Zelenski Xarkovda vəziyyətin pisləşməsinə görə dünyanı günahlandırdı - ruslar 10 km irəliləyiblər...
Ukrayna lideri Vladimir Zelenski Xarkov ətrafında vəziyyətin pisləşdiyini və şəhəri itirmək risqi yarandığını deyib.
Zelenski bildirir ki, şəhəri saxlamaq üçün onlara daha çox "Patriot" hava hücumundan müdafiə sistemləri lazımdır. Dövlət başçısı jurnalistlərin yaranmış vəziyyətdə ABŞ-ın günahkar olub-olmaması ilə bağlı sualını da cavablandırıb. O, deyib ki, “Dünya günahkardır... Putinə irəliləmək şansı verdilər”.
Zelenski bir gün sonra isə bəyan edib ki, ölkəsində hərbi münaqişə başlayandan bəri ilk dəfə olaraq bütün qoşunlarda kifayət qədər sursat var. Zelenski Rusiya ordusunun Xarkovda əldə etdiyi irəliləyişdən sonra vəziyyəti nəzarət altına ala bildiklərini deyib.
O, həmçinin Rusiya ordusunun əldə etdiyi maksimum irəliləmə məsafəsinin 10 km olduğunu açıqlayıb.
TAHİR