KÖHNƏ VERSİYA            

İlham Əliyevin islam həmrəyliyi çağırışına İrandan belə reaksiya gəldi...

Image

Faiq Ələkbərli: “Onların bu cür siyasətinin arxasında Azərbaycanın varlığına qısqanc münasibətləri, çirkin niyyətləri dayanır”

Fars şovinstləri Azərbaycanı qaralamaqdan əl çəkmək istəmirlər. Əksinə, günü-gündən “dozanı” bir az da artırırlar. Bir tərəfdən Azərbaycanla dostluqdan, əməkdaşlıqdan, yaxınlaşmadan danışırlar, başqa bir tərəfdən də ölkəmizə çirkab atırlar. 

Azərbaycan ərazilərini işğaldan azad etdikdən sonra qonşu ölkənin rəsmilərinin, qeyri-rəsmi şəxslərinin, keçmiş diplomatlarının bizə qarşı kin-küdurəti daha da qabarıb. Azərbaycanın yürütdüyü müstəqil siyasətdən elə narahat olublar ki, bu narahatlıqlarını bizə böhtan atmaqla, qara yaxmaqla, müəyyən hədə yolu ilə ifadə edirlər. Ermənidən çox erməni olmaqda maraqlı olan din qardaşlarımız antiazərbaycan siyasətini dayandırmaq istəmir.

Azad İran Teleqram kanalının yaydığı məlumata görə, İranın İtaliyadakı keçmiş səfiri, antiazərbaycan açıqlamaları ilə tanınan Əbülfəz Zöhrəvənd “Şəbab Press” saytına müsahibəsində deyib ki, Azərbaycan əhalisinin 99%-dən çoxu şiədir.

Kanal qeyd edir ki, keçmiş səfir riyakarlıqla Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə Qərb siyasətini və düşüncəsini təbliğ etdiyini iddia edib.

Kanal şərhində vurğulayır ki, Azərbaycanda müsəlmanlara və şiələrə qarşı “təzyiqlər” göstərilməsi iddiasını ortaya atan bədnam diplomat utanmazcasına Azərbaycan dövlətini “sionist” siyəsəti icra etməkdə günahlandırıb.

Keçmiş səfir “Biz Azərbaycanın müsəlman ölkələri ilə qardaşlıq əlaqələrinin olmadığını və İsrailin Qəzza və Rəfahda müsəlmanları qətlə yetirdiyi bir vaxtda bu ölkənin “sionist”lərə dəqiq mövqe nümayiş etdirdiyini görürük. Azərbaycandan antiislam siyasətinə son qoymasını və şiələrin həbsi ilə bağlı açıqlama verməsini istəyirik” - deyə o sərsəmləyib.

Ekspert rəyinə keçməzdən əvvəl keçmiş səfirə, şovinst diplomata xatırladaq ki, onun ölkəsindən fərqli olaraq, Azərbaycan dövləti daim müsəlman həmrəliyi, islam dünyasının birliyi naminə çalışıb və ortaya gerçək nümunələr qoyub. Onu da üzdəniraq diplomatın yadına salaq ki, bir neçə gün əvvəl Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında Azərbaycan Prezidenti “Biz İslam həmrəyliyi istiqamətində ardıcıl fəaliyyət göstəririk. Azərbaycan İslam dünyasının birləşməsi, İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir” bəyanatını verdi. Beləliklə, Azərbaycanın islam aləmi ilə bağlı mövqeyi aydındır. Buna baxmayaraq, yenə də panfarsistlər ölkəmizə qarşı əsassız ittihamlar irəli sürürlər.  

“Azərbaycan dünyəvi bir dövlətdir, islama münasibəti də ancaq islami dəyərlərə əsaslanır” 

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini, siyasi ekspert Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycanın bir dövlət olaraq islam dininə, müsəlman dünyasına münasibəti dəqiq və aydındır. “Azərbaycan islam aləmində həmrəyliyin, qardaşlığın, dostluğun tərəfdarıdır. Azərbaycan bu məsələdə Türkiyə, Türk Dövlətləri Təşkilatı, İslam Konfransı təşkilatı ölkələri ilə çox sağlam, müsbət əlaqələr qurub və bu münasibətlər də davam etməkdədir. Azərbaycanın  istər türk, istərsə də islam dünyasındakı mövqeyi obyektivdir, qardaşlığa, humanizmə, sülh və əmin-amanlığa əsaslanır. Ancaq Azərbaycanın islam dünyasında tutduğu doğru, obyektiv yolu görmək istəməyən əsas ölkələrdən biri İran İslam Respublikası adlanan ölkədir. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra, çox təəssüflər olsun ki, bu ölkə 34 il ərzində bizə qarşı daim qərəzli mövqe tutub. Doğrudur, ara-sıra öz mahiyyətlərini gizlətməyə çalışsalar da, bütövlükdə Tehran rejimi Azərbaycana qarşı münasibətdə nəinki ikili, deyərdim ki, çoxüzlü və riyakar münasibətlərini ortaya qoyub. Bu da qəbuledilməzdir. Bu ölkənin müxtəlif təmsilçiləri tərəfindən Azərbaycana qarşı qeyri-səmimi münasibət ortaya qoyulur. Onlardan biri də İranın İtaliyadakı keçmiş səfiridir ki, o da Azərbaycanı əsassız olaraq ittiham etməklə ölkəmizin həm islam aləmində, həm də regionda mövqeyinə kölgə salmağa cəhd göstərir. Onların bu cür siyasətinin arxasında Azərbaycanın varlığına qısqanc münasibətləri, çirkin niyyətləri dayanır”-deyə bildirən F.Ələkbərli hesab edir ki, şiə “qardaşlarımızın” bizi əsassız ittiham etməsinin arxasında dayanan amillərdən biri də Azərbaycanın dünya dövlətləri ilə qurduğu qarşılıqlı əlaqələr və münasibətlərdir, Azərbaycan regionun güclü dövlətidir. Onun sözlərinə görə, dövlətimizin güclü olması, müstəqil siyasət yürütməsi isə molla rejimini narahat edir.  “Prezident Əliyevin Şuşada bəyan etdiyi kimi, Azərbaycan islam həmrəyliyinin gücləndirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərib. Bu gün də o siyasəti davam etdirməkdədir.   

Amma bu şovinst diplomat kimilərinin xəyalından keçir ki, Azərbaycan özünü sırf şiə təəssübkeşi kimi göstərməlidir və İranın yürütdüyü siyasətin çərçivəsində addımlar atmalıdır, əlbəttə, bu mümkün deyil.  Azərbaycan özünü nə şiə, nə sünni, nə də hər hansı bir məhzəbçi dövlət kimi aparır, Azərbaycan dünyəvi bir dövlətdir, islama münasibəti də ancaq islami dəyərlərə əsaslanır. Bu başqa cür də ola bilməz. Azərbaycanın islam dövlətlərinə münasibətinin əsasında islami prinsiplər dayanır. Yəni burada şiə-sünni məzhəbçiliyi, yaxud hansısa bir məzhəbçilik yoxdur, olmayacaq da. Bu prinsipi biz 1918-ci ildə qurulan Azərbaycan Cumhuriyyətində də görürük və bunu da davam etdiririk, davam etdirəcəyik”.

Azərbaycanda heç bir dini ayrıseçkilik olmadığını, məzhəblər arasında fərq qoyulmadığını deyən F.Ələkbərli vurğuladı ki, insanlar etdikləri əməllərə görə qanun qarşısında cavab verirlər. “Buna hansısa bir şiə məzhəbçiliyi anlamında yanaşıb,  öz əməllərinə görə cəza çəkənləri “şiələrin həbsi” kimi qələmə vermək yolverilməzdir. 

Aydındır ki, Azərbaycan islama və digər bütün məsələlərə münasibətdə obyektiv fikir ortaya qoyduğuna  görə irançılar, panfarsistlər ölkəmizi əsassız yerə tənqid edir. qeyri-obyektiv şəkildə İsrail məsələsini ortaya atır. Azərbaycanın İsrailə, ABŞ-a və digər ölkələrə münasibəti də bəllidir. Azərbaycan Qərbyönümlü siyasət yürütmür, dünyəvi, insani, humanist siyasət yürüdür. Bunun da kökündə, şübhəsiz ki, azərbaycanlılığımız, türklüyümüz, islamlığımız dayanır. Bunların da mahiyyətində məhz bəşəri, dünyəvi dəyərlərə əsaslanmaq dayanır. Yoxsa hansısa bir Qərbyönümlü siyasətdən söhbət getmir”-deyə F.Ələkbərli bildirdi. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031