Erməni spiker Rus spikerin məktubuna əslində aşağılayıcı cavab verdi....
Aprelin 22- də AB üzv dövlətlərin spikerlərinin konfransında Ermənistanın parlament sədri Simonyanın çıxışı Rusiyanı qıcıqlandırmışdı. Simonyan demişdi ki, Ukraynanın, Gürcüstanın, Moldovanın, Kiprin ərazi bütövlüyünü dəstəkləyirik. Rusiya Dövlət Dumasının sədri Matviyenkonun tapşırığı ilə Ermənistan spikerinə məktub göndərildi və bu mövqenin bütün patlamentin və xalqın mövqeyi olub- olmadığı soruşuldu. Uzun fasilədən sonra məktuba cavab verilib. Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin sədri Xandanyan bu haqda açıqlama verib. O deyib ki, əslində bu məktuba cavab vermək məntiqsiz görünür, çünki parlament sədri çoxluğu təmsil edir, buna baxmayaraq spiker artıq cavab göndərib, spiker məktubda onun apreldə dediyi sözlərin parlamentdə və cəmiyyətdə əksəriyyətin mövqeyi olduğunu xatırladıb.
Bu o deməkdir ki, Ermənistan Rusiyanın Ukrayna siyasətinin əleyhinə olduğunu növbəti dəfə ifadə edir.
Nahid Salayev