PFL rəhbərliyi Ağdamda ağır qəzaya düşdü
Ağdamda mikroavtobus maneəyə çırpılması nəticəsində xəsarət alanların adları bilinib.
Trend-in Qarabağ bürosu xəbər verir ki, həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3 nəfər - Qafarlı Rasim Məmmədrəsul oğlu (1982), Səmədov Elxan Zakir oğlu (1974) və Şahgəldiyev Aslan Yadigar oğlu (1982) müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
Trend-in əldə etdiyi məlumata görə, mikroavtobusda qəzaya düşənlər Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları olublar. Elxan Səmədov PFL-in prezidenti, Aslan Şahgəldiyev PFL-in vitse-prezidentidir.