Şənbə günü, 12 iyul 2025
     

Prezident İlham Əliyev və Lukaşenko Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar - FOTO/YENİLƏNDİ

Image

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Belarus Prezidenti Aleksandr Lukaşenkoya işğalçı Ermənistanın 30 il ərzində Füzuli rayonunun ərazisində törətdiyi dağıntılar, vandalizm aktları, həmçinin şəhərin Baş planına uyğun olaraq həyata keçirilən və görüləcək işlər barədə məlumat verdi.

Emin Hüseynov: Hörmətli cənab prezidentlər, sabahınız xeyir, xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Bu regiondakı xüsusi nümayəndədir.

Prezident Aleksandr Lukaşenko: Üç rayonda?

Prezident İlham Əliyev: Bəli, üç rayonda. Füzuli haqqında danış.

Emin Hüseynov: Füzuli bir vaxtlar əhalinin sıx yaşadığı, çiçəklənən şəhər idi. Şəhər azad ediləndən sonra biz onun xarabalıqlarını tapdıq. Bu, şəhərin əsas yaşayış massivlərinin və ictimai binaların olduğu tarixi mərkəzidir. Tağın olduğu yerdə sovet dövründə məşhur "Araz" qəzetinin redaksiyası yerləşib. Yaxınlıqdakı üçbucaqlı bina Mədəniyyət evi olub. Sonra prokurorluğun binası gəlir.

Prezident İlham Əliyev: Sizin burada gördüklərinizin hamısı, bütün bu ərazidə olanlar, dediyim kimi, Livanın ərazisindən 1,5 dəfə çoxdur, təxminən 15 min kvadratkilometrdir. Hamısı xarabalığa çevrilib. Təkcə onların qanunsuz məskunlaşdığı iki-üç yerdə tikililər hələ də qalırdı. Amma bu zona – Füzuli-Ağdam tamamilə yerlə-yeksan edilib.

Prezident Aleksandr Lukaşenko: Amma burada heç nə bərpa olunmayacaq?

Prezident İlham Əliyev: Yox, bir hissəsini xatirə kimi saxlayacağıq. Bu hissə hamının buraya gəlməsi və bu vəhşiliyi görməsi üçün konservasiyada qalır. Şəhərin özü isə bu hissədə salınır, birinci məhəllə tikilir. Orada isə böyük park olacaq.

Emin Hüseynov: Bunlar şəhərin aşkar etdiyimiz bəzi fotoşəkilləridir. Biz Füzuli şəhərini bu vəziyyətdə gördük, faktiki olaraq o, yer üzündən silinmişdi. Bizim səkkiz belə şəhərimiz var.

Prezident Aleksandr Lukaşenko: İlham Heydər oğlu deyir ki, ən başlıcası bunlar döyüşlər zamanı deyil, işğal dövründə baş verib. Sadəcə, məqsədyönlü şəkildə dağıdırdılar.

Emin Hüseynov: 30 il ərzində sistemli şəkildə hər şeyi - bizim milli, tarixi, mədəniyyət obyektlərimizi dağıdıb, talayıb və məhv ediblər.

Prezident İlham Əliyev: Qəbiristanlığı yerlə-yeksan ediblər. Qəbiristanlıqlarda kənd təsərrüfatı məhsulları əkib-becəriblər.

Emin Hüseynov: Bu, təkcə İslam dininə, tarixinə və mədəniyyətinə aid obyektlər deyil. Orada pravoslav kilsələri də var.

Prezident İlham Əliyev: Pravoslav kilsəsini də dağıdıblar. Bunun fotoşəkilləri var.

Prezident Aleksandr Lukaşenko: Bu, su anbarıdır?

Prezident İlham Əliyev: Bəli, su anbarıdır, biz oradan keçdik.

Emin Hüseynov: Bu, Sizin təyyarənizin endiyi aeroportdur. Buradan şəhərin mənzərəsi görünür.

Prezident İlham Əliyev: Bu isə şəhərdir.

Prezident Aleksandr Lukaşenko: Bu, şəhər olacaq?

Emin Hüseynov: Bu, birinci məhəllədir. İkinci məhəllə iki hissədən ibarətdir. Üçüncü məhəllədə isə artıq tikilmiş 1 nömrəli məktəb var.

Prezident Aleksandr Lukaşenko: Aşağıda çay axır.

Emin Hüseynov: Bu çay Çaykənd adlanır.

Prezident İlham Əliyev: Orada çay, su anbarı var. Həmin çay birbaşa parkın ərazisindən keçəcək.

Emin Hüseynov: Bu hissə şəhər parkıdır, şəhərin mərkəzi parkı, bu isə cənab Prezidentin dediyi kimi, memorial parkıdır. Şəhərdə yeganə yerdir ki, biz gələcək nəsillərə çatdırılması üçün bu xarabalıqları qoruyacaq, konservasiya edəcəyik.

Prezident Aleksandr Lukaşenko: Daha sonra yenə şəhər olacaq?

Emin Hüseynov: Yaşayış massivləri, binalar olacaq. Sonra ikimərtəbəli, üçmərtəbəli bloklu binalar və özəl tikililər gəlir. Bura isə bizim inzibati mərkəzimizdir.

Prezident İlham Əliyev: Necə görünəcəyini slaydlarda göstər.

Emin Hüseynov: Bax, bu, qarşımızdakı, gözlərimizin önündəki tikilmiş birinci məhəllədir. Burada artıq 822 ailə məskunlaşıb. Onlar çox razıdırlar, xoşbəxtdirlər və çalışırlar.

Prezident Aleksandr Lukaşenko: İşləyirlər?

Emin Hüseynov: Bəli, onların hamısı işlə təmin edilib, əsasən tikintidə, amma həm də dövlət və özəl müəssisələrdə işləyirlər.

Prezident İlham Əliyev: Məktəbdə, Yaradıcılıq Mərkəzində, polisdə, tibb sahəsində, yəni, dövlət müəssisələrində və sahibkarlıq üzrə.

Emin Hüseynov: Artıq 300 müraciət var, onlardan 100-nü seçmişik.

Prezident İlham Əliyev: İctimai, ticarət, xidmət obyektləri.

Emin Hüseynov: Bu, belə görünür. Yaxınlıqda isə artıq ikinci kompleksdir. Onun tikintisinə ilin sonunda başlayacağıq, layihələndirmə işləri aparılır. Kompleks iki hissədən ibarətdir, ümumilikdə 653 mənzil olacaq. Burada 2288 nəfər yaşayacaq. İndi 1273 nəfər yaşayır. Onun yaxınlığındakı üçüncü məhəllədir. Burada 864 mənzil olacaq. Sentyabra qədər 3 mindən çox sakin köçürüləcək.

Prezident Aleksandr Lukaşenko: Sonra yekunda 10 min nəfərə yaxın olacaq.

Emin Hüseynov: Füzuli şəhərində təxminən 10 min nəfər. Ümumilikdə Füzuli rayonunda isə təqribən 25 min sakin məskunlaşacaq.

Prezident İlham Əliyev: Biz hazırda kəndləri də bərpa edirik. Bu rayonda yalnız 10 kənd var.

Prezident Aleksandr Lukaşenko: Bu, Füzuli şəhəridir, bəs başqa şəhərlər?

Prezident İlham Əliyev: Digər şəhərlər - Laçın tam məskunlaşdırılıb, orada proses gedir, artıq 450 ailə köçüb. Ağdam indi tikilir. Növbəti ildə təhvil verəcəyik.

Emin Hüseynov: Bu ilin sonunadək üç kəndi təhvil verəcəyik.

Prezident İlham Əliyev: Bu yaxınlarda ilk dəfə keçmiş köçkünlər, qaçqınlar Şuşada məskunlaşıblar. Başqa yerlərin hamısında tikinti işləri gedir. Bu il Cəbrayılda, həmçinin Kəlbəcərdə də. Yəni, bu il 20 minə yaxın insanı yerləşdirəcəyik.

Prezident Aleksandr Lukaşenko: Beş rayon var idi və 2-si qismən işğal edilmişdi?

Prezident İlham Əliyev: Bəli, üstəlik keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti də.

Prezident Aleksandr Lukaşenko: Deməli, bu beş rayonda rayon mərkəzləri var idi.

Prezident İlham Əliyev: Bax, Füzuli rayonunun mərkəzi onlardan biridir.

Prezident Aleksandr Lukaşenko: Beş rayonun hamısında tikinti işləri gedir?

Prezident İlham ƏLİYEV: Yeddisində.

Prezident Aleksandr Lukaşenko: Yeddisinin hamısında, üstəlik keçmiş vilayətin daxilində...

Prezident İlham Əliyev: Keçmiş Dağlıq Qarabağda. Orada azərbaycanlılar da yaşayırdılar. Məsələn, onların soyqırımı törətdikləri Xocalı şəhəri. Orada kəndləri bərpa edirik. Yəni, ilin sonunadək 20 min nəfərə yaxın, 2026-cı ilin sonuna qədər isə 140 min nəfərə yaxın sakini yerləşdirməyi planlaşdırırıq. Bu, bizim minimum planımızdır. Amma daha çox ola bilər. 1993-cü ilə qədər bizdə 8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü.

Emin Hüseynov: Ən böyük əmsaldır...

Prezident İlham Əliyev: Adambaşına düşən ən böyük əmsaldır. Onlar çadırlarda, vaqonlarda, uşaq bağçalarında, yataqxanalarda yaşayırdılar. Biz 2007-ci ildə çadır şəhərciklərini ləğv etdik, lakin hələ də yataqxanalarda yaşayan insanlar var. Buna görə də onları oradan buraya köçürürük. Hər şey pulsuzdur. Onlar burada yaşayırlar.

Bildirildi ki, Baş planda 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Müasir standartlara və memarlıq xüsusiyyətlərinə uyğun inşa ediləcək Füzuli işğaldan azad edilmiş ərazilərdə ən böyük şəhərlərdən biri olacaq. Füzuli şəhərinin dayanıqlı inkişafına, sakinlərin və sahibkarların rifahına töhfə verəcək rəqəmsal həllərdən istifadə etməklə, ənənəvi şəbəkə və xidmətlərin daha səmərəli olmasının təmin edilməsi məqsədilə hazırlanmış "Ağıllı şəhər" konsepsiyası irəli sürülüb. Şəhərdə rahat və müasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binaları, həyətyanı torpaq sahələri olan fərdi evlər inşa ediləcək, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri, rekreasiya və digər təyinatlı zonalar yaradılacaq. Burada şəhərsalmanın bütün müasir tələblərinə cavab verəcək üç yaşayış kompleksi inşa olunur. Komplekslərdə ümumilikdə 2462 mənzil olacaq. Baş plana əsasən, təxminən 22,5 hektar ərazidə Mərkəzi park yaradılacaq. Parkda istirahət zonaları, botanika bağı, sıx meşə zonası, piknik və idman meydançaları, "Poeziya" meydanı, amfiteatr, kafe-restoranlar və s. fəaliyyət göstərəcək. Tikiləcək Füzuli Memorial Kompleksində dağıdılmış binaların xarabalıqları olduğu kimi qorunub saxlanılacaq. Kompleksdə İşğal və Zəfər muzeyləri yaradılacaq. Füzulidə müayinə və müalicənin yüksək səviyyədə aparılması üçün ən müasir tibbi avadanlıqla təchiz ediləcək 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanası inşa olunacaq.

Həmçinin bildirildi ki, 2021-ci ilin oktyabrında təməli qoyulan və inşası sürətlə davam edən Ağdam-Füzuli avtomobil yolu Qarabağ iqtisadi rayonu ərazisində icra olunan, işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrdən biri sayılır. Bərdə-Ağdam avtomobil magistralının davamı olan bu yolun uzunluğu 64,8 kilometrdir. 




VİDEO

SON XƏBƏRLƏR

12.07.2025 / 16:11
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub - YENİLƏNİB

12.07.2025 / 15:34
UNESCO ermənilərin saxta “Urartu tarixini” rəsmiləşdirdi... Tarixə həqarət...

12.07.2025 / 15:21
Azərbaycanla gərgin günlərdə rus icması Rusiyanı müdafiə etməli idi? - Primakov "duzsuz" danışdı...

12.07.2025 / 13:48
Erməni işgəncəsi qurbanlarının məhkəmə ifadələri əsasında kino çəkiləcək(?)..

12.07.2025 / 13:38
Sonsuzluğa "çarə tapan" dələduzlar peyda olub...

12.07.2025 / 13:28
Əhməd əl-Şaraa Azərbaycana gəldi – Suriya ilə münasibətlərdə yeni dövr başlayır

12.07.2025 / 12:07
DÇ-2030-un finalı bu stadionda keçiriləcək - AÇIQLANDI

12.07.2025 / 11:10
Ərdoğandan qərar - bu xanımı vəzifəyə təyin etdi

12.07.2025 / 11:02
Tramp ŞOKDA - ABŞ məhkəməsi Prezidentin fərmanını blokladı!

12.07.2025 / 10:54
Narkotik vasitələr becərən Qəbələ sakini yaxalanıb

12.07.2025 / 10:00
Mingəçevirin bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

12.07.2025 / 09:12
"Feyk xəbər" yayanları ciddi cəza gözləyir

12.07.2025 / 09:03
Ölkəmizə "cəhənnəm istilər" gəlir...

12.07.2025 / 08:44
Sertifikasiyadan sonra indi də müəllimlərin dərs yükü problemə çevrilib...

12.07.2025 / 01:05
Azərbaycandan tarixi uğur - 40 gündə 6 seçkidə qalib gəldik...

11.07.2025 / 21:43
Erməni işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdi – MƏHKƏMƏ+ FOTO

11.07.2025 / 21:30
Rusiya XİN Azərbaycanda rus dilinin vəziyyətini(?) araşdırır...

11.07.2025 / 21:15
Antiterrordan Əbu-Dabiyədək - Əliyevin təşəbbüsləri aparıcıdır...

11.07.2025 / 21:01
Priqojin 2 azərbaycanlını “Vaqner”ə hansı ölkənin həbsxanasında cəlb edib?..

11.07.2025 / 20:46
Bakı-İrəvan sazişi bu ilin sonunda imzalana bilər...

11.07.2025 / 20:31
Zəngəzur dəhlizi açılır - Əbu-Dabi çox şeyi dəyişdi...

11.07.2025 / 20:16
Əliyev-Paşinyan görüşünə Rusiyadan ikibaşlı rəylər gəlir...

11.07.2025 / 20:02
Dövlətdən böyük vəsait ayrılır, ipəkçilik yenə də çökür...

11.07.2025 / 19:47
Azərbaycanın və Türkiyənin qəvi düşməninin axırına Ermənistan özü çıxır…

11.07.2025 / 19:30
Professor Məhərrəm Qasımlı Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

11.07.2025 / 19:17
Birləşmiş Kreml-İrəvan qüvvələri başladı - “Əbu-Dabi görüşünü ABŞ təşkil edib”...

11.07.2025 / 19:05
Sabir Zeynalov Açıq Çelenc Turnirində gümüş medal qazanıb

11.07.2025 / 19:03
Üç nəfər xaricində PKK terror təşkilatı bağışlandı - Murat Karayılan, Cəmil Bayık və...

11.07.2025 / 18:57
İranın diplomatik ikiüzlülüyü

11.07.2025 / 18:47
Hökumət mollası türk dilini "cəhənnəm dili" adlandırdı...

11.07.2025 / 18:42
Bahar Muradova Balakən rayonunda vətəndaşları qəbul edib

11.07.2025 / 18:33
Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

11.07.2025 / 18:23
İqtisadi Şuranın iclası keçirildi - 2026-cı il büdcə layihəsinə dair müzakirə aparıldı

11.07.2025 / 18:19
Təhsil Nazirliyi “qanunsuz” azad edir, məhkəmələr bərpa edir...

11.07.2025 / 18:06
Əliyev-Paşinyan razılaşmasının ardınca Rusiya hərəkətə keçdi...

11.07.2025 / 17:52
Vətəndaş Cəmiyyəti Təşkilatlarının BMT-də rolu – BAMF-dan növbəti təlim

11.07.2025 / 17:47
Azərbaycandan Almaniyaya daha çox pul axmağa başlayıb - əvvəl tərsinə idi, nə olub?

11.07.2025 / 17:44
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti geniştərkibli müşavirə keçirilib

11.07.2025 / 17:25
Tramp Ukraynaya göndərəcəyi silahların pulunu NATO-dan alacaq - Biz silahları onlara verəcəyik, onlar da Ukraynaya...

11.07.2025 / 17:12
Sabunçuda əməliyyat - Emin Səmədov 10 kq narkotiklə tutuldu...

11.07.2025 / 16:59
Dünya Çərkəz Birliyi çərkəz xalqının geridönüş haqqının tanınmasını tələb edir

11.07.2025 / 16:40
PKK-nın tərksilah edilməsilə bağlı ilk addım Süleymaniyyədə atıldı - Rəsmi Ankaradan ilk reaksiya...

11.07.2025 / 16:37
FHN-in əməkdaşı Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçildi

11.07.2025 / 16:28
Beynəlxalq səyyahlar Laçında... - YENİLƏNDİ

11.07.2025 / 15:57
Ürəyi Vətənlə döyünən qəhrəman Elnur...

11.07.2025 / 15:30
bp-nin Azərbaycan milli mətbuatının 150 illiyinə töhfəsi...

11.07.2025 / 15:29
Dəniz kənarında ekoloji çirklənməyə yol verən şəxslərə qarşı polis nəzarəti daha da gücləndirilib

11.07.2025 / 15:14
"Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı" - Xocalı soyqırımı zamanı körpə övladları ilə girov götürülmüş qadın

11.07.2025 / 15:10
Bakıda “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forum keçirilib - FOTO

11.07.2025 / 14:51
Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

11.07.2025 / 14:26
16 milyon manata yaxın borcu olan şirkətin əmlakı satışa çıxarıldı

11.07.2025 / 14:12
Ağdamda tikinti aparılan ərazidə insan sümüyü aşkarlandı

11.07.2025 / 13:55
Türk Rivierasında heyranedici mənzərələrlə dolu unudulmaz səyahət

11.07.2025 / 13:47
Paşinyan İrəvanı revanşistlərdən “təmizləyir”..

11.07.2025 / 13:24
“Konstitusiya və Suverenlik İli” çərçivəsində BDU-nun 2 tələbəsinə Ombudsmanın xüsusi təqaüdü veriləcək

11.07.2025 / 13:21
Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib

11.07.2025 / 13:19
BDU-da “Birincilik” təqaüdü təsis edildi

11.07.2025 / 13:12
Страшный сон профессора Хачикяна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.07.2025 / 13:11
Almaniyada yaşayan ixtiraçı həmyerlimiz "Bakı Xəbər"ə müraciət etdi

11.07.2025 / 13:09
“Sənət və duyğu harmoniyasının təbliği” layihəsi uşaqların psixoloji rifahına töhfə verir

11.07.2025 / 12:53
"Medianın işində ciddi keyfiyyət dəyişikliyi özünü göstərməkdədir" - Əhməd İsmayılov

11.07.2025 / 12:35
Rusiya Ukrayna müharibəsilə bağlı ABŞ-a yeni təkliflər verdi - Lavrovla görüşən Rubio detalları açıqlamadı...

11.07.2025 / 12:07
"Milli mətbuatımızın hazırkı estafetini yeni gənc nəsil qəbul etməlidir" - Əhməd İsmayılov

11.07.2025 / 11:55
“Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyaları birləşdirildi

11.07.2025 / 11:50
“Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradıldı - FƏRMAN

11.07.2025 / 11:42
Prezident bələdiyyələrin vahid informasiya sisteminin yaradılmasını təsdiqlədi

11.07.2025 / 11:35
Yaşayış minimumu haqqında qanunda dəyişiklik edildi

11.07.2025 / 11:33
“Bakinski raboçi” və “Xalq” qəzetinin redaksiyalarının MMC-ləri yaradıldı - FƏRMAN

11.07.2025 / 11:31
Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsinə vəsait ayrıldı - SƏRƏNCAM

11.07.2025 / 11:30
"İrana səfər etməyin!" - ABŞ öz vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ

11.07.2025 / 11:25
Dünya bazarı çalxalanır - qızıl 20 dollardan çox bahalaşıb

11.07.2025 / 11:16
Abşeronda 17 əl qumbarası, 16 partlayıcı və xeyli silah-sursat aşkarlandı - TƏCİLİ

11.07.2025 / 11:13
Vüqar Rəhimzadə: Azərbaycan konstruktiv və lider mövqeyi ilə sülh gündəliyini irəli aparır

11.07.2025 / 11:09
Cənubi Qafqazda yeni diplomatik mərhələ: Əbu-Dabidə tarixi görüş

11.07.2025 / 11:07
Samvel Karapetyanın yaxın adamı da həbs edildi

11.07.2025 / 11:04
Prezident İlham Əliyev Monqolustan Prezidentini təbrik etdi

11.07.2025 / 11:03
Bakı - İrəvan danışıqlarında mühüm nəticələr alındı - CANLI

11.07.2025 / 11:00
Respublika Klinik Xəstəxanasında pasiyent üzərində eyni anda 5 əməliyyat icra olunub

11.07.2025 / 10:31
BDU-da T3 Fondunun birgə əməkdaşlığı ilə “TEKNOFEST klubu” yaradılır

11.07.2025 / 10:29
Makron ŞOKDA - Məhkəmə onun arvadını kişi adlandıran jurnalistə bəraət verdi!

11.07.2025 / 10:22
Şirvanda narkokuryerdən 7 kiloqrama yaxın narkotik vasitə götürülüb

Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910