KÖHNƏ VERSİYA            

Vüqar Rəhimzadə: Siyasi partiyaların mütləq əksəriyyəti dialoq proseslərinin fəal iştirakçılarıdır

Image

Demokratik cəmiyyətin varlığını təsdiqləyən  mühüm amillərdən biri  çoxpartiyalı sistemin təşəkkül tapması, partiyaların normal fəaliyyəti üçün sağlam mühitin yaradılması, bu qurumlar arasında əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, bugünümüzə və gələcəyə xidmət edən düşünülmüş, məqsədyönlü siyasətin əsas istiqamətlərindən biri siyasi  islahatların  dövrün tələbinə uyğun olaraq təkmilləşdirilməsi, vətəndaş həmrəyliyinin bərqərar olmasıdır. Bu mühüm məqamı qeyd etmək yerinə düşər ki, müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizin yaşadığı problemlər vətəndaş həmrəyliyinin olmaması faktını da təsdiqlədi. Müstəqilliyimizin bərpasının ilk illərində ölkəyə rəhbərlik edənlərin xəyanətkarlıqları nəticəsində real vəziyyəti həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan dahi şəxsiyyət Heydər Əliyevə ünvanladıqları müraciətdə daha aydın və ətraflı şəkildə  əks etdirən məşhur “91-lər” bu faktı xüsusi qeyd etmişdilər ki, yeni-yeni partiyaların meydana çıxması fonunda ölkədə ictimai-siyasi həmrəyliyin yaradılması istiqamətində heç bir iş görülmür. Mövcud siyasi partiyaların rəhbərləri arasında sözün əsl mənasında geniş xalq kütləsinin dərin inam və etimadını qazanmış, öz ətrafında müxtəlif zümrələrdən olan insanları birləşdirə biləcək, beynəlxalq nüfuzlu və respublika həyatının bütün sahələrindən tam, geniş məlumatı olan güclü lider yoxdur. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə dövrün, zamanın tələbi, xalqın istəyi ilə yaradılan Yeni Azərbaycan Partiyası ilk gündən bu birliyin, həmrəyliyin  formalaşdırılmasına xüsusi diqqət göstərməyə başladı. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin əsas çağırışları sırasında bu məqam xüsusi qeyd edilirdi ki, nə qədər partiya olur-olsun, onların hamısı bir məqsədə - Azərbaycanın müstəqilliyini qorumaq, torpaqlarımızı düşməndən azad etmək işinə xidmət etməlidir. Bu çağırış siyasi partiyaların birliyinə, həmrəyliyinə xidmət etməklə yanaşı, siyasi diloq mühitinin formalaşdırılmasının dövlət siyasətinin əsas tərkib hissəsi olduğunu təsdiqlədi. Son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin vətəndaş birliyinin möhkəmləndirilməsi yönümündə atdığı addımlar öz müsbət nəticəsini 44 günlük İkinci  Qarabağ müharibəsinin gedişi, eyni zamanda, postmünaqişə dövründə  göstərdi.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri,  siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, ölkənin inkişafında siyasi partiyaların rolunun artırılması, demokratik təsisatların  inkişaf etdirilməsi, hələ 1992-ci ildə qəbul edilən “Siyasi partiyalar haqqında” Qanuna yeni sənədin qəbuluna qədər dövrün tələblərinə uyğun olaraq dəfələrlə əlavə və dəyişikliklərin edilməsi, siyasi partiyaların iqtisadi müstəqilliyinin təmin olunması üçün  mühüm addımların atılması  həyata keçirilən siyasi islahatların əsas tərkib hissəsidir.  Ümummilli Lider  hər bir demokratik cəmiyyətdə  müxaliətin olmasını vacib amil kimi önə çəkərək bütün siyasi partiyalara  fəaliyyətləri üçün eyni şəraitin yaradılmasına çağırışlar edir və bunu əməli fəaliyyəti ilə sübut edirdi. Təbii ki, burada söhbət konstruktiv müxalifətdən gedir. Radikallığı özlərinə fəaliyyət istiqaməti seçən  qüvvələrin əməkdaşlığa  maraq göstərmək,  öz ambisiyalarını bir kənara qoyub dövlət  maraqlarının müdafiəsinə çalışmaq barədə yalançı bəyanatları heç kimə inandırıcı təsir bağışlaya bilməz. Bunu 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi zamanı qaragüruhçu radikalların 50-dən artıq siyasi partiyanın dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəklərini ifadə edən Bəyanatına qoşulmamalarından, həmçinin tarixi Zəfərimizin reallıqlarının tələblərinə uyğun olaraq siyasi partiyalar arasında mütəmadi təşkil edilən dialoqlarda iştirak etməmələrindən də aydın görmək mümkündür. İqtidar-müxalifət münasibətlərinin sağlam təməl üzərində inkişaf etdirilməsi dövlət başçısı  İlham Əliyevin həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən biridir. Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri  İlham Əliyev 2021-ci ildə Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmasını təqdir edərək bildirdi ki, bu da siyasi sistemimizin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır və eyni zamanda, göstərir ki, partiyamızın həm məramı, həm proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir.

YAP Xətai rayon təşkilatının sədri  onu da əlavə edib ki, yeni sənədin qəbulu, yeni siyasi partiyaların dövlət qeydiyyatına alınması, qərargahı olmayan siyasi partiyalar üçün ofislərin ayrılması və sair kimi mühüm məqamlar  Azərbaycanda siyasi sistemin təkmilləşdirilməsini, sağlam dialoq mühitinin yaradılmasını təsdiqləyən addımlar sırasındadır. Bu gün ölkəmizdə  fəaliyyət göstərən  siyasi partiyaların  mütləq əksəriyyəti siyasi dialoq proseslərinin fəal iştirakçılarıdır. Azərbaycanda siyasi dialoq sağlam əməkdaşlıq mühiti əsasında formalaşıb və bu, öz təsdiqini  əlaqələrin inkişafında  tapır. Bu mühüm məqamı xüsusi qeyd etmək lazımdır ki, iqtidarla siyasi partiyalar arasında siyasi dialoq mühitinin daha intensiv xarakter alması məqsədilə Prezident İlham Əliyevin  Sərəncamı ilə Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsi yaradıldı. Adıçəkilən şöbənin müdiri Ədalət Vəliyev mütəmadi olaraq siyasi partiyaların birgə iştirakı əsasında müxtəlif mövzularda görüşlər təşkil edir. Bu görüşlərdə sağlam fikir mübadiləsi aparılır, demokratik şəraitdə hər bir siyasi partiyanın məsələyə yanaşması, mövqeyi açıqlanır. Bütün siyasi partiyaların irəli sürdükləri təkliflərə verilən dəyər iqtidar-müxalifət münasibətlərinin inkişafında əhəmiyyətli rol oynayır.

Vüqar Rəhimzadə bildirib ki, 44 günlük İkinci Qarabağ müharibəsinin gedişində Prezident İlham Əliyev xarici mətbuata çoxsaylı müsahibələrində də ölkəmizdə sağlam siyasi mühitin mövcudluğunu təsdiqləyən faktları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır. Cənab İlham Əliyev 2020-ci ilin 21 oktyabr tarixində  Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsi zamanı jurnalistin “Siz demokratiyanı təşviq etməyə, müxalifətə hakimiyyətə yol açmağa hazırsınızmı” sualına cavabında bildirmişdir ki, ölkədə demokratik inkişaf müsbət məcrada gedir. Azərbaycanda bütün əsas azadlıqlar - siyasi fəaliyyət azadlığı, media azadlığı,  sərbəst toplaşma azadlığı, dini etiqad azadlığı təmin olunub. Bununla bağlı məhdudiyyət yoxdur. Bizdə internet azaddır. Bizi tənqid etməyə çalışanlar şayiələr yaymaqdan, Azərbaycanın guya demokratiya sahəsindəki çatışmazlıqlarını siyasi məqsədlər üçün, siyasi təzyiq məqsədilə istifadə etməkdənsə, məzmuna baxmalıdırlar. İndi mən yeni siyasi islahatlar proqramını təqdim etmişəm, o, bütün siyasi partiyaların mütləq əksəriyyəti tərəfindən dəstəklənib. Yeri gəlmişkən, bu, toqquşmalardan əvvəl olub. İndi, əlbəttə ki, siyasi partiyaların mütləq əksəriyyəti işğal olunmuş ərazilərin qaytarılması ilə bağlı mənim yürütdüyüm siyasəti tam dəstəkləyir. Cəmi iki partiya bu prosesdə iştirak etmir. Cəmi iki partiya Azərbaycanın milli maraqlarının əleyhinə çıxış edir. Bunlar Xalq Cəbhəsi partiyası və Müsavat partiyasıdır. Yeri gəlmişkən, bu iki partiya mənim siyasi dialoqla bağlı təklifimi qəbul etmədi. Mən bu təklifi bir neçə ay bundan əvvəl etmişdim. Mən demişdim ki, bizim normal dialoqa ehtiyacımız var, hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərə ehtiyacımız var. İndi zənnimcə, 50 və ya ondan da çox partiya bunu dəstəklədi. Biz siyasi dialoqun çox aktiv fazasındayıq.

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri  44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin reallıqları fonunda Azərbaycanın beynəlxalq nüfuzunun artmasından, iqtisadi və siyasi islahatların vəhdətinin qorunması ilə dayanıqlı inkişafımızdan geniş bəhs edib. Bildirib ki, hər sahədə təcrübəsi nümunə olan Azərbaycanın siyasi dialoq mühitinin formalaşdırılması istiqamətində də təqdim etdiyi model beynəlxalq səviyyədə təqdir olunur. Bu model belə bir ümumi mənzərəni ortaya qoyur ki, ölkəmizdə dayanıqlı inkişafın, siyasi sabitliyin, həmrəylik mühitinin və demokratik ənənələrin təminatçısı olan siyasi dialoqun inkişafı dövlət siyasətinin əsas tərkib hissəsidir. Qeyd etdiyim kimi, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin  müdiri Ədalət Vəliyevin mütəmadi olaraq siyasi partiyaların rəhbərləri ilə görüşləri bu qurumlar arasında həmrəyliyin möhkəmlənməsində, ölkədə siyasi dialoq mühitinin yaxşılaşmasında mühüm rol oynayır. Mayın 16-da siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə keçirilən  görüş də məhz bu məqsədə xidmət edən addım oldu. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev dövlət siyasətində demokratik prinsip və dəyərlərə daim sadiq qalan Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin təşviq olunduğunu bildirdi.  Bu mühüm məqam da xüsusi qeyd edildi ki, belə görüşlər, eyni zamanda,  siyasi partiyaların mövcud potensialının dövlət siyasətinin və ictimai münasibətlərin daha da inkişafına yönəldilməsi imkanlarının genişləndirilməsinə xidmət edir. Sağlam əməkdaşlıq, milli həmrəylik sabitliyi və dayanıqlı inkişafı təmin edən amillərdir.

Vüqar Rəhimzadə qeyd etdikləri əsasında belə bir ümumiləşdirməni aparıb ki, Azərbaycan demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqləyir. Ölkəmizdə demokratik təsisatların inkişafı istiqamətində atılan addımlar davamlılığı ilə diqqəti cəlb edir. Sağlam dialoq mühitinin daha da təkmilləşdirilməsi, siyasi partiyalar arasında əlaqələrin möhkəmləndirilməsi tarixi Zəfərimizin reallıqları əsasında müəyyənləşdirilən hədəflərə töhfələr verməyə geniş imkanlar yaradır.








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031