İran nüvə silahı hazırlayıb?.. İsrail və Qərbə təhdid mesajı – silahın ilk sınaqlarını keçirməyə hazırıq...
İsraillə artan gərginlikdən sonra İranın hərbi və yüksək rütbəli rəsmiləri ölkənin nüvə proqramının inkişafına yanaşmalarını dəyişə biləcəkləri barədə xəbərdarlıq ediblər. Hətta ölkə rəsmiləri yalnız dinc məqsədlər üçün istifadə olunacaq nüvə silahının ilk sınaqlarını keçirməyə hazır olduqlarını da bəyan ediblər.
Bu yaxınlarda İsraillə birbaşa hərbi münaqişədən əvvəl İran həmişə nüvə proqramının yalnız dinc məqsədlər üçün olduğunu israr edirdi. Ancaq İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Cavad Kərimi Kudusi sosial media hesabından verdiyi açıqlamada İranın ilk nüvə silahı sınağına hazır olduğunu dolayısı ilə təsdiqləyib. O, yazıb ki, razılıq verilərsə, bir həftə ərzində ilk nüvə sınağı həyata keçirilə bilərlər.
Komissiya üzvü əvvəlki açıqlamalarında İranın mümkün nüvə proqramının hədəfində təkcə İsrailin deyil, onu dəstəkləyən Avropa ölkələrinin də olacağını bildirmişdi.
"İran İslam Respublikasının nüvə doktrinasına və siyasətinə yenidən baxılması və əvvəlki dəyərləndirmələrdən kənara çıxılması mümkündür və bu barədə düşünmək olar" - Kudusi deyib.
TAHİR