Paşinyan Avropa Birliyinin əsas tələbi üzrə yarımqapalı müzakirələrə başladı...
Dekabrın 16- da Gümrü şəhərində Paşinyanın partiya elitasından ibarət məhdud qrup hakim partiyanın 3- cü siyasi iclasını keçirib.İclasda əsasən ölkədə korrupsiya ilə mübarizə vı ən prioritet xarici siyasət istiqamətləri müzakirə olunub.Məsələlər barədı XİN Ararat Mirzoyan və Mülki müqavilə partiyasının İdarə Heyətinin sədr müavini Vaan Aleksanyan məruzə ediblər.
Əsas 2 məsələnin müzakirə edilməsini təhlilçilər təsadüf saymırlar.Məlumdur ki, hazırda Ermənistanla Avropa Birliyi arasında dialoq intensivləşmə mərhələsindədir.Avroittifaq bütün mümkün vasitələrlə Ermənistanı dəstəkləyir.Mülki missiya gücləndirilir, Avropa Sülh Fondunun xətti ilə Ermənistana kömək strategiyası müzakirə edilir,Mülki missiyanın sayı 200- dən yuxarı çıxarılır.Bu proses Gürcüstan barədə AB- nin qərarı ilə daha da intensivləşib.AB məsələsi hazırda Ermənistanın xarici siyasətində Rusiyadan 10 dəfələrlə ağır çəkili istiqamətə çevrilib.
Korrupsiya məsələsinə gəkdikdə isə AB ona üzv olmaq istəyən ölkələrdə korrupsiya ilə mübarizənin vəziyyətinə xüsusi önəm verir.Bu nöqteyi- nəzərdən Ermənistan hökumətinin antikorrupsiya müzakirələri Birliyə daha da yaxınlaşmağa hesablanmış fəaliyyət kimi qəbul edilir.
Siyasi müzakirələrin məhdud tərkibdə keçirilməsi də təsadüfi deyil. Müzakirələrin məhz Gümrü şəhərində keçirilməsi də bir simvol olaraq diqqət çəkir.Belə ki, Ermənistanın AB- yə doğru quru yolunun Gümrü- Qars sərhəd qapısından keçdiyi hamıya məlumdur.
Tahir Tağıyev