə İsmayılova bir yerdə çox böyük əraziləri gəzib itkinlərin ailələri ilə görüşüb,  itkin və girov götürülmüş vətəndaşlarımızla  bağlı çox mükəmməl bir kitab çap ediblər. Azərbaycanda bu məsələ ilə bağlı dövlət qurumları ilə yanaşı ictimai tşkilatların da böyük işlər gördüyünü deyən A.Nağı əlavə etdi ki, bizim əlimizdəki siyahı dəqiqdir, Ermənistan tərəfi istəyərsə, Azərbaycan yenidən o siyahını təqdim edə bilər. 

İradə SARIYEVA







VİDEO

Türkiyədə çevriliş məsələsində Moskvanın "xüsusi kanalları" yenə işləyir... - VİDEO

Paşinyan Azərbaycanla dinc yanaşı yaşamağı "yad fenomen" adlandırdı... - VİDEO

Ermənistanın Avropa Sülh Fonduna qəbul olunması Cənubi Qafqaza düşmənçilikdir... - VİDEO

Prezidentlə əməkdaşlıq kəlməsini dilə gətirməyənlər... Prezidentin partiyaları Qarabağ Zəfərinə şərik etməsi - Administrasiyada tarixi görüş... - Aydın QULİYEV yazır...

Qarabağ məsələsi dünya münaqişələr tarixində unikal fakt oldu - İlham Əliyev izah etdi...

Azad rayonlarımızda xarici kapitalın iştirakı genişlənir - daha bir fakt...

SON XƏBƏRLƏR

18.05.2024 | 23:15
Gürcüstan prezidenti qalmaqallı agent qanununa veto qoydu...

18.05.2024 | 22:55
Omanda gizli ABŞ-İran görüşü - detallar ortaya çıxdı...

18.05.2024 | 18:02
Mehriban Əliyeva instaqram hesabında Zəngilan səfəri ilə bağlı paylaşım edib - FOTO/VİDEO

18.05.2024 | 17:21
Türkiyədə çevriliş məsələsində Moskvanın "xüsusi kanalları" yenə işləyir... - VİDEO

18.05.2024 | 16:52
NATO Ukraynaya əsgər göndərə bilər - ABŞ-da müzakirələr başladı...

18.05.2024 | 15:45
Paşinyan Azərbaycanla dinc yanaşı yaşamağı "yad fenomen" adlandırdı... - VİDEO

18.05.2024 | 15:31
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu - FOTO/YENİLƏNDİ

18.05.2024 | 15:21
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

18.05.2024 | 15:07
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyalarının açılışları oldu - FOTO/YENİLƏNDİ

18.05.2024 | 14:55
Bakı küçələrində “kokain” və “ekstazi” satışını təşkil etmək istəyən şəxs saxlandı - VİDEO

18.05.2024 | 14:35
Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - FOTO/YENİLƏNDİ

18.05.2024 | 14:15
Zəngilanda “Ağalı” hotelinin açılışı oldu - FOTO/YENİLƏNDİ

18.05.2024 | 13:56
Azərbaycan dili və riyaziyyatdan ballar artıb

18.05.2024 | 13:30
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu - FOTO

18.05.2024 | 13:21
Cəbrayılın Maşanlı kəndinin təməli qoyuldu - FOTO/YENİLƏNDİ

18.05.2024 | 13:19
Prezident İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO

18.05.2024 | 12:45
Şirvanda 6 evi soyan keçmiş məhkum həbs edildi

18.05.2024 | 12:18
Hərbi Hava Qüvvələrinə yeni komandan təyin edildi...

18.05.2024 | 11:00
Sabunçuda nənəsini və arvadını bıçaqlayan şəxs yaxalandı

18.05.2024 | 10:15
İsrail hökuməti HƏMAS-la danışıqları dayandırıb - səbəb AÇIQLANDI

18.05.2024 | 10:05
"Liverpul"un yeni baş məşqçisi məlum oldu - özü açıqladı...

18.05.2024 | 10:00
"Əgər sizə xarici ölkədə təhsil almaq təklif olunarsa..." - DİN-dən XƏBƏRDARLIQ

18.05.2024 | 09:55
Ermənistanın Avropa Sülh Fonduna qəbul olunması Cənubi Qafqaza düşmənçilikdir... - VİDEO

18.05.2024 | 09:30
Bakıda 2 avtomobil toqquşub, xəsarət alan var

18.05.2024 | 09:28
Erməni spiker Rus spikerin məktubuna əslində aşağılayıcı cavab verdi....

18.05.2024 | 09:26
Prezidentin bu fərmanı özəl tibbə də aid ediləcəkmi?..

18.05.2024 | 09:24
"Neftçi"nin 4 futbolçusu bu gün "Səbail"ə qarşı oynamayacaq

18.05.2024 | 09:14
Kanaklı vəkil: Fransanın bu addımı “əlcəzairsayağı sülhyaratmadır”

18.05.2024 | 08:38
Sənədsiz ev sahibləri böyük "amnistiya" ilə sevindirildi...

17.05.2024 | 21:21
Ermənistan hakimiyyəti Azərbaycanla əməkdaşlığa görə təhdidlə üzləşib...

17.05.2024 | 21:15
Prezidentlə əməkdaşlıq kəlməsini dilə gətirməyənlər... Prezidentin partiyaları Qarabağ Zəfərinə şərik etməsi - Administrasiyada tarixi görüş... - Aydın QULİYEV yazır...

17.05.2024 | 21:06
Yeni "fransız absurdu" - özləri Qafqaza müdaxilə cəhdindən əl çəkmir, Azərbaycanı günahlandırır...

17.05.2024 | 20:52
Paşinyan Azərbaycanla protokol imzalanmasını “böyük uğur” adlandırdı... Niyəsini də dedi...

17.05.2024 | 20:38
Fransanın hərbi müdaxiləsi Kaledoniyada “genosid mühitinin” yaranmasına aparır...

17.05.2024 | 20:25
Qarabağ məsələsi dünya münaqişələr tarixində unikal fakt oldu - İlham Əliyev izah etdi...

17.05.2024 | 20:11
Fransa Yeni Kaledoniyada daha qəddar müstəmləkəçilik üsullarına keçdi...

17.05.2024 | 19:58
Avropa subyektləri Kaledoniyada fransız vəhşiliyini sükutla qarşılayır - ilginc təhlil...

17.05.2024 | 19:45
İlham Əliyevin islam həmrəyliyi çağırışına İrandan belə reaksiya gəldi...

17.05.2024 | 19:32
Gürcüstanda hakimiyyət yenidən dəyişir - Qərbin "yeni Saakaşvili planı"...

17.05.2024 | 19:17
Rusiya-Çin faktoru Qərbə qarşı yeni güc mərkəzinə çevrilir - çoxqütblü dünyaya keçid sürətlənir...

17.05.2024 | 19:06
Vüqar Rəhimzadə: Siyasi partiyaların mütləq əksəriyyəti dialoq proseslərinin fəal iştirakçılarıdır

17.05.2024 | 18:55
Xəzərin çəkilməsinin daha böyük səbəbi var imiş - Rusiya-Azərbaycan münasibətlərində yeni mövzu var...

17.05.2024 | 18:42
Siyasi partiyalar hakimiyyətlə əməkdaşlığın yeni hədəflərini qiymətləndirir...

17.05.2024 | 18:28
Postqarabağ mərhələsində diasporumuzun taktika və strategiyası...

17.05.2024 | 18:15
Azad rayonlarımızda xarici kapitalın iştirakı genişlənir - daha bir fakt...

17.05.2024 | 18:01
Azərbaycan Belarusla birgə dərman istehsal edəcək...

17.05.2024 | 17:47
Fransa kütləvi həbslərlə kanak xalqını sındırmağa çalışır...

17.05.2024 | 17:33
Prezident Administrasiyasında görüşdə iştirak etmiş partiya sədri: "Bunlar bəzi məsələləri 30 il sonra başa düşürlərsə, bu bizim problemimiz deyil"...

17.05.2024 | 17:22
“Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təşkil olunan təlim proqramı başa çatıb - FOTO

17.05.2024 | 17:20
İrəvandan Moskvaya çox kəskin cavab - “Biz belə xahiş etməmişik”...

17.05.2024 | 17:07
Azərbaycanda aqroşəhərciklər dövrü başlayır - "aqrar şəhər" anlayışı nədir…

17.05.2024 | 16:56
Putin Xarkov əməliyyatının əsl məqsədini açıqladı - şəhəri tutmaq planımız yoxdur, ancaq...

17.05.2024 | 16:35
Qərb Zelenskini Moskva ilə danışıqlara başlamağa razı salmaq üçün təzyiqlərə başlayıb? - ŞOK İDDİA...

17.05.2024 | 16:22
Milli Teatrda “İblis və...” tamaşasının məşqlərinə başlanılıb

17.05.2024 | 16:07
Zelenski Xarkovda vəziyyətin pisləşməsinə görə dünyanı günahlandırdı - ruslar 10 km irəliləyiblər...

17.05.2024 | 15:35
Baş Qərargah rəisi artilleriya bölmələrinin taktiki təlimini izlədi - FOTO

17.05.2024 | 15:18
İrəvan Moskvaya rus hərbçilərini Azərbaycanla sərhəddəki 17 postdan çıxarmağı təklif edib - Qriqoryan açıqladı

17.05.2024 | 15:08
Cavanşir körpüsü söküləcək...

17.05.2024 | 14:55
"Paşinyanı Azərbaycanın əli ilə devirmək istəyirdilər" - Yunus Oğuz

17.05.2024 | 14:43
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? – Taksi söhbətlərinə AYNA-dan reaksiya...

17.05.2024 | 14:27
Füzuli, Ağdam və Cəbrayılın bəzi kəndlərinin sakinlərinə aylıq müavinət dayandırıldı

17.05.2024 | 14:16
Azərbaycan və Belarus prezidentləri Cıdır düzündə olublar - FOTO

17.05.2024 | 14:11
Prezident İlham Əliyev və Aleksandr Lukaşenko Şuşada Bülbülün ev-muzeyində olublar - FOTO

17.05.2024 | 14:01
Prezident İlham Əliyev Tokayevə zəng edib

17.05.2024 | 13:53
Fransa üzr istəməlidir - Rəsmi Bakıdan Parisə sərt XƏBƏRDARLIQ...

17.05.2024 | 13:51
Prezident İlham Əliyev və Belarus Prezidenti Şuşadakı Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar - FOTO

17.05.2024 | 13:44
Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib - FOTO

17.05.2024 | 13:41
Prezident İlham Əliyev və Lukaşenko Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar - FOTO

17.05.2024 | 13:36
Prezidentlər Şuşada Azərbaycanla Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxıblar... - FOTO

17.05.2024 | 13:23
Prezident İlham Əliyev və Lukaşenko Şuşa şəhərinə səfər ediblər... - FOTO

17.05.2024 | 13:03
Бывшие армянские дипломаты - стиль старый, болезнь древняя - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

17.05.2024 | 12:46
Əliyevin MQ-ni ləğv etdirmək kursu məntiqi sonluğa yetişir, Lukaşenkonun Bakı səfərindən sonrakı proseslər... - Aydın QULİYEV yazır...

17.05.2024 | 12:45
G7 ölkələrinin Vətəndaş Cəmiyyəti Təşkilatlarının Sammitindəki QHT-lər Azərbaycanın COP29-a ev sahibliyini dəstəkləyən bəyanat yaydı

17.05.2024 | 12:21
"Redaksiya siyasəti və peşə davranış qaydaları" mövzusunda təlim

17.05.2024 | 12:00
Numan Kurtulmuş bu gün Azərbaycanlı gənclərlə görüşəcək

17.05.2024 | 11:50
Qarabağ Universiteti nəzdində kollec yaradıla bilər

17.05.2024 | 11:42
Prezident İlham Əliyev və Lukaşenko Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar - FOTO/YENİLƏNDİ

17.05.2024 | 11:30
Azərbaycan vətəndaşları ən çox hansı ölkədə istismara məruz qalıb? - AÇIQLANDI

17.05.2024 | 11:23
Sahibə Qafarova Simonyanla görüşdü - FOTO

17.05.2024 | 11:16
Belarus Prezidenti Lukaşenko Füzuliyə gəlib - FOTO/YENİLƏNDİ

XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031