Şok – HƏMAS-a qarşı 10 milyardlıq ABŞ-İran sövdəsi, dünya mediası dağılır...
ABŞ mediası bir jurnalistin Dövlət Departamentinin nümayəndəsi Millerə etdiyi sual kontekstində əldə edilmiş bir şok xəbər yayıb.
Xəbərlərə görə, ABŞ prezidenti indiyədək İraqda həbs edilmiş 10 milyard dollar İran pulunu İrana qaytaracağını vəd edib.
Nəyin müqabilində?.. Məlumatlara görə, İran HƏMAS üçün müharibə aparmayacağına söz verib. Hətta deyilir ki, İran prezidenti HƏMAS lideri İsmayıl Haniyə ilə telefon danışığında ona acıqlı tonda "sən bizdən xəbərsiz İsraillə müharibəyə başladın" deyib.
Şərhçilər bunu İranın bundan sonra HƏMAS-a hərbi dəstəyi kəsəcəyi kimi yozurlar...
Tahir Tağıyev