Roma Papası G7 sammitinə qatılacaq
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilk dəfə olaraq “Böyük Yeddilik” (G7) ölkələrinin dövlət və hökumət başçılarının İtaliyada keçiriləcək sammitində iştirak edəcək.
Bu barədə İtaliyanın Baş naziri Ciorcia Meloni bəyan edib. Baş nazir İtaliyanın dəvətini qəbul etdiyi üçün katoliklərin ruhani liderinə təşəkkürünü bildirib, pontifikin sessiyada iştirakının süni intellekt üçün tənzimləyici, etik və mədəni çərçivənin müəyyənləşdirilməsinə həlledici töhfə verəcəyini vurğulayıb.
Xatırladaq ki, İtaliya G7-yə sədrlik edir və iyunun 13-15-də Puglia bölgəsindəki Borqo Eqnaziyada “Böyük Yeddilik” ölkələrinin dövlət və hökumət başçılarının sammiti keçiriləcək.
Mətləb Salahov