KÖHNƏ VERSİYA            

İrəvanın Kremlə qarşı gizli oyunları - maraqlı xəyanət sürprizi üzə çıxdı...

Image

Ermənistanın “Qraparak” nəşri iddia edir ki, baş nazir Nikol Paşinyan təmsil etdiyi “Vətəndaş müqaviləsi” partiyasının üzvlərini ölkənin xarici siyasətində dəyişiklik etməyə hazırlaşmağa çağırıb. 

Gizli görüş zamanı o, deputatlara və nazirlərə İrəvanın Avropa İttifaqına namizəd üzv olmağa çalışacağını bəyan edib. “Qraparak”a görə, Qərb İrəvandan Rusiya Federasiyasından uzaqlaşmağı və onu Cənubi Qafqazdan çıxarmağı tələb edir.

Nəşr bu fonda yazır: “Paşinyan açıq şəkildə bildirdi ki, Ermənistanın Qərbin tələblərini yerinə yetirməkdən başqa yolu yoxdur, çünki Rusiya bizdən üz döndərib”. “Qraparak”, həmçinin, parlamentin spikeri Alen Simonyanın sözlərinə istinad edir. Simonyan vurğulayır ki, Ermənistan Avropa İttifaqı üzvlüyünə namizəd olmağa və respublikanın təhlükəsizliyini təmin edən istiqamətdə irəliləməyə hazırdır. Bütün bunlara diqqət edən Rusiyanın “Nezavisimaya qazeta” mətbu orqanı isə olduqca maraqlı məqamlara nəzər salır: “Baş verənlər haqqında məlumatlar çatdıran “Qraparak” qəzeti Alen Simonyanın qaynanası Armina Ohanyana məxsusdur. Lakin bu media müxalif və sarı hesab olunur. Nə olursa olsun, “Qraparak” israr edir ki, Paşinyan respublikanın təhlükəsizliyini onun Avropa perspektivi ilə əlaqələndirir. Üstəlik, İrəvanın üzvlük üçün ərizəni 2024-cü ilin payızından gec olmayaraq təqdim edəcəyi bildirilir. Düzdür, baş nazirin komandası belə bir addımın düzgünlüyünə şübhə ilə yanaşır. Daha çox dəstək qazanmaq üçün Paşinyan ilk növbədə Konstitusiya referendumu keçirmək istəyir və bu referendum zamanı Ermənistan vətəndaşlarından yeni xarici siyasət kursunu dəstəkləmələri xahiş olunacaq. Qeyd edək ki, referendumda hökumətin istədiyi nəticəni əldə etməsi çətin olacaq. Bunun üçün bütün Ermənistan seçicilərinin 25%-nin yeni Konstitusiyaya səs verməsi lazımdır. Beləliklə, çox yüksək fəallığa ehtiyac var ki, bu da, hökumətin aşağı populyarlığını nəzərə alsaq, baş nazirə ancaq ziyan vuracaq. Bu arada, “Vətəndaş müqaviləsi”ndə Avropaya inteqrasiyanın əleyhdarları Paşinyana xəbərdarlıq ediblər ki, Moskva onun planlarından xəbər tutaraq, çevriliş etmək üçün müxalifətə dəstək verməyə cəhd edə bilər. Ümumilikdə, onlar təkid edirdilər ki, ölkədə ən azı bir sakit il olmalıdır ki, bu müddət ərzində baş verəcək hadisələri qiymətləndirmək mümkün olsun. Onların fikrincə, hələ də tələsmək üçün heç bir yer yoxdur, çünki KTMT üzvlüyünü donduran və Roma Statutunu qəbul edən İrəvan hələ də Qərb istiqamətində hərəkət edir. Bundan başqa, deputat Qurgen Arsenyan Ermənistan iqtisadiyyatının Rusiyadan yüksək asılılığı barədə uzun çıxış edib. Onun fikrincə, təkcə “Lars” keçidinin bağlanması respublikanı iflic vəziyyətinə sala bilər. Buna baxmayaraq, guya Paşinyan israr etməkdə davam edib ki, məsələ payızdan əvvəl həll olunmalıdır. Eyni zamanda o, Qərbin, Rusiyadan fərqli olaraq, Ermənistana təhlükəsizlik zəmanəti verməyə hazır olduğunu təkrarlayıb. 

“Nezavisimaya qazeta”ya müsahibə verən ekspertlər bildiriblər ki, “Qraparak”ın reputasiyası qəzetdə dərc olunanların kiminsə uydurması olmadığını tam əminliklə söyləməyə imkan vermir. Eyni zamanda onlar hesab edirlər ki, Paşinyan da buna bənzər nəsə fikirləşə bilərdi. Politoloq Tiqran Köçəryan deyib: “Paşinyan komandasının üzvlərinin ictimai bəyanatlarına əsaslansaq, o, hərtərəfli gediş gedir”. O, Avropa İttifaqı ilə yaxınlaşa və Rusiyadan mümkün qədər uzaqlaşa bilər ki, Ermənistan əhalisinin dəstəyini almaq asan olsun. Hazırda sadə ermənilərin əksəriyyəti Paşinyanı dəstəkləmir və respublikanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünün faydalarını başa düşür. Ola bilsin ki, ilk növbədə, hökumət ölkənin qoşulmama statusunu Konstitusiyada təsbit etməyə çalışacaq, sonra isə parlament seçkiləri keçirəcək, nəticədə “Vətəndaş müqaviləsi”nin başçılığı ilə tamamilə qərbyönlü koalisiya yaranacaq. Bununla paralel olaraq, məsələn, vizasız rejimin köməyi ilə erməniləri Avropa İttifaqının tərəfinə keçməyə razı salacaqlar. Strateji Araşdırmalar və Təşəbbüslər üzrə Analitik Mərkəzin rəhbəri Hayk Xalatyan hesab edir ki, KTMT üzvlüyünün dondurulması ilə paralel olaraq Ermənistan hakimiyyətinin Avropaya inteqrasiya ideyasını irəli sürəcəyi gözlənilir. Üstəlik, Paşinyanın komandası əvvəlcə Rusiyanın himayəsində olan bütün alyanslara kifayət qədər şübhə ilə yanaşırdı: “İndi onlar üçün ölkənin üzünü Qərbə çevirmək baxımından çox əlverişli məqamdır. Rusiya ilə münasibətlərin pozulması fonunda yaranan risqlər Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsini narahat edir. Aİ-yə daxil olmaq və “vizasız” olmaq perspektivi vətəndaşların diqqətini təhlükəsizlik və iqtisadiyyat sahəsindəki problemlərdən yayındıra bilər”, - Xalatyan bildirib. Eyni zamanda ekspert Ermənistanın tezliklə Avropa İttifaqına qəbul olunacağına da şübhə ilə yanaşır. “Bu, çox güman ki, Avropaya inteqrasiya kursunu təyin edən və ciddi problemlərlə üzləşmiş, lakin heç vaxt Aİ-yə daxil olmayan digər keçmiş sovet respublikalarının taleyini təkrarlayacaq”, - Xalatyan proqnozlaşdırır”. 

Samirə SƏFƏROVA







VİDEO

Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı... - VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

SON XƏBƏRLƏR

26.12.2024 | 17:00
Rusiyadan NATO və Avropa ölkələrinə nüvə xəbərdarlığı - istənilən ssenariyə hazırıq...

26.12.2024 | 16:08
Əsədin arvadının vəziyyəti ağırlaşdı - sağalma şansı 50 faizə düşüb, otağına heç kim buraxılmır...

26.12.2024 | 15:39
Gürcüstanın XİN başçısı Ceyhun Bayramova zəng vurdu - "Azərbaycanın yanındayıq"

26.12.2024 | 15:18
Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir

26.12.2024 | 15:17
BƏƏ Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:15
Həştərxanın qubernatoru Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 15:12
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:10
TDT Baş katibi Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 14:35
Tramp Milad təbrikində Kanadanın baş nazirini qubernator adlandırdı - ABŞ-ın 51-ci ştatı olsalar...

26.12.2024 | 14:32
Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevə məktub göndərib

26.12.2024 | 14:20
"Nəşlərin tanınması üçün yaxınlarının DNT analizinə ehtiyac olacaq" - Baş konsul

26.12.2024 | 14:16
Milorad Dodik Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 14:14
Məsud Pezeşkian Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 14:05
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə zəng edib

26.12.2024 | 13:51
Təyyarə qəzasında vəfat edən sərnişinlər və ekipaj üzvlərinin siyahısı açıqlandı

26.12.2024 | 13:45
Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub

26.12.2024 | 13:34
ABŞ Departamenti AZAL təyyarəsinin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib

26.12.2024 | 12:46
AZAL prezidentindən təyyarə qəzasının səbəbləri ilə bağlı açıqlama...

26.12.2024 | 12:33
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir... - VİDEO

26.12.2024 | 12:16
Təyyarə qəzasında xəsarət alanlardan daha birinin azərbaycanlı olduğu məlum oldu

26.12.2024 | 12:05
Təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTO

26.12.2024 | 12:00
Azərbaycan kubokunun final matçı Sumqayıtda keçiriləcək

26.12.2024 | 11:51
Qəzaya uğrayan təyyarənin ekipaj üzvlərindən 3-ü ölüb

26.12.2024 | 11:50
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı... - VİDEO

26.12.2024 | 11:45
Təyyarə qəzasında həlak olanlardan biri Cəlilabad sakinidir

26.12.2024 | 11:30
Qazaxıstan Baş nazirinin müavini Ceyhun Bayramova zəng edib

26.12.2024 | 11:20
Azərbaycan və Türkiyə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olmalıdır - SƏBƏB?... Ramilə Dadaşova yazır

26.12.2024 | 11:05
"Xəstələrdən üçünün vəziyyəti ağır qiymətləndirilir” - Həkimdən açıqlama

26.12.2024 | 11:00
"Dualarımız və düşüncələrimiz Azərbaycanladır"- Pakistan səfirindən paylaşım

26.12.2024 | 10:40
Sumqayıtda 105 000 abonentə bəd xəbər- bu gün qaz olmayacaq...

26.12.2024 | 10:30
Bir gündə 48 cinayətin üstünün açılması təmin olunub - DİN

26.12.2024 | 10:20
Təyyarə qəzasında sağ qalanlardan 12 nəfəri bu gün Azərbaycana gətirilir

26.12.2024 | 10:15
Bu hökmün icrası barbarlıqdır və ləğv edilməlidir - Nobel sülh mükafatçısından İrana İTTİHAM

26.12.2024 | 10:10
Siyasi partiyalar təyyarə qəzası ilə əlaqədar bəyanat yayıblar

26.12.2024 | 10:05
"Real" bu almaniyalı futbolçuya "göz qoyub"...

26.12.2024 | 10:00
Təyyarə qəzası zamanı xəsarət almış doqquz rusiyalı təxliyə edilib - Rusiya FHN açıqlama yaydı

26.12.2024 | 09:30
Braziliya da təyyarə qəzasını araşdıracaq - Qazaxıstandan AÇIQLAMA

26.12.2024 | 09:26
“Azparkinq" işçilərinin böyük nöqsanı - ancaq cərimə yazır, nəzarət etmirlər...

26.12.2024 | 09:20
Baydendən Pentaqona "vəsiyyət" - Kiyevə hərbi yardımı davam etdirin...

26.12.2024 | 09:15
Hacıqabulda onlayn narkotika alverçisi yaxalanıb

26.12.2024 | 09:10
Antonio Qutereşdən başsağlığı mesajı

26.12.2024 | 09:00
FHN-in həkimləri və xilasediciləri Qazaxıstana göndərilib

26.12.2024 | 08:41
Minimum pensiya birdən-birə 40 manat artırıldı...

26.12.2024 | 01:13
Yeni Suriya hökumətinin İrana xəbərdarlığından 24 saat sonra ölkə qarışdı – Əsəd tərəfdarları silahlı üsyan qaldırdı...

26.12.2024 | 00:10
Bu gün Azərbaycanda matəm günüdür

25.12.2024 | 23:17
Təyyarə qəzasında həyatını itirənlərin cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək

25.12.2024 | 22:35
Ərdoğan Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 22:30
Azərbaycan çempionatı bir günlük təxirə salındı

25.12.2024 | 22:28
Mədəniyyət Nazirliyinin teatr-konsert müəssisələrində bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb

25.12.2024 | 22:26
ABL-ın basketbol görüşü təxirə düşdü

25.12.2024 | 22:22
Matəmə görə güləş üzrə Azərbaycan çempionatı 1 günlük təxirə salındı

25.12.2024 | 22:10
"Təyyarənin qəzaya uğramasının səbəbi barədə danışmaq hələ tezdir" - Qazaxıstan Baş nazirin müavini

25.12.2024 | 21:32
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər - YENİLƏNDİ

25.12.2024 | 21:30
Aktauda qəzaya uğramış təyyarənin “qara qutu”su tapıldı

25.12.2024 | 21:23
"Yaralıların yaxın qohumlarından DNT analizi götürülür" - Baş Prokurorluq

25.12.2024 | 21:14
Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

25.12.2024 | 20:58
Paşinyan yeni seçki kampaniyasına başladı - ilk hədəf sabiq prezidentlərdir...

25.12.2024 | 20:43
Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir...

25.12.2024 | 20:28
SOCAR-ı özəl şirkətlərdən asılı salan kim və nələrdir?..

25.12.2024 | 20:15
Kazan, Minsk, Gəncə - gələn ildən başlanır...

25.12.2024 | 20:01
Fransanın kəşfiyyat şeflərindən biri Bakı haqqında pis danışdı...

25.12.2024 | 19:57
İrakli Kobaxidze Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Məsud Pezeşkian Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış dövlət komissiyasının iclası keçirildi - FOTO

25.12.2024 | 19:53
Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:51
Emoməli Rəhmon Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:50
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə başsağlığı verib

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 19:46
Zurabişvili hökuməti çevrilişlə hədələdi - Hakim partiya ona "psixi xəstə" dedi...

25.12.2024 | 19:38
Təyyarə qəzasında 38 nəfər ölüb, 29 nəfər yaralanıb...

25.12.2024 | 19:33
Hansı müəllimlər güzəştli kartlar ala biləcək?...

25.12.2024 | 19:18
Makron Fransanı "dinozavr iyinə bürüdü" - 5-ci respublika dağılır...

25.12.2024 | 19:04
Uşaq hüquqları ilə bağlı yeni norma - Nazirlər Kabinetinə vaxt verildi...

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031