KÖHNƏ VERSİYA            

Siyasi partiyalar hakimiyyətlə əməkdaşlığın yeni hədəflərini qiymətləndirir...

Image

Siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə mayın 16-da görüş təşkil olunub.

Görüşdə çıxış edən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev dövlət siyasətində demokratik prinsip və dəyərlərə daim sadiq qalan Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin təşviq olunduğunu bildirib, bu istiqamətdə indiyədək görülmüş çoxsaylı işlər barədə ətraflı məlumat verib. Şöbə müdiri siyasi partiyaların cəmiyyətdə artan rolunu ölkəmizdə formalaşmaqda olan yeni siyasi konfiqurasiyanın əsas elementlərindən biri kimi xüsusi vurğulayaraq, təşkil olunmuş görüşün, həmçinin siyasi partiyaların mövcud potensialının dövlət siyasətinin və ictimai münasibətlərin daha da inkişafına yönəldilməsi imkanlarının genişləndirilməsinə xidmət etdiyini bildirib. Ə.Vəliyev sağlam əməkdaşlığın, milli həmrəyliyin sabitliyi və dayanıqlı inkişafı təmin edən amillərdən olduğunu diqqətə çatdırıb. Daha sonra tədbirdə müxtəlif dövlət orqanlarının, siyasi partiyaların nümayəndələri çıxış edib. 

Görüş təəssüratları ilə bağlı bir neçə partiya təmsilçisinin fikirlərini öyrəndik.

Elşad Musayev: “Ümumən, çox gözəl və məhsuldar görüş idi” 

Sözügedən görüşdə iştirak edən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Bakı-Xəbər”ə açıqlamasında görüş barədə təəssüratlarının yüksək olduğunu qeyd etdi: “Ümumən, çox gözəl və məhsuldar görüş idi. Görüşdə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev geniş məruzə ilə çıxış elədi. O cümlədən, digər rəsmilərin çıxışları oldu. Məlum olduğu kimi, siyasi partiyalar haqqında yeni qanun qəbul olunub. Bu qanun qəbul olunana qədər tərəfimizdən bir sıra təkliflər, müzakirələr oldu. Bir sıra dəyişiklərdən sonra qanun qəbul olundu. Yeni qanun qəbul olunubsa, siyasi partiyalar da yeni qanunun tələblərinə uyğun fəaliyyət göstərməlidilər. Burda da hökumət orqanları ilə siyasi partiyalar arasında normal münasibətlər olmalıdır. Keçirilən müzakirələr nəticəsində aydın oldu ki, bəli, çox işgüzar müzakirələr var. Hansısa çatışmazlıqlar varsa, bu yöndə dövlət orqanları yardımçı olmağa çalışırlar. Görüşün əhəmiyyəti ondan ibarətdir ki, 4 il əvvəl hakimiyyətlə siyasi partiyalar arasında dialoq mühitinin yaradılması ilə bağlı ilkin addımlar atıldı. Nəhayət, bu istiqamətdə deyə bilərik ki, siyasi partiyalar və hakimiyyət nümayəndələri işgüzar şəraitdə dialoq mühitindədir. Hesab edirik ki, dialoq üçün milli həmrəyliyin böyük əhəmiyyəti var. Eyni zamanda ölkənin milli maraqları üçün siyasi partiyalarla hakimiyyət arasında normal, işgüzar münasibətlərin olmasının çox böyük əhəmiyyəti var. 44 günlük Vətən müharibəsində siyasi partiyalar hakimiyyətlə eyni mövqedən çıxış etdilər. Tovuz döyüşlərində 47 partiya birgə bəyanat verdi. Ondan sonrakı dövrlərdə də siyasi partiyalar hakimiyyətlə ölkənin milli maraqları ilə bağlı məsələləri müzakirə etdilər. Bütövlükdə bu, yaxşı haldır və biz bunu davam etdirməliyik. Sonuncu görüş çox normal keçdi və kimsə səs tonunu qaldırmadı. Tamamilə işgüzar mühitdə danışıqlar keçdi və hər kəs öz təkliflərini verdi. Tədbirdə iştirak edən partiyaların əksəriyyəti çıxış etdi. Mövzu ilə bağlı, mövzudankənar xeyli müzakirələr oldu. Ümumi rəy ondan ibarət oldu ki, belə görüşlər davam etdirilsin. Bu görüşü təşkil etdiyi üçün, başda Ədalət müəllim olmaqla, Prezident Adminstrasiyasının müvafiq şöbəsinə təşəkkür edirik. Belə qərara gəldik ki, bu əməkdaşlıq davam etdirilsin. Hansısa çatışmazlıq varsa, birgə aradan qaldırılsın. Qarşıdan parlament seçkiləri gəlir və hamımız çalışmalıyıq ki, normal, demokratik seçkilər keçirilsin”.

Arzuxan Əlizadə: “Belə tədbirlər dövlətçilik baxımından fayda verən görüşlərdir” 

Məsələ ilə bağlı açıqlama verən AMİP sədri Arzuxan Əlizadə də görüşü müsbət dəyərləndirdi: “Tədbir yeni siyasi partiyalar haqqında qanunun tətbiqi və bütövlükdə siyasi partiyaların bu proseslərdə iştirakı ilə bağlı idi. Bundan əvvəli dönəmlərdə də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi tərəfindən həm onlayn, həm də belə müxtəlif tədbirlər həyata keçirilib. Ancaq belə geniş ranqlı tədbir ilk dəfə idi keçirilirdi. Bu dəfə hökumət nümayəndələri də tədbirdə iştirak edirdilər. Ədliyyə, Maliyyə nazirliklərinin, Hesablama Palatasının və Mərkəzi Seçki Komissiyasının rəhbər şəxslərinin iştirak etdiyi bu tədbirdə mövcud siyasi partiyalar haqqında qanun, onun tətbiqi və siyasi partiyaların prosesdə iştirakı ilə bağlı məsələlər bir daha müzakirə edildi. Siyasi partiya rəhbərlərinin fikirləri dinlənildi. Əvvəldən belə tədbirləri təqdir edirik. Dünənki tədbirdə çıxışımda qeyd etdim ki, belə tədbirlərin keçirilməsi təqdir olunur. Bundan sonra da müxtəlif məsələlərlə bağlı bu tip tədbirlərin keçirilməsinə çox böyük ehtiyac var. Çünki AMİP olaraq biz hər zaman ölkədaxili və digər regional, xarici siyasətlə bağlı məsələlərin bir araya gələrək müzakirə edilməsini məqbul hesab edirik. Xüsusən də ölkədaxili problemlərin müzakirə edilməsi və həlli yolu istiqamətlərində təkliflərimizin verilməsi baxımından belə tədbirlərin keçirilməsi olduqca təqdirəlayiqdir. Hörmətli Ədalət müəlim də verilən təklifləri qəbul etdiyini bildirdi. Həmçinin belə tədbirləin gələcəkdə keçirilə biləcəyi ilə bağlı anons verdi. Digər məsələlərlə bağlı fikirlərimizi və təkliflərimizi verdik. Belə tədbirlər dövlətçilik baxımından fayda verən görüşlərdir”.

Elxan Şükürlü: “Biz həmişə demişik ki, ölkənin içərisində milli və siyasi həmrəyliyə...” 

Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü hesab edir ki, 2019-cu ildə yaradıldığı vaxtdan indiyədək ölkədə milli və siyasi həmrəyliyin yaradılması istiqamətində sistemli fəaliyyətə başlayan Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi daha bir nəcib təşəbbüsə, həm də Azərbaycanın müstəqillik tarixində növbəti ilkə imza atıb: “Tədbirdə mənim diqqətimi xüsusilə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri professor Ədalət Vəliyevin həm giriş nitqi, həm də tədbirin sonunda partiya sədrlərinin təkliflərinə cavab reaksiyasında olduqca açıq, səmimi, dərin məzmunlu və cəsarətli fikirləri çəkdi. Azərbaycandakı partiyaların real siyasi mənzərəsini konkret faktlarla, rəqəmlərlə ortaya qoyan, yaxşı bir statistika təqdim edən və ölkədə milli birlik yaradılması təşəbbüsünün də birbaşa Prezident İlham Əliyevdən gəldiyini deyən Ədalət müəllimin çıxışından o da aydın oldu ki, 44 günlük Qarabağ savaşı dönəmində siyasi partiyaların vahid mövqe göstərərək hakimiyyəti müdafiə etməsi ən çox Qərb ölkələrinin Bakıdakı səfirliklərini narahat edib və onlar iqtidarla müxalifətin birgə bəyanatlarından sonra tələm-tələsik Administrasiya rəsmilərilə görüşərək, məhz bu məsələyə necə nail olduqlarının səbəblərini araşdırmağa çalışıblar. Bəli, biz həmişə demişik ki, ölkənin içərisində milli və siyasi həmrəyliyə nail olarıqsa, qarşımızı kəsən, inkişafımıza mane olan bütün maneələri, sədləri də daha tez aşar, arzuladığımız azad, ədalətli və firavan Azərbaycanı birlikdə daha tez qura bilərik! Ən azı, 2020-ci ilin 44 günlük Vətən savaşı və 200 illik erməni separatizminin kökünü torpaqlarımızdan birdəfəlik kəsdiyimiz 2023-cü ilin antiterror əməliyyatları bir daha o gerçəyi ortaya qoydu ki, biz yalnız birlikdə güclü, yenilməz və qalibik”.

Vidadi ORDAHALLI







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031