"Liverpul" iki gün ərzində yeni baş məşqçisini açıqlayacaq
"Liverpul" yaxın 48 saat ərzində Arne Slotun baş məşqçi təyin olunduğunu rəsmən açıqlayacaq. Bu barədə "Daily Mail" məlumat yayıb. Mersisaydlılar 45 yaşlı mütəxəssisin hazırkı klubu "Feyenoord"a müqaviləni vaxtından əvvəl ləğv etməsi üçün təxminən 13 milyon funt-sterlinq ödəyəcək.
Daha əvvəl niderlandlı mütəxəssisin "Liverpul"un baş məşqçisi vəzifəsinə əsas namizəd olduğu barədə məlumat yayılmışd. Bu ilin yanvarında isə "Liverpul"un hazırkı baş məşqçisi Yurgen Klopp cari mövsümün sonunda komandadan ayrılacağını açıqlamışdı.
Mətləb