Qəzza üçün heç nə etməyən Ərəb ölkələri Türkiyənin təklif etdiyi plana qarşı çıxdı...
Türkiyə İsrailin hücumlarının ilk aylarında ərəb ölkələrinə plan təklif edib, lakin bəzi ərəb ölkələri bu plana qarşı çıxıb. Bu barədə mövzudan xəbərdar olan bir ərəb diplomat İsrail mərkəzli Kan News-a açıqlama verib.
Ankaranın təklif etdiyi plana görə, Türkiyə və ərəb ölkələri Qəzzada və İordan çayının qərb sahilində sülhməramlı qüvvələr yerləşdirməli imiş. Lakin Türkiyənin hazırladığı plan Misir də daxil olmaqla bəzi ərəb ölkələri tərəfindən qəbul edilməyib.
Kan News-a danışan diplomat deyib ki, ərəb dövlətləri Türkiyənin Fələstindəki təşəbbüslərinə şübhə ilə yanaşır. Diplomat qeyd edib edib ki, Türkiyə nəsə etməyə çalışır. O, bu iddiasını son günlər, başda prezident Ərdoğan və xarici işlər naziri Hakan Fidan olmaqla, Türkiyənin Həmas liderləri ilə tez-tez görüşməsi ilə əsaslandırıb.
TAHİR