"Redaksiya siyasəti və peşə davranış qaydaları" mövzusunda təlim
Mayın 17-də Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə media nümayəndələri üçün “Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təlim keçilir. Qeyd edək ki, sözügedən təlimin mayın 15-də başlanıb və mayın 17-də də davam etdirilib. Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini, əməkdar jurnalist Natiq Məmmədli “Media subyektlərinin redaksiya siyasəti”, “Jurnalistlərin peşə davranış qaydaları və sosial şəbəkələrdə fəaliyyət” adlı sessiyalarda çıxış edərək bütün dünyada nüfuzlu media qurumlarının peşə etikası qaydalarını ehtiva edən kodeks əsasında işlədiyini, Azərbaycanın peşəkar mətbuatının da eyni yolu izlədiyini bildirir. Üçüncü və dördüncü sessiyalarda isə Natiq Məmmədli tərəfindən “Rəqəmsal mühitdə media brendinin qorunmasında yol verilən pozuntular” və “Sosial şəbəkələrdə jurnalist nüfuzunun qorunması problemləri” mövzusunda vörkşop təşkil olunacaq. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.
İradə SARIYEVA