TikTok qərarını verdi – amerikalıya satılmaqdansa bağlanmaq daha yaxşıdır...
Xəbər verildiyi kimi dünyanın ən məşhur sosial media platformalarından biri olan TikTok-un ABŞ-da qadağan edilməsi ilə bağlı qərarlar qəbul edilib. ABŞ prezidenti Co Bayden TikTok-un ölkədəki aktivlərini 270 gün ərzində Amerika şirkətinə satılması, əks halda girişin bloklanacağı barədə qərarı imzalayıb.
Çin mərkəzli sosial media platforması olan TikTok-un ana şirkəti olan “ByteDance” açıqlama yayaraq bəyan edib ki, TikTok ABŞ-dan bir şəxs tərəfindən satın alınmaqdansa, ölkədə bağlanmağa üstünlük verəcək.
TikTok-un Amerikada təxminən 170 milyon istifadəçisi var və ölkədə ən populyar tətbiqlərdən biridir.
TikTok Amerika vətəndaşları haqqında məlumatları ABŞ-ın əzəli düşməni Çinə satmaqda və noyabrda keçiriləcək ABŞ prezident seçkilərində manipulyasiya edə biləcəyi şübhəsi ilə ittiham olunur. Bu səbəbdən ABŞ Konqresi platformanın bağlanmasını və ya Amerika şirkəti tərəfindən idarə olunmasını istəyir.
Konqresin bəzi üzvləri isə TikTok-un məlumat toplayıb Çinə ötürməsi iddiasının sübuta ehtiyacı olduğunu və tətbiqin qadağan edilməsinin “ifadə azadlığının” məhdudlaşdırılması anlamına gələ biləcəyini deyib.
TAHİR