KÖHNƏ VERSİYA            

Makron indi də ABŞ-ın zəhləsini tökməyə başlayıb...

Image

Fransa prezidenti Emmanuel Makron real fəaliyyət əvəzinə gurultulu sözlərə üstünlük verir. O, Ukrayna müharibəsinin gedişinə öz təsirini həddən artıq şişirdir. Bu fikri Bloomberg agentliyi ifadə edib. 

Agentliyin yaydığı məlumata görə, Fransa lideri Avropa İttifaqının siyasətini müzakirə etmək üçün bu yaxınlarda ekspertlərlə keçirdiyi görüşdə “müdafiə məsələsində ideoloji qələbə qazandığını” deyib. Tədbir iştirakçıları isə Emmanuel Makronu, səs-küylü bəyanatlar vermək əvəzinə, Kiyevə yardım üçün konkret təkliflər səsləndirməyə çağırıb.

Adının açıqlanmasını istəməyən fransalı diplomat Emmanuel Makronun “ideoloji qələbələri” real fəaliyyətə çevirməsinin vacib olduğunu söyləyib. Fransanın dövlət başçısı bir müddət öncə iddia etmişdi ki, Parisdə keçiriləcək Yay Olimpiya Oyunları zamanı dünyadakı bütün münaqişə ocaqlarında atəşkəsə nail olmağa çalışacaq. Amma bu da mümkünsüzdür və Makronun boş iddialarından başqa bir şey deyil. Bu günlərdə isə Makron Sorbonna Universitetində çıxış edib. Orada o, Avropa üçün müstəqil müdafiə siyasətinin zəruriliyini vurğulayaraq qeyd edib ki, ABŞ-a əvvəlki kimi etibar etmək olmaz. Avroskeptiklərin söylədiklərinə bənzər bu bəyanat açıq şəkildə iyunda keçiriləcək Avropa Parlamentinə seçkilərlə bağlıdır. Ölkə başçısının “Renessans” partiyası həm sağçı “Milli Birlik” partiyasına, həm də solçu qüvvələrə uduzaraq yalnız üçüncü yeri tuta bilər. Bununla belə, Fransa prezidenti ölkəsinin Avropa İttifaqında xüsusi rolu olduğunu iddia edərək, öz elektoratını səfərbər etmək qərarına gəlib. Makron bu xüsusda bildirib:  “Biz özümüz Avropa üçün strateji müdafiə yaratmalıyıq. Avropa onun üçün əziz olanı müttəfiqləri ilə və ya təkbaşına müdafiə edilməlidir”. Bununla bağlı şərhçilər Fransa liderinin geniş ictimaiyyətin diqqətini cəlb etmək üçün nəzərdə tutulmuş son bəyanatlarını xatırladıblar. 

Xatırladaq ki, Makron Qərb koalisiyasının qoşunlarının Ukraynaya göndərilməsini istisna etməyib, buna görə də digər avropalı siyasətçilər onu sərt tənqid etməli olublar. Bu dəfə Makronun ABŞ-ı hədəfə alması tənqidlə qarşılanır. Düzdür, Sorbonnada Fransa lideri bir çox fransızların sevdiyi bir mövzuda çıxış etdi: Avropanın xüsusi rolu. Makron qeyd edib ki, müdafiə, o cümlədən silah və kibertəhlükəsizlik sahəsində müstəqillik olmadan Avropa İttifaqını müdafiə etmək mümkün deyil: “Avropa ABŞ-ın vassalı olmadığını, onlar kimi dünyanın müxtəlif regionları ilə necə dialoq aparmağı bildiyini göstərməlidir”. Makron ABŞ-ın iqtisadi siyasətini də tənqid edib.  Onun sözlərinə görə, Avropa həm Vaşinqtonun, həm də Pekinin qlobal ticarət qaydalarına hörmət etmədiyi bir mühitdə öz yerini tapmalıdır. 

Ekspertlər bildirir ki, Makronun çıxışında xarici siyasət mövzularının üstünlük təşkil etməsi təsadüfi deyil. Bu, bir çox fransızları narahat edir. Məsələ qismən miqrasiya problemi, qismən də Rusiya-Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlıdır. “Milli Birlik” partiyasının, eləcə də onun ideoloji lideri Marin Le Penin reytinqləri artır. Onlar ölkənin dünya miqyasında rolunun gücləndirilməsi zərurətinə toxunular və qeyri-qanuni miqrasiya ilə mübarizə üçün ən radikal tədbirlər təklif edirlər. Sorğulara əsasən, Le Penin 2027-ci ildə keçiriləcək növbəti prezident seçkilərində qalib gəlmək üçün real şansı var.   Bu fonda Britaniya təcrübəsi fransızlara göstərdi ki, həddindən artıq avroskeptisizm çox mənfi nəticələrə gətirib çıxara bilər. Bacarıqlı siyasi manevrlərin yaxşı nümunəsi İtaliyanın baş naziri Ciorciya Melonidir. O, əvvəlcə Brüsseli “düşmən” adlandırdı, lakin sonar, əvvəlki açıqlamalarına baxmayaraq, Avropa bürokratları ilə birgə hərəkət etdi. Digər tərəfdən, solçu qüvvələr öz nüfuzlarını saxlamaqda davam edir. Bir çox fransızlar əhalinin qocalması fonunda pensiya islahatlarının zəruri olduğunu bilsələr də, seçicilərin bir hissəsi Beşinci Respublikada daha erkən pensiyaya çıxan güclü pensiya sisteminin qorunub saxlanması ideyasından təsirlənir. Rusiya Elmlər Akademiyasının Avropa İnstitutunun aparıcı elmi işçisi Sergey Fyodorov bu xüsusda bildirir: “Ümumiyyətlə, sosialistlərin reytinqlərinin artması onların nailiyyətləri ilə deyil, daha çox makronçuların zəifliyi ilə bağlıdır. Makron artıq gənc və naşı siyasətçi hesab edilmir və onun daxili siyasi məsələlərdə reytinqini artırmaq üçün resurslar əsasən tükənib. Hökumətin təşəbbüsləri parlamentdə müqavimətlə üzləşir. Həmçinin, gənc Qabriel Attalın baş nazir təyin edilməsi ilə kabinet az dəyişdi. Makron üçün təhdidlərdən biri “Milli Birlik” partiyasının Avropa Parlamentinə seçkilərdə uğur qazanacağı təqdirdə növbədənkənar parlament seçkilərinə start veriləcəyidir. Ona görə də o, indi seçicilərin qəlbində əks-səda doğuran fikirlərini xatırlamağa çalışır. Makron Avropanı ABŞ-dan asılı olmayan bir güc kimi yaratmağa çağırmağa çalışır. Bu, xarici auditoriyadan daha çox daxili auditoriya üçün bir oyundur. Polşa və ya Baltikyanı ölkələrin ona dəstək verəcəyi ehtimalı azdır. Əksər Avropa ölkələri hələ də ABŞ-a, hətta sağçı qüvvələrə də diqqət yetirir”.

Ramil QULİYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031