Pakistanda partlayış törədilib
Pakistanda daha bir qanlı hadisə baş verib. Belə ki, ölkənin Bəlucistan əyalətində patlayıcı yüklü motosikletin partladılması nəticəsində 2 nəfər ölüb, daha 10 nəfər yaralanıb. Polis rəsmisi Məhəmməd Arif Zarkon Kuzdar şəhərində baş verdiyini, yaralılar arasında bir qadın və iki polis əməkdaşının olduğunu bildirib.
Yerli mətbuat partlayışın hücum olduğunu xəbər verib. İslamabadda yerləşən Tədqiqat və Təhlükəsizlik Araşdırmaları Mərkəzinin aprelin 1-də dərc etdiyi hesabata görə, 2024-cü ilin birinci rübündə ölkə daxilində ən çox terror hadisəsi baş verən əyalətlər Bəlucistan və Xayber Paxtunxva olub.
Mətləb