"Liverpul"un yeni baş məşqçisi məlum oldu - özü açıqladı...
![Image](/uploads/posts/2024-05/7cbbcc03-1a13-3801-be83-cba11d0f0dad_850.webp)
Niderlandın "Feyenoord" klubunun baş məşqçisi Arne Slot 2024/2025 mövsümündə İngiltərə təmsilçisi "Liverpul"a rəhbərlik edəcəyini bildirib. Bu barədə ESPN telekanalı xəbər yayıb. "Növbəti mövsüm “Liverpul”un baş məşqçisi olacağımı təsdiqləyə bilərəm", - Slot deyib.
A.Slot "Liverpul"un baş məşqçisi postunda almaniyalı Yurgen Kloppu əvəz edəcək.
Mətləb