Şənbə günü, 12 iyul 2025
     

“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyalarının açılışları oldu - FOTO/YENİLƏNDİ

Image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin "Zəngilan" və "Şayıflı" Su Elektrik stansiyalarının açılışlarını edib.

Trend xəbər verir ki, "AzərEnerji" ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

İşğaldan azad edilən ərazilərdə yaşıl enerji zonasının yaradılması, rayonların karbonsuz zonaya çevrilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq "AzərEnerji" ASC tərəfindən Oxçuçayın Zəngilan rayonunun ərazisindən keçən hissəsində hər birinin gücü 10,5 meqavat olmaqla dörd yerdə ümumi gücü 42 meqavat olan "Zəngilan" Su Elektrik stansiyaları silsiləsi layihələndirilərək qısa vaxt ərzində tikilib. İşğaldan azad edilən ərazilərdə ən böyük silsilə su elektrik stansiyası olan Zəngilan silsiləsindən "Cahangirbəyli" SES 2023-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib. "Şayıflı" və "Zəngilan" SES-lər açılışa hazır vəziyyətə gətirilib, "Sarıqışlaq" SES-də isə işlər başa çatdırılıb.

Bildirildi ki, Araz çayının sol qolu olan Oxçuçay üzərində inşa edilən SES-ləri su ilə təmin etmək üçün dəniz səviyyəsindən 600 metr yüksəklikdə baş suqəbuledici qurğu tikilib. Ümumi uzunluğu 83 kilometr olan və 36 kilometrlik hissəsi Ermənistan ərazisindən keçən çaya mütəmadi olaraq Qacaran, Zəngəzur mis-molibden, Qafan dağ-mədən kombinatlarının ağır metal tərkibli mədən tullantıları axıdılır. Bu amillərə görə Oxçuçayın üzərində baş suqəbuledicinin yaradılması enerji istehsalından əlavə, ekoloji cəhətdən olduqca əhəmiyyətli hadisədir. Belə ki, baş suqəbuledicinin tikilməsi ermənilər tərəfindən sənaye üsulunda çirkləndirilən çay yatağının təmizlənməsinə, flora və faunanın dirçəlməsinə yardım edəcək. Çünki suqəbuledicinin yaradılması çirkləndirici maddələrin çökməsinə şərait yaratmaqla yanaşı, aşağı axın zonasına təmiz suyun ötürülməsinə və çay ekosisteminin özünübərpasına zəmin yaradır. Eyni zamanda, daşqınların qarşısının alınması və su itkisinə yol verilməməsi üçün suqəbuledicinin yaradılması olduqca əhəmiyyətli hadisədir. Ona görə də burada dib sutullayıcı, suaşıran, lil ötürücü və balıq vətəgə qurğuları yaradılıb. Baş suqəbuledicidən çıxan suyun 35 faizi çay məcrasında saxlanılaraq kaskad üsulla tikilən SES-lərə giriş-çıxış olmaqla ümumilikdə 23,5 kilometr məsafədə qoşa derivasiya boruları çəkilib və borudan çıxan su təkrar çaya buraxılır.

Qeyd edildi ki, Oxçuçay üzərindəki SES-lərin tikilməsi ilə bağlı Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən aidiyyəti dövlət qurumlarının əməkdaşlarının, elm adamlarının, media və QHT-lərin nümayəndələrinin iştirakı ilə açıq ictimai dinləmələr keçirilib və layihəyə yüksək qiymət verilib.

Diqqətə çatdırıldı ki, hər birinin gücü 10,5 meqavat olmaqla ümumi gücü 21 meqavat olan "Zəngilan" və "Şayıflı" SES-lər üçün maşın zalları tikilib. Çətin iqlim və sərt relyefli ərazidə yerləşməsinə baxmayaraq, burada böyük həcmli torpaqlama, betonlama və digər işlər həyata keçirilərək sıfırdan yeni SES-lər tikilib. İstər derivasiya boruları çəkilərkən, istər maşın zalı tikilərkən, istərsə də digər quraşdırma işləri aparılarkən layihəyə uyğun olaraq ekoloji normalara riayət edilib. Maşın zallarının hər birində dörd yaşıl sertifikatlı Avropa istehsalı olan iki ekoturbin və generatorlar quraşdırılıb. Bu turbinlər çayda su azaldıqda ekoloji normaların qorunması üçün avtomatik özünü dayandırmaq, suyun keyfiyyətinə təsir etmədən istiqamətləndirici aparat vasitəsilə yağ və digər zərərli maddələrin suya qarışmasının qarşısını almaq qabiliyyətinə malikdir.

Yaşıl enerji zonası konsepsiyasına uyğun olaraq, ekoloji cəhətdən təmiz enerji istehsal edəcək "Zəngilan" və "Şayıflı" SES-lərdə rəqəmsal qaydada məlumatların axını mərkəzə ötürülməklə yanaşı, məsafədən idarəedilməsi təmin olunub. Bunun üçün mikro SCADA sistemi yığılıb, 25 kilometr məsafədə yüksəkgərginlikli yeni elektrik verilişi xətləri və 24 damarlı optik kabel xətti çəkilib. "Zəngilan" və "Şayıflı" SES-lərdə il ərzində hər birində 30 milyon kilovat-saat olmaqla, ümumilikdə 60 milyon kilovat-saat yaşıl enerji istehsal ediləcək və bununla da 14 milyon kubmetr qaza qənaət edilməklə yanaşı, atmosferə atılan karbon qazının (CO2) həcmi 28 min ton azalacaq.

Dövlətimizin başçısı "Zəngilan" və "Şayıflı" SES-lərin tikintisindən və yaradılan şəraitdən bəhs edən videoçarxa baxdı.

Prezident İlham Əliyev stansiyaları işə saldı.

Məlumat verildi ki, bu günə qədər "AzərEnerji" ASC tərəfindən Zəngilan rayonunda 30 nəfər əsasən yerli sakin daimi işlə təmin edilib. Ümumilikdə, işğaldan azad edilən ərazilərdə indiyədək Prezident İlham Əliyevin məşğulluq və məskunlaşma siyasətinə uyğun olaraq "AzərEnerji" tərəfindən 400-ə yaxın daimi iş yeri yaradılıb. Yaxın gələcəkdə 10-dan artıq Kiçik Su Elektrik stansiyalarının (KSES) istismara verilməsi və əlavə KSES-lərin tikintisinə başlanılması ilə işçi sayı 550-ni keçəcək. İşçilərin 70 faizi məhz işğaldan azad edilən rayonların sakinləridir.

Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur regionlarında "AzərEnerji" ASC tərəfindən iki yeni müəssisə - "Qarabağ Regional Elektrik Şəbəkəsi" MMC və "Yaşıl Enerji Elektrik Stansiyası" MMC yaradılıb. İşəgötürmə zamanı, ilk növbədə, "AzərEnerji" ASC-də hazırda işləyən keçmiş məcburi köçkünlər arasından seçim edilib. Eyni zamanda, regionlarda məskunlaşdırılan sakinlərin işə cəlb edilmələri zamanı peşəsi olmayan kadrlar üçün təlimlər keçirilib, sertifikatlaşdırılma aparılıb.




VİDEO

SON XƏBƏRLƏR

12.07.2025 / 11:02
Tramp ŞOKDA - ABŞ məhkəməsi Prezidentin fərmanını blokladı!

12.07.2025 / 10:54
Narkotik vasitələr becərən Qəbələ sakini yaxalanıb

12.07.2025 / 10:00
Mingəçevirin bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

12.07.2025 / 09:12
"Feyk xəbər" yayanları ciddi cəza gözləyir

12.07.2025 / 09:03
Ölkəmizə "cəhənnəm istilər" gəlir...

12.07.2025 / 08:44
Sertifikasiyadan sonra indi də müəllimlərin dərs yükü problemə çevrilib...

12.07.2025 / 01:05
Azərbaycandan tarixi uğur - 40 gündə 6 seçkidə qalib gəldik...

11.07.2025 / 21:43
Erməni işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdi – MƏHKƏMƏ+ FOTO

11.07.2025 / 21:30
Rusiya XİN Azərbaycanda rus dilinin vəziyyətini(?) araşdırır...

11.07.2025 / 21:15
Antiterrordan Əbu-Dabiyədək - Əliyevin təşəbbüsləri aparıcıdır...

11.07.2025 / 21:01
Priqojin 2 azərbaycanlını “Vaqner”ə hansı ölkənin həbsxanasında cəlb edib?..

11.07.2025 / 20:46
Bakı-İrəvan sazişi bu ilin sonunda imzalana bilər...

11.07.2025 / 20:31
Zəngəzur dəhlizi açılır - Əbu-Dabi çox şeyi dəyişdi...

11.07.2025 / 20:16
Əliyev-Paşinyan görüşünə Rusiyadan ikibaşlı rəylər gəlir...

11.07.2025 / 20:02
Dövlətdən böyük vəsait ayrılır, ipəkçilik yenə də çökür...

11.07.2025 / 19:47
Azərbaycanın və Türkiyənin qəvi düşməninin axırına Ermənistan özü çıxır…

11.07.2025 / 19:30
Professor Məhərrəm Qasımlı Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

11.07.2025 / 19:17
Birləşmiş Kreml-İrəvan qüvvələri başladı - “Əbu-Dabi görüşünü ABŞ təşkil edib”...

11.07.2025 / 19:05
Sabir Zeynalov Açıq Çelenc Turnirində gümüş medal qazanıb

11.07.2025 / 19:03
Üç nəfər xaricində PKK terror təşkilatı bağışlandı - Murat Karayılan, Cəmil Bayık və...

11.07.2025 / 18:57
İranın diplomatik ikiüzlülüyü

11.07.2025 / 18:47
Hökumət mollası türk dilini "cəhənnəm dili" adlandırdı...

11.07.2025 / 18:42
Bahar Muradova Balakən rayonunda vətəndaşları qəbul edib

11.07.2025 / 18:33
Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

11.07.2025 / 18:23
İqtisadi Şuranın iclası keçirildi - 2026-cı il büdcə layihəsinə dair müzakirə aparıldı

11.07.2025 / 18:19
Təhsil Nazirliyi “qanunsuz” azad edir, məhkəmələr bərpa edir...

11.07.2025 / 18:06
Əliyev-Paşinyan razılaşmasının ardınca Rusiya hərəkətə keçdi...

11.07.2025 / 17:52
Vətəndaş Cəmiyyəti Təşkilatlarının BMT-də rolu – BAMF-dan növbəti təlim

11.07.2025 / 17:47
Azərbaycandan Almaniyaya daha çox pul axmağa başlayıb - əvvəl tərsinə idi, nə olub?

11.07.2025 / 17:44
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti geniştərkibli müşavirə keçirilib

11.07.2025 / 17:25
Tramp Ukraynaya göndərəcəyi silahların pulunu NATO-dan alacaq - Biz silahları onlara verəcəyik, onlar da Ukraynaya...

11.07.2025 / 17:12
Sabunçuda əməliyyat - Emin Səmədov 10 kq narkotiklə tutuldu...

11.07.2025 / 16:59
Dünya Çərkəz Birliyi çərkəz xalqının geridönüş haqqının tanınmasını tələb edir

11.07.2025 / 16:40
PKK-nın tərksilah edilməsilə bağlı ilk addım Süleymaniyyədə atıldı - Rəsmi Ankaradan ilk reaksiya...

11.07.2025 / 16:37
FHN-in əməkdaşı Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçildi

11.07.2025 / 16:28
Beynəlxalq səyyahlar Laçında... - YENİLƏNDİ

11.07.2025 / 15:57
Ürəyi Vətənlə döyünən qəhrəman Elnur...

11.07.2025 / 15:30
bp-nin Azərbaycan milli mətbuatının 150 illiyinə töhfəsi...

11.07.2025 / 15:29
Dəniz kənarında ekoloji çirklənməyə yol verən şəxslərə qarşı polis nəzarəti daha da gücləndirilib

11.07.2025 / 15:14
"Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı" - Xocalı soyqırımı zamanı körpə övladları ilə girov götürülmüş qadın

11.07.2025 / 15:10
Bakıda “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forum keçirilib - FOTO

11.07.2025 / 14:51
Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

11.07.2025 / 14:26
16 milyon manata yaxın borcu olan şirkətin əmlakı satışa çıxarıldı

11.07.2025 / 14:12
Ağdamda tikinti aparılan ərazidə insan sümüyü aşkarlandı

11.07.2025 / 13:55
Türk Rivierasında heyranedici mənzərələrlə dolu unudulmaz səyahət

11.07.2025 / 13:47
Paşinyan İrəvanı revanşistlərdən “təmizləyir”..

11.07.2025 / 13:24
“Konstitusiya və Suverenlik İli” çərçivəsində BDU-nun 2 tələbəsinə Ombudsmanın xüsusi təqaüdü veriləcək

11.07.2025 / 13:21
Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib

11.07.2025 / 13:19
BDU-da “Birincilik” təqaüdü təsis edildi

11.07.2025 / 13:12
Страшный сон профессора Хачикяна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.07.2025 / 13:11
Almaniyada yaşayan ixtiraçı həmyerlimiz "Bakı Xəbər"ə müraciət etdi

11.07.2025 / 13:09
“Sənət və duyğu harmoniyasının təbliği” layihəsi uşaqların psixoloji rifahına töhfə verir

11.07.2025 / 12:53
"Medianın işində ciddi keyfiyyət dəyişikliyi özünü göstərməkdədir" - Əhməd İsmayılov

11.07.2025 / 12:35
Rusiya Ukrayna müharibəsilə bağlı ABŞ-a yeni təkliflər verdi - Lavrovla görüşən Rubio detalları açıqlamadı...

11.07.2025 / 12:07
"Milli mətbuatımızın hazırkı estafetini yeni gənc nəsil qəbul etməlidir" - Əhməd İsmayılov

11.07.2025 / 11:55
“Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyaları birləşdirildi

11.07.2025 / 11:50
“Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradıldı - FƏRMAN

11.07.2025 / 11:42
Prezident bələdiyyələrin vahid informasiya sisteminin yaradılmasını təsdiqlədi

11.07.2025 / 11:35
Yaşayış minimumu haqqında qanunda dəyişiklik edildi

11.07.2025 / 11:33
“Bakinski raboçi” və “Xalq” qəzetinin redaksiyalarının MMC-ləri yaradıldı - FƏRMAN

11.07.2025 / 11:31
Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsinə vəsait ayrıldı - SƏRƏNCAM

11.07.2025 / 11:30
"İrana səfər etməyin!" - ABŞ öz vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ

11.07.2025 / 11:25
Dünya bazarı çalxalanır - qızıl 20 dollardan çox bahalaşıb

11.07.2025 / 11:16
Abşeronda 17 əl qumbarası, 16 partlayıcı və xeyli silah-sursat aşkarlandı - TƏCİLİ

11.07.2025 / 11:13
Vüqar Rəhimzadə: Azərbaycan konstruktiv və lider mövqeyi ilə sülh gündəliyini irəli aparır

11.07.2025 / 11:09
Cənubi Qafqazda yeni diplomatik mərhələ: Əbu-Dabidə tarixi görüş

11.07.2025 / 11:07
Samvel Karapetyanın yaxın adamı da həbs edildi

11.07.2025 / 11:04
Prezident İlham Əliyev Monqolustan Prezidentini təbrik etdi

11.07.2025 / 11:03
Bakı - İrəvan danışıqlarında mühüm nəticələr alındı - CANLI

11.07.2025 / 11:00
Respublika Klinik Xəstəxanasında pasiyent üzərində eyni anda 5 əməliyyat icra olunub

11.07.2025 / 10:31
BDU-da T3 Fondunun birgə əməkdaşlığı ilə “TEKNOFEST klubu” yaradılır

11.07.2025 / 10:29
Makron ŞOKDA - Məhkəmə onun arvadını kişi adlandıran jurnalistə bəraət verdi!

11.07.2025 / 10:22
Şirvanda narkokuryerdən 7 kiloqrama yaxın narkotik vasitə götürülüb

11.07.2025 / 10:13
Azərbaycan və Çin arasında mülki aviasiya sahəsində əməkdaşlığa dair sənəd imzalanıb

11.07.2025 / 10:10
Pakistanda cinayətkarlar 9 sərnişini öldürüblər

11.07.2025 / 10:00
"Rusiya ilə müharibə təkcə Ukrayna üçün deyil..."

11.07.2025 / 09:45
Pensiyaçılara şad xəbər

11.07.2025 / 09:32
Bu çanta Parisdə 7 milyona avroya satıldı

11.07.2025 / 09:20
"60 günlük atəşkəsə razıyıq, amma..."

11.07.2025 / 09:12
"Rusiya ilə bağlı məyus oldum" - Trampdan mühüm açıqlama

11.07.2025 / 09:05
Avroliqada yeni mövsüm başladı - NƏTİCƏLƏR

Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910