KÖHNƏ VERSİYA            

Sən ən yaxşı qardaşsan İdrak!

Image


Bu səhər elə bil tərs oyandım yuxudan, içimdə bir dəli həyacan vardı, ona qorxu da demək olar. İçimdəki qorxulardan çox qorxuram, çünki o hiss məni çuğlayanda bəd xəbər alıram. Bəd xəbəri heç kəsə arzulamıram.

İçimdə qəribə bir uğultu vardı, qorxulu uğultu. Gecə yuxuda nə gördüyüm yadında deyil, amma tərs oynadığımı xatırlayıram. Səhər saatlarında əməkdaşımız Günel Cəlilova mesaj yazmışdı, hal- əhval tutduqdan sonra yazdı ki, xəbərin var, İdrak rəhmətə gedib... Dondum... Bir neçə dəqiqə donum açılmadı, matım - qutum qurudu. Bu qız nə deyir, İdrak niyə ölsün ki? Niyə ölməlidir ki? Onun ölən yaşıdır bəyəm? Ağlımdan min bir fikir keçdi. Dedim yəqin Ukraynada olub bu hadisə... Kimin gülləsindən ölüb? Ay Allah bu nə müsibətdi, nə zülmdür, nə məşəqqətdi? Günel dedi ki, sosial şəbəkələrdə İdrakın ürək tutmasından öldüyü deyilir. 

Ürəyə bax, bir ürəyə, İdrak ona heç vaxt xəyanət etmədi, amma o ona xəyanət etdi. Özü də harda? Kiyevdə, qürbətdə, bizdən uzaqda, qəriblikdə. Sən gözəl qardaşım, Ukrayna Rusiya müharibəsinin ilk günlərindən o diyara getdin, getdin ki, insanların fəryadını dünyaya yayasan, ağlayan gözləri siləsən, yazılarınla onlara təsəlli olasan, dəstək verəsən. Əlindən gələni etdin, oradakı azərbaycanlılara böyük kömək oldun. Amma özünü qoruya bilmədin gözəl qardaşım, ürəyini dərdən-qəmdən uzaq tuta bilmədin. Bütün ayrılıqlar özü qürbət kimidir qardaş, qürbət kimi. İçim sızıldayır, gözlərim ağlayır, ürəyim partlayır. Hansı gözəl söz sənə yaraşmır ki. Hansı yaxşı söz səni ifadə etmir ki. Vəfalı dost, sədaqətli dost, abırlı oğlan. Dostlardan nəinki çörəyini, süfrəsini, heç canını belə əsirgəməyən İdraksan sən.

“Ay brat” deyirdin mənə, mən də sənə “qaqam” deyirdim. Mənim qaqam ayrı bir oğlan idi, tanıyanlar bilir, tanımayanlar da bilsin ki, onun abır-həyası, onun sədaqəti, insanpərvərliyi bir örnəkdir.  Səninlə çox gözəl günlərimiz olub, hamısı bir-bir kino lenti kimi gözlərimin qarşısından keçir qaqam. 

Bir-bir düşər

Atlananlar bir-bir düşər.

Sənlə keçirdiyim günlər 

Yadıma bir-bir düşər.

Yadıma düşər və yandırar məni. 

Ağlayıram, özümü qınayıram, ittiham edirəm ki, niyə son vaxtlar səninlə lazımı qədər əlaqə saxlaya bilmədim. Məni həmişə sən axtardın qaqam, həmişə sən soraqladın. Hey deyirdin ki, “İrka, sən mənim bratımsan, ən yaxın bratım”. Sən elə oğlan idin ki, İdrak sənin bənzərini həyatda heç görmədim qaqam. 

Məndən cəmi iki yaş böyük idin, amma mənə elə gəlirdi ki, yaşıdıq, bir məktəbdə oxumuşuq, bir partada oturmuşuq. Həmişə elə zənn edirdim ki, sən mənim uşaqlıq dostumsan. Halbuki, biz “Bakı-Xəbər” qəzetində tanış olmuşduq. O vaxtlar sən “Bakı-Xəbər”in idman yazarı idin, mən də  mədəniyyətdən yazırdım. Sonra sən getdin başqa yerdə işləməyə, amma dostluğumuz qaldı, yaşadı. Bizim dostluğumuz sağlam oldu, əbədi oldu İdrak. Təmənnasız dostluq oldu dostluğumuz. Gözlərindən gülən İdrak, abırlı-həyalı İdrak. İşdə hamının hörmətini saxlayırdın, heç kəs səndən tük qədər incimədi qaqam. Heç kəsi incitmədin heç.  Biz o qədər doğma idik ki, onu sözlə demək çətindir, bunu heç deməyə də ehtiyac yoxdur, bizi tanıyanlar hamısı bilir. Sən ən yaxşı qardaşsan İrdak, səndən yaxşı qardaş da yox idi. 

Qar daşı, 

Qarlı dağdan qar daşı.

Xəstə könlü nar istər

Mənim könlüm qardaşı...

Sənin könlün nə istədi İdrak? O qərib ellərdə ürəyin sənə xəyanət edəndə nə keçdi ağlından gözəl qardaşım, nə düşündün? Bütün ayrılıqlar qürbətə bənzər, bütün ayrılıqlar bizə qənimdi. 

Bakıda hər kəs səndən danışır, sosial şəbəkələrdə səndən yazırlar, hamı heyifsilənir, hamı deyir ki, bu nə bəd xəbərdi? Nə qədər adamı yandırdı sənin bəd xəbərin. Ürəyinə qurban qaqam, nə qədər ürəkdə özünə yuva qurubmuşsan, nə qədər insanın könlündə yerin varmış. Mən elə bilirdim təkcə mənim qardaşımsan, demə ki, sənə nə qədər qardaş deyən varmış...

48 il yaşaya bildin, amma bu 48 ilə böyük bir ömür sığışdırdın. Taleyə, bəxtə nə deyim, onu qarğayımmı, yamanlayımı? Niyə səni qürbət ellərə atdı? 

Gözəl qardaşım İdrak, sənin barəndə gah keçmiş, gah da indiki zamanda danışıram. Amma bil ki, sən mənim üçün həmişə donmuş zaman içindəsən, ölümsüzdür o zaman...

Onu da deyim, redaksiyada qızlar həmişə mənə həsəd aparırdılar ki, sənin nə yaxşı qardaşın var...

Qızlar heç zaman yanılmadılar, sən ən yaxşı qardaşsan İdrak! 

İradə SARIYEVA

P.S

“Bakı-Xəbər” media qrupunun rəhbəri Aydın Quliyev və kollektivi qəzetimizin keçmiş əməkdaşı, tanınmış jurnalist İdrak Camalbəylinin vəfatından kədərləndiyini bildirir, dərin hüznlə yaxınlarına başsağlığı verir!








VİDEO

Paşinyanın Tavuş camaatı ilə görüşündən inanılmaz xəbərlər yayılıb... - VİDEO

İlham Əliyevdən Paris, Afina və Dehliyə sərt xəbərdarlıq - “sizi gözləməyəcəyik”... - VİDEO

Kilsə və müxalifət Ermənistanı yenidən Azərbaycanla müharibəyə sürükləyir... - VİDEO

Rusiya hələ də 10 noyabr üçtərəfli razılaşmasını qüvvədə hesab edir - həqiqət necədir?..

Sadır Japarovun Qarabağla addım-addım tanış olmasının başqa mənası var...

Ərazilərimizin bərpasına bütün türk dövlətlərindən dəstək gəldi - tək Türkmənistan...

SON XƏBƏRLƏR

27.04.2024 | 10:20
Keçmiş məhkum Salyanda avtomobil qaçırdı

27.04.2024 | 10:04
Ekvadorda helikopter qəzaya uğrayıb, 8 nəfər həlak olub

27.04.2024 | 10:00
"Liverpul" iki gün ərzində yeni baş məşqçisini açıqlayacaq

27.04.2024 | 09:30
Bakıda taksilər qiyməti qaldırdılar - səbəb məlumdur...

27.04.2024 | 09:30
Arda qol vurdu, "Real" qələbə qazandı

27.04.2024 | 09:13
Bu ölkədə doqquz nəfərə 10 min ildən çox həbs cəzası verildi

27.04.2024 | 09:10
Roma Papası G7 sammitinə qatılacaq

27.04.2024 | 08:44
Büdcəyə yenidən baxılacaq, maaşlar-pensiyalar arta bilər - 3 milyard artıq pul var...

26.04.2024 | 23:57
Paşinyanın Tavuş camaatı ilə görüşündən inanılmaz xəbərlər yayılıb... - VİDEO

26.04.2024 | 23:43
XI ordunun işğıalına qarşı qatar savaşı

26.04.2024 | 23:15
İlham Əliyevdən Paris, Afina və Dehliyə sərt xəbərdarlıq - “sizi gözləməyəcəyik”... - VİDEO

26.04.2024 | 21:05
Avropa Parlamenti anti-Azərbaycan mövqeyindən əl çəkmir - Gürcüstanı da bezdirməyə başladı...

26.04.2024 | 20:48
Sərhədlərin delimitasiyası Ermənistana iki böyük problemin həllinə imkan verir...

26.04.2024 | 20:33
"Qosdep" Azərbaycanı erməni yalanları ilə tənqid etdi - "əsgər qətlləri"?..

26.04.2024 | 20:28
Zərifə Əliyeva - Böyük alim, Böyük insan

26.04.2024 | 20:18
Rusiya hələ də 10 noyabr üçtərəfli razılaşmasını qüvvədə hesab edir - həqiqət necədir?..

26.04.2024 | 20:11
İqlimlə bağlı Cənubla Qərb arasında Azərbaycanın yeni rolu belə olacaq...

26.04.2024 | 20:02
Sadır Japarovun Qarabağla addım-addım tanış olmasının başqa mənası var...

26.04.2024 | 19:55
Makron indi də ABŞ-ın zəhləsini tökməyə başlayıb...

26.04.2024 | 19:41
Rusiya-Ermənistan diplomatik savaşı iqtisadi müharibəyə çevrilir...

26.04.2024 | 19:29
Ərazilərimizin bərpasına bütün türk dövlətlərindən dəstək gəldi - tək Türkmənistan...

26.04.2024 | 19:15
Ermənilər milyardlar töküb Çili parlamentindən bir parça kağız aldılar...

26.04.2024 | 19:07
Prezident İlham Əliyevin Almaniya Prezidenti ilə geniş tərkibdə görüşü keçirilib - FOTO/YENİLƏNDİ

26.04.2024 | 19:03
Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında memorandum imzalandı

26.04.2024 | 18:44
Sülhməramlıların Qarabağda həmişəlik qalması planı bu cür pozuldu - sirr açıldı...

26.04.2024 | 18:30
İnternet resursların təcavüzü və uşaqların fiziki-mənəvi zorakılıqdan qorunması - Azərbaycan təcrübəsi...

26.04.2024 | 18:26
Prezident İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb

26.04.2024 | 18:20
Prezident İlham Əliyevin Almaniya Prezidenti ilə təkbətək görüşü olub - FOTO

26.04.2024 | 18:16
Azərbaycanla Ermənistan arasında quraşdırılan sərhəd dirəyinin sayı 28-ə çatdı - RƏSMİ

26.04.2024 | 18:11
Avroparlament anti-Azərbaycan qətnaməsinə İrəvanın mesajlarını cümlə-cümlə yazdı...

26.04.2024 | 18:02
Dövlət Komitəsində kollegiya iclası keçirildi

26.04.2024 | 17:57
Ermənistan Azərbaycanın təbii qazından istifadə edir? - Simonyan ilginc mətləbdən danışdı...

26.04.2024 | 17:43
Ermənistan Azərbaycanın Qara dənizdibi elektrik kabelinə qoşula bilər - şərt açıqlandı....

26.04.2024 | 17:30
Narkotik satan Teleqram kanalları Bakı məktəblərini hədəflədilər...

26.04.2024 | 17:17
Bakı-İrəvan ikitərəfli "Tarix-Mədəniyyət formatı" yaradıla bilər...

26.04.2024 | 17:14
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşdü - FOTO/YENİLƏNDİ

26.04.2024 | 17:03
Ailəsinin İrəvandan bir yalan mesajı ilə Vardanyan aclığı dayandırdı - guya dünya onu müdafiə edirmiş...

26.04.2024 | 16:55
İran nüvə silahı hazırlayıb?.. İsrail və Qərbə təhdid mesajı – silahın ilk sınaqlarını keçirməyə hazırıq...

26.04.2024 | 16:40
“Əqli mülkiyyət müasir mərhələdə” mövzusunda “Dəyirmi masa” keçirilir

26.04.2024 | 16:38
Lukaşenko Kiyevə xəbərdarlıq etdi - danışıqların vaxtı çatıb, əks halda Ukraynanın mövcudluğuna son qoyulacaq...

26.04.2024 | 16:37
Prezident İlham Əliyevin Berlində Almaniyanın XİN rəhbəri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

26.04.2024 | 16:22
Qəzza üçün heç nə etməyən Ərəb ölkələri Türkiyənin təklif etdiyi plana qarşı çıxdı...

26.04.2024 | 16:07
ABŞ-ın gizli şəkildə Ukraynaya uzaqmənzilli raketlər göndərdiyi ortaya çıxdı - Krımı vurdular...

26.04.2024 | 15:48
TikTok qərarını verdi – amerikalıya satılmaqdansa bağlanmaq daha yaxşıdır...

26.04.2024 | 15:40
Prezident İlham Əliyev: "Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq"

26.04.2024 | 15:29
"Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq" - Prezident

26.04.2024 | 15:20
Prezident İlham Əliyev: "COP29 qarşıdurma meydanı olmayacaq"

26.04.2024 | 15:14
BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir

26.04.2024 | 15:12
Prezident İlham Əliyev: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

26.04.2024 | 15:10
"Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb" - Prezident

26.04.2024 | 15:05
Prezident: "Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq"

26.04.2024 | 15:02
Növbəti köç karvanı Füzuli şəhərinə çatdı

26.04.2024 | 15:02
"Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var" - Prezident İlham Əliyev

26.04.2024 | 14:58
Prezident Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

26.04.2024 | 14:57
Nərimanovda 5 kq narkotiklə saxlanan şəxs həbs olundu

26.04.2024 | 14:56
"Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir" - Olaf Şolts

26.04.2024 | 14:51
Prezident: "Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır"

26.04.2024 | 14:50
"Bu il Azərbaycanda 9 külək və günəş elektrik stansiyası işə salınacaq" - Prezident İlham Əliyev

26.04.2024 | 14:42
Prezident İlham Əliyev və Olaf Şolts mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

26.04.2024 | 14:14
Prezident İlham Əliyevin Almaniya kansleri Olaf Şoltsla geniş tərkibdə görüşü olub - FOTO

26.04.2024 | 14:14
Naxçıvan Nazirlər Kabinetinin Aparat rəhbəri də dəyişdi...

26.04.2024 | 14:04
Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırıldı

26.04.2024 | 14:00
"Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb" - Kamran İmanov

26.04.2024 | 13:50
XİN-dən Avroparlamentin qətnaməsinə reaksiya - siyasi sifarişindən başqa bir şey deyil...

26.04.2024 | 13:35
Prezident İlham Əliyevin Berlində Olaf Şolts ilə təkbətək görüşü olub - FOTO

26.04.2024 | 13:33
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə cinayət işi açıldı

26.04.2024 | 13:21
Şirvanda narkotikə görə 6 nəfər saxlandı

26.04.2024 | 13:09
Dünyanın ən gözəl ölkələrindən birində işləmək istərdinizmi?

26.04.2024 | 13:02
Затулин обвиняет Азербайджан в геноциде и угрожает последстиями - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

26.04.2024 | 12:51
Prezident İlham Əliyev: "Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır"

26.04.2024 | 12:45
"Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir" - Prezident

26.04.2024 | 12:40
Prezident İlham Əliyev: "Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi"

26.04.2024 | 12:36
Təhsil haqqı dövlət tərəfindən ödənilən şəxslərin yuxarı yaş həddinə yenidən baxıla bilər

26.04.2024 | 12:31
"Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər" - Prezident

26.04.2024 | 12:27
Prezident İlham Əliyev: "COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək"

26.04.2024 | 12:22
"Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik" - Prezident

26.04.2024 | 12:17
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlandı - FOTO

26.04.2024 | 12:14
Prezident: "COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır"

26.04.2024 | 12:10
"Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var" - Prezident

26.04.2024 | 12:07
Prezident İlham Əliyev: "COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

XƏBƏR ARXİVİ

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930