KÖHNƏ VERSİYA            

XI ordunun işğıalına qarşı qatar savaşı

Image

Azərbaycanı müdafiə etmiş  gürcü zabiti - Lordkipanidze

Şərqdə ilk demokratik respublika olan, Versal Sülh Konfransında dünya dövlətləri tərəfindən de-fakto tanınmış Azərbaycan Xalq Cümhuriyyətinin qonşu sovet Rusiyası tərəfindən işğalına aid tədqiqatlar davam etdikcə yeni faktlar ortaya çıxır. İşğalçı XI bolşevik ordusuna qarşı azərbaycanlılarla yanaşı digər xalqların, o cümlədən  qardaş gürcü xalqının nümayəndələrinin də qəhrəmanlıqla mübarizə aparmasına aid faktlar belə faktlardandır. Azərbaycan istiqlalı uğrunda döyüşmüş belə qəhrəmanlardan biri uzun illər adının çəkilməsi yasaq olunmuş repressiya qurbanı knyaz Lordkipanidzedir (1889–1937). Azərbaycan istiqlalına düşmən olan, Azərbaycana işğala gələn XI ordunun tərkibində öz vətənlərinə xəyanət etmiş Qəzənfər Musabəyov, Həmid Sultanov, Ayna Sultanova, Həbib Cəbiyev, Baba Əliyev və s. bolşeviklərdən fərqli olaraq, Lordkipanidze Azərbaycanın azadlığı uğrunda işğalçı ordu ilə qeyri-bərabər döyüşə rəhbərlik etmişdi.

Sepe Parnaozoviç Lordkipanidze 4 yanvar 1889-cu ildə anadan olub.  Atası Parnaoz Levanoviç Lorkipanidze anası  Biçia Maçavarinin qızı Yekaterina idi. Çar ordusunun zabiti olmuş, sonradan zirehli qatara komandiri kimi Azərbaycan Xalq Cümhuriyyəti ordusunda xidmət  etrmişdir. 1937-ci ildə represiyaya məruz qalmışdır. 

Bolşeviklərin Azərbaycana saxta “müstəqil sovet Azərbaycanı” şüarı ilə gəlməsi yalnız gözdən pərdə asmaq və xalqı çaşdırmaqdan başqa bir şey deyildi. Bu Peterburqda bolşeviklər hakimiyyətdə gəldikdən dərhal sonra II Sovetlər qurultayında verdikləri “Torpaq haqqında”, “Sülh haqqında” dekretləri və “Millətlərin öz müqəddəratını təyin etməsi hüququ” kimi elan etdikləri, lakin kağız üzərində qalmış növbəti yalanı, populist bir şüarı idi. Bu onların sonrakı fəaliyyətində özünü açıq aydın göstərdi.

Sovet hakimiyyəti illərində tarix saxtalaşdıraraq 27 aprel 1920-ci ildə Azərbaycanda  XI işğalçı orduya qarşı heç bir müqavimətin olmaması haqqında 70 il yalan məlumatlar yayılmışdır. Sovet tarixçiləri ilə yanaşı hətta qərb ölkələrinin də tarixçiləri uzun illər bu məsələ ilə bağlı tarixi həqiqətləri təhrif etməklə məşğul olmuşlar. Məsələn, ABŞ tarixçisi Firuz Kazımzadə 1951-ci ildə yazdığı “Qafqaz uğrunda mübarizə” (1917-1921-ci illər) adlı əsərində yazır: “Bolşeviklərin ultimatimunda göstərilən vaxtın başa çatmasından bir neçə saat sonra xəbər gəldi ki, rus qoşunları Azərbaycan sərhədini keçdilər. Onlar Yalama və Xudat stansiyalarını tutub, sürətlə Bakıya doğru irəlliləyirlər. Azərbaycan hərbi hissələri faktiki onlara heç bir müqavimət göstərmədilər. Əsas qüvvələr Qarabağda Ermənistan hərbi qüvvələrinə qarşı durmuşdu. Hətta onların hamısı şimal sərhədlərində olsaydı belə, qarşıdurmanın nəticəsi analoji olacaqdı.” 

XI ordunun Azərbaycan sərhədlərini manesiz keçməsi və Bakının döyüşsüz təslim olması haqqında yazılanlar həqiqətə uyğun deyil. Azərbaycan sərhədçilərinin XI rus ordusuna qarşı qəhrəmanlıla mübarizə aparmalarına dair hətta sovet mənbələrində məlumatlar olduğu halda, Aamerika tarixçisinin məsələyə bu cür yanaşması fikrimizcə onun bu kimi faktlardan xəbərsiz olmasından irəli gəlmişdi.

Sovet dövrünün bu və digər yalanlarının ifşa olunmasında akademik Ziya Bünyadovun əvəzsiz xidmətləri olub. XI orduya qarşı mübarizədə qəhrəmanlıq nümunəsi olan “Yalama döyüşü” haqqında ilk dəfə o məlumat verib. Z.Bünyadov öz məqaləsində XI ordunun Samur çayını keçərkən 300 sərhədçimizin qeyri bərabər döyüşə girməsi, qəhramanlıqla həlak olmaqla yanaşı düşmənə də xeyli itki vermələrini arxiv materiallarına əsasən işıqlandırıb. O, həmçinin qeyd edib ki, sərhədçilərimiz tərəfindən XI ordunun öldürülmüş 9 komissarı Bakıda dəfn olunub, onların dəfn olunduğu bağ əvvəllər 9 komissar bağı adlandırılıb.

Akademik Rafael Hüseynovun “Vətənin adında can” kitabında, tarixçi M.Süleymanovun “Azərbaycanın hərb tarixi. Sovet dövrü” kitabında, tanınmış ictimai-siyasi xadim Arif Əliyevin  “Yalama stansiyasinda qatar gözləyən 350 ruha ithaf” adlı publisistik məqaləsində də işğalçı orduya qarşı Azərbaycan sərhədçılırinin qəhrəman mübarizəsinə aid faktlar öz əksini tapıb.

Düşmənə qarşı qeyri-bərabər döyüşdə gürcü zabiti Lordkipanidzenin qəhrəmanlığına aid çox sayda faktlar məlumdur. Fikrimizcə, bu tədqiqatlar davam etdirilərsə çoxlu sayda yeni faktların üzə çıxacağı şübhəsizdir.

Lordkipanidze Azərbaycan Ordusnda zirehli qatarın komandırı kimi Azərbaycana layiqincə xidmət etmiş və axıra qədər Azərbaycan Xalq Cümhuriyyətinə sadiq qalmış qəhrəmanlardandır. Onun Azərbaycana sədaqəti, bolşevik işğalına nifrəti haqqında digər kitablarla yanaşı, sovet tarixşünaslığında  da aşağıdakı faktlar var. Bakıda 1967-ci ildə nəşr olunmuş “Sovet hakimiyyəti uğrunda” 259 səhifəlik kitabda bolşevik rəhbərlərin xatirələri dərc olunub. Onlar XI orduya qarşı Azərbaycan sərhədçilərinin, o cümlədən knyaz Lordkipanidzenin qəhrəman mübarizəsini etiraf etmişlər.

Azərbaycana görə  Mikoyanı təhqir etmiş gürcü knyazı 

26 aprel 1920-ci il tarixdə axşam knyaz Lordkipanidzenin komandiri olduğu Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zirehli qatarı Samur körpüsünə yaxınlaşdı. Yefremov, A.Mikoyan qatara yaxınlaşıb  knyaz Lordkipanidze ilə söhbət etməyə cəhd etdilər. Bu görüşdən narazı olan knyaz Mikoyanın ona sovet hakimiyyəti tərəfinə keçmək təklifinə son dərəcədə ağır söyüşlə cavab verdi. Yefremov bu məsələ barədə belə yazırdı: “Bizim keşikçilərin və qoşunların davranışı barədə suallardan başlayib jandarm-knyazın bizə xidmətə keçmək təklifi ilə bitirdik. Təsəvvür etmək mümkün deyil ki, Lordkipanidze   necə təkəbbür və qəzəblə Mikoyana cavab verdi. Lordkipanidze və onun yanındaki zabitlər qırmızı ordu və sovet hakimiyyəti ünvanına ağıla sığmaz söyüşlər yağdırdılar”.

Bu görüşdə iştirak etmiş N. Cəbiyev öz xatirələrində bildirir ki, onların təklifinə Lordkipanidze belə cavab vermişdir: “ Narahat olmayın, mən tezliklə körpünün o tayına keçəcəyəm ki, sovet torpağı adlanan yerdə müvəffıqiyyətlə addımlayım və sizin qızıl ordunun qalıqlarının axırına çıxım”.

Yalama döyüşü 

1920-ci il aprel ayının 27-si, saat 00.05 dəqiqə. Yetmiş minlik XI Qırmızı Ordu, öndə “III İnternasional”, daha 3 zirehli qatar və 300 nəfərdən ibarət piyada desant olmaqla, Samur çayı üzərindəki körpünü keçir…Artilleriya və pulemyot atəşi ilə kiçik dəstənin müqavimətini qırmaq çətin olmur. Qatar Yalamaya üz tutur. Arabir dəmir yolunun kənarında meşədən kölgələr çıxır və tez də qaranlıqda yox olurlar. Bunlar azərbaycanlıların süvari patrullarıdır. Ruslar Yalamaya qəflətən hücum etmək istəyirlər. Onların desantı stansiya ilə sərhəd məntəqələrini birləşdirən telefon xətlərini kəsir. Ancaq Quba alayının zabiti Ağaəli Babazadənin rəhbərliyi altında bir neçə yüngül top və pulemyotla silahlanmış iki rota, 300 nəfərdən ibarət süvari eskadronu və kiçik jandarm dəstəsi stansiya yaxınlığında düşməni gözləyir.

Yalamanın müdafiəçiləri seçim qarşısın­dadırlar: geri çəkilmək, ya da düşmənlə döyüşə girib onu, heç olmazsa, bir neçə saatlığına stansiyada ləngitmək. Həmdulla Əfəndinin könüllülər dəstəsindən savayı, kiminsə köməyə yetişəcəyinə ümid yoxdur. Çünki Azərbaycan Ordusunun əsas qüvvələri  Qarabağda erməni qiyamına qarşı mübarizə aparır.  Əvvəlcə relslərin bir hissəsini sökdürmüşdülər ki, ruslar qəflətən hücuma keçsələr, dəmiryolu ilə irəliləməsinlər. Sonra relsləri yerinə düzdürdülər

İlk toqquşma stansiyaya bir kilometr qalmış baş verir. Yalamadan zirehli qatarlara qarşı parovoz yola salınır. Məqsəd qəza törədib dəmiryolunu sıradan çıxarmaq və qatarların önünü kəsməkdi. Lakin “III İnternasional”dan iki sərrast top atəşi ilə buxar maşınının qazanı partladılır. Parovoz sürətini azaldaraq qatara çatmamış dayanır, onu itələyə-itələyə ehtiyat yola keçirirlər. Ağır döyüş başlanır. Zirehli qatarlardan fuqas mərmilərlə topçularımızın mövqeləri, pulemyot dzotları dağıdılır. Qatarların şrapnel mərmilər və pulemyot atəşi ilə dəstək verdiyi rus desantı hücuma keçir.Yalama qarnizonu bu hücuma iki saat davam gətirir. Üç yüz əlli döyüşçümüz son nəfəsinədək stansiyanı qoruyur. Sağ qalanlar partizan dəstələrinə qoşulmaq üçün geri çəkilir”.

1918-ci ilin əvvələrindən 1920-ci ilin aprel işğalına qədər Azərbaycanın dövlət müstəqiliyinə qarşı fəal mübarizə aparmış, mart qırğınından sonra 1918-ci il aprelin 25-də S.Şaumyanın rəhbərliyi ilə yaradılmış Bakı Kommunasına canı-dildən xidmət göstərmiş  Qəzənfər Musabəyov öz xatirələrində “Yalama döyüşü” haqqında   bəzi məlumatları verir. O, 1919-ci ilin noyabrında Moskvaya çağrılaraq Bakının işğalı planının hazırlanması işinə cəlb olunmuş və Bakı bolşeviklərini təmsil edən Anastas Mikoyan, Həbib Cəbiyev, Baba Əliyev, Qoqobridze ilə birlikdə 1920-ci ilin 27 aprelində işğalçı XI ordunun tərkibində Bakıya gəlmişdi.

Bolşevik Qəzənfər Musabəyovun xatirələrindəki faktlardan aydın olur ki, şimal sərhədlərini müdafiə edən az sayda əsgərimiz düşmənin məkrli niyyətlərindən tamamilə xəbərsiz olmuş və hücumdan əvvəl düşmənin göndərdiyi kəşfi­yatçılara, az sonra onları qətlə yetirəcək insanlara  dost münasibəti bəsləmişlər. Q.Musabəyov bu məsələ barədə belə demişdi: “Samur çayının sağ sahilində altı əsgərdən ibarət keşikçi məntəqəsi var idi. Zirehli qatarın rəisi Yefremov yoldaş bizə əsgərlərlə danışıq aparmaq üçün çayın sağ sahilinə keçməyi təklif etdi. O biri sahildə əsgərlər bizi etiramla qarşıladılar. Biz qızğın söhbət etməyə başladıq. Əsgərlər loru rus dilində danışırdılar. Qızıl əsgərlərimiz içərisində də türk dilində danı­şanlar var idi.Görüş əsgərlərdə o qədər xoş təəssürat oyatdı ki, hətta onlardan 20 yaşında bir gənc öz yoldaşlarına qarmonda “Ləzginka” oyun havası çalmağı xahiş edib rəqs etməyə başladı. Qızıl əsgərlər isə oynadıqca ona əl çaldılar. Beləliklə, biz əsgərlərlə söhbət etdikdən və onlardan bəzi məlumatlar öyrən­dikdən sonra, xüdavizləşib, geri öz zirehli qatarımıza qayıtdıq.” Burada yaddan çıxarmaq lazım deyil ki, Q.Musabəyovun “öz zirehli qatarımız” adlandırdığı qatar Azərbaycanı işğala gəlirdi.

Q.Musabəyov “Yalama döyüşü” haqqında isə konkret belə yazmışdı: “Ordu komandanının əmrinə görə, zirehli qatarlar aprelin 26-dan 27-nə keçən gecə çıxış etməli, yoldakı bütün maneələri aradan qaldıraraq Bakının özünə qədər irəliləməli idilər...Ağır və böyük zirehli qatarlar səs salmayıb yavaş-yavaş relslər üzərində hərəkətə başladı. Körpü hiss edilmədən sağ salamat keçildi. Çayın sağ sahilindəki əsgərlər qəflətən yaxa­landılar... Lakin onlardan bir nəfəri ata minib qaça bildi...

Yalamada bizi böyük əsgər dəstəsi tüfənglərdən açılan yaylım atəşiilə qarşıladı. Bizimkilər cavab atəşi açdılar. Şiddətli vuruşma başladı, o yarım saat davam etdi. Minlərlə tüfəngdən atılan güllələr havada vıyıldayır, top atəşi gurlayırdı...Tədricən atışma seyrəkləşməyə başladı. Toplar susdu. 

Azərbaycanın işğalında fəal iştirak etmiş, öz millətinə düşmən olanlardan biri, bolşevik Həbib Cəbiyev “23 saata Yalamadan Bakıya” adlı xatirəsində yazırdı: “Gecə saat 12 idi…Zirehli qatar öz işıqlarını söndürmüşdü. O zülmət içərisin­də gizlənmişdi…Həyacan içərisində körpünün partlayacağını gözləyirik… Lakin heç bir hadisə baş vermir…Birdən keşikçi jandarm oyanır və iniltili fit səsi ilə bizim yaxınlaşdığımızı yuxuda olan yoldaşlarına xəbər verir…Yatmış jandarmaları bir an içərisində qəflətən yaxalayaraq tərk-silah edirik və onların hamısını gətirib zirehli qatarın tepluşkasına doldururuq…” 

Göründüyü kimi bir az əvvəl işğalçların kəşfiyyatçılarını dost kimi qarşılayan sərhədçilərə qarşı düşmən neçə amansız olmuşdur. H.Cəbiyev daha sonra yazmışdı: “Bu vaxt sahili müdafiə edən süvari dəstələri keşikçinin səsinə ayılaraq atəş açmağa başlayırlar. Bizimkilər də atəşlə cavab verirlər. Atışma lüzumsuz və planımız üçün qorxulu idi. Atışma getdikcə şiddət­lənirdi, buna baxmayaraq biz onu dayandıra bildik…Yalama stan­siyası semaforlarının lampaları yolu işıqlandırmağa başla­yır…Yolun sol tərəfində, iki yüz metrlik məsafədə qoşun his­sələri üçün böyük bir bina vardır (burada iki piyada rotası, pulemyot komandası, atlı strajniklər və sərhəd jandarmları dəs­təsi yerləşirdi)…Dəstə rəisinin təslim olmaq təklifinə düşmən pulemyot və tüfəng atəşi ilə cavab verir. “Qırmızı Dağıstan” və başqa iki zirehli qatar toplardan atəş açır… Vağzalın yaxın­lığında bizi yaylım atəşi və səs küy ilə qarşılayırlar…Sərnişin qatarının parovozu qatardan açılıb yolumuzu kəsməyə çalışır. Biz tam sürətlə irəliləyərək bütün toplardan atəş açırıq. Qabaq­dakı topun  mərmisi parovozu partladır. Kazarmanın və böyük ağ binanın yanında döyüş davam edir. Ağır toplar və zirehli qa­tar­larımızın bütün üçdüyməli topları güclü atəş açır, öz mər­milərini havaya və düşmənin qaça-qaça səpələndiyi meşəyə yollayırdılar.” 

H.Cəbiyev öz xatirələrində bir neçə dəfə vətənin müdafiəçilərini düşmən adlandırması azərbaycanlı bolşeviklərin əsl  simasını əyani şəkildə açıb göstərir. Daha sonra o yazır: “ Biz sağa sola, meşənin içərisi ilə uzaqlara  və  Lordkipanidzenin artıq Xudat stansiyasından çıxmış zirehli qatarına atəş açaraq sanki ölümə və fəlakətə doğru gedirik…Aşağıda, meşədə, düşmənin süvari və  piyada dəstələri və pulemyotçuları bizə yaylım atəşi açırlar…Döyüş getdikcə şiddətlənir və biz onlarla dəmir yol budkalarını arxada buraxaraq irəlləyirik…Artıq  saat 4-dür. Dan yeri sökülür. Yalnız bu zaman düşmən susmağa başlayır… “Cəsur” knyaz Lordkipanidze müsavat zirehli qatarı ilə Xaçmaza qaçır… İlk növbədə Yalama stansiyası ilə rabitə yaradır və hələ Qusar stansiyasında, Quba şəhərində və Xaçmaz stansiyasında öz mövqelərində oturmuş düşmənin telefon xətti danışıqlarını dinləyirik. Azərbaycan və rus dillərində eşitdiyimiz təsdiq edir ki, qəflətən yaxalanmış düşmən intizamsız bir surətdə geri çəkilir və özünün hələ qalmış qüvvələrini döyüş üçün toplamaq niyyətindədir”.

İşğalçı ordunun zirehli qatarlar qrupunun rəhbəri M.Q.Yefremov “Yalama döyüşü” haqqında öz xatirələrində kn­yaz  C.F.Lordkipanidzenin  fəaliyyəti haqqında belə demişdir: “Sərhəddə Azərbaycan zirehli qatarının komandiri Lordkipa­nidze ilə söhbət etdim; o təkəbbürlə dedi ki, Azərbaycan qoşunları böyük qüvvəyə malikdir və xəbərdarlıq etdi ki, dəmir yolu körpüsü minalanmışdır”. 

M.Q.Yefremov döyüşün gedişi ilə bağlı  bunları demiş­dir:  “…bizə elə gəlirdi ki, döyüş qurtarmışdır; lakin birdən, qətiyyən gözlənilmədən Xaçmaz stansiyası tərəfdən meşədən düşmənin zirehli qatarı göründü, bu qatara knyaz Lordkipanidze komandanlıq edirdi…Lordkipanidze bizim hücumumuzu yubatmaq məqsədilə körpünü yandırmışdı.” 

Lordkipanidzenin komandiri olduğu zirehli qatar döyüşə-döyüşə Bakıya doğru geri çəkildi. Bakıdan yeni əmr alan Lordkipanidzenin Biləcəri yaxınlığında axşam saat 9-da Xırdalan stansiyasında işğalçıların qarşısını almağa, dəmir yolunu dağıtmağa son cəhdlər etdi. 

Yuxarıda yazılanlardan aydın olur ki, qüvvələr qeyri-bərabər olmasına baxmayaraq əsgərlərimiz öz qüvvələrini bir neçə dəfə səfərbər edərək düşmənə müqaviməti davam etdirmişlər. Bundan başqa sovet tarixşünaslığındakı faktlar sübut edir ki, Q.Musabəyov, H.Sultanov, H.Cəbiyev, Baba Əliyev və digər azərbaycanlı bolşeviklər Azərbaycanı işğala gələn sovet ordusuna canı dildən xidmət etdiyi bir vaxtda  gürcü knyazı Lordkipanidze müstəqil Azərbaycanın müdafiəsində dəyanət  göstərmiş, “Yalama döyüşü”nün Ağaəli Babazadə, Həmdulla Əfəndi və başqa   qəhrəmanları kimi adını tariximizin şərəfli səhifəsinə yazmışdır. 

Azərbaycanla Gürcüstan arasında 1919-cu ildə imzalan­mış hərbi-müdafiə sazişinə əsasən Azərbaycan höküməti XI ordu işğala başlayarkən  Gürcüstana kömək üçün müraciət etmiş, qonşu dövlət bu köməyi göstərməyə hazır olsa da hadisələrin sonrakı gedişi buna imkan verməmişdir.

Fikrimizcə, qonşu Gürcüstanın XI orduya qarşı müba­rizədə Azərbaycana yardım etmək istəyi, Azərbaycanın müda­fiə­sində iştitrak etmiş gürcü xalqının qəhrəman oğulları S.F.Lordkipanidze və onların silahdaşları haqqında təd­qiqatların genişləndirilməsi müasir dövrdə Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafına müsbət təsir göstərə bilər.

Məhərrəm Zülfüqarlı
Professor, tarixçi







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031