KÖHNƏ VERSİYA            

Əsədin muzdlu qatilləri Qarabağda Ermənistan ordusunun sıralarında...

Image

Akif Nağı: “Bunlar hamısı Bəşər Əsədin tapşırığı ilə həyata keçirilirdi”

Ermənistanın ərazilərimizə hücumu nəticəsində baş verən Birinci Qarabağ müharibəsində Azərbaycana qarşı yalnız Ermənistan hərbiçiləri döyüşmürdü, bu prosesə xaricdən muzdlu döyüşçülərin də cəlb edildiyi məlumdur. 

Erməni lobbisinin və xarici qüvvələrin muzdlu döyüşçüləri Ermənistan ordusuna qoşduğunü bütün dünya bilir. O da məlumdur ki, 

Birinci Qarabağ müharibəsi dövründə Suriyadan və Livandan gələn qaniçici batalyonlar ermənilərin tərəfindən bizə qarşı döyüşüblər. Son 30 ildə Suriyadakı Bəşər Əsəd rejimi Ermənistana bütün istiqamətlərdə dəstək olub, onun Azərbaycan torpaqlarını işğal etməsinə köməklik göstərib. Yəni Bəşər Əsədin yan-yörəsində, administrasiyasında yüzlərlə erməni olub, onlar Suriyada insanlara qarşı amansız cinayətlər törədiblər. Bu faktdır. Eyni zamanda Suriyada Əsədə tabe olan batalyonlar, muzdlu qatillər Birinci Qarabağ müharibəsində Ermənistan tərəfindən bizə qarşı döyüşüb, vətəndaşlarımızı qətlə yetiriblər. Suriyadan gələn muzdlular  azərbaycanlı əsirlərə divan tutub, onları işgəncə ilə qətlə yetiriblər. 

Suriyalı döyüşçülərin Birinci Qarabağ müharibəsində bizə qarşı etdiyi cinayətlər haqda nə demək olar? Əsəd rejimi niyə Qarabağa dəstək göndərirdi? 

“Suriyanın rəsmi şəxsləri də onların nümayəndələrinin Qarabağda ermənilərin tərəfində vuruşması ilə bağlı faktları dilə gətirirdilər”

Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Suriyadan, Livandan gələn terrorçu qrupların, eləcə də erməni terror təşkilatlarının üzvlərinin Birinci və İkinci Qarabağ müharibələrində bizə qarşı döyüşdüyü barədə çoxlu faktlar, sübutlar var. “Birinci Qarabağ müharibəsində Ermənistan tərəfindən bizə qarşı döyüşmək üçün Suriya və Livandan çoxlu sayda terrorçu, muzdlu döyüşçü gəlmişdi. Onlar gəlib Qarabağda bizə qarşı vuruşurdu. Onların içində ən məşhuru Monte Melkonyan idi. O, 1992-ci ildə, müharibənin ən qızğın çağında ermənilər tərəfindən döyüşlərin təşkili ilə məşğul olan bir şəxs və bütün dünyanın tanıdığı bir terrorçu idi. Amma ermənilər onu özələrinin “milli qəhrəmanı” səviyyəsinə qaldırdılar. İndi də onunla bağlı tədbirlər keçirirlər, abidəsini qoyurlar, onu dünyanın gözü qarşısında “qəhrəmanlaşdırmağa” çalışırlar. Hamı bilir ki, o terrorçu idi, törətdiyi terror aktlarına görə həbsdə də yatmışdı. Onun törətdiyi terror aktları ilə bağlı hər yerdə məlumatlar var. Lakin bunların üstündən dünya sükutla keçir və ermənilərin yaratdığı yalan təbliğat kampaniyasını davam etdirməsinə göz yumurlar.

Həmin dövrdə Azərbaycan da dəfələrlə bildirirdi, Suriyanın rəsmi şəxsləri də onların nümayəndələrinin Qarabağda ermənilərin tərəfində vuruşması ilə bağlı faktları dilə gətirirdilər. Hətta Suriyanın din xadimi bir neçə dəfə açıqlama vermişdi ki, guya “Dağlıq Qarabağda ermənilər öz azadlığı uğrunda mübarizə aparır, biz də onların mübarizəsini tam şəkildə dəstəkləyirik”. Yəni bunu din xadimi deyirdi. Suriyada totalitar bir rejim idi və prezident Bəşər Əsədin icazəsi olmadan heç kim, o cümlədən də din xadimi belə bir ifadə işlədə bilməzdi. Özləri müsəlman olduqları halda Azərbaycana qarşı işğalçı və xristian Ermənistan tərəfindən bu cür cinayətlər törədilməsini, torpaqlarımızın işğal edilməsini dəstəkləyirdilər. Təcavüzkar Ermənistan tərəfindən Azərbaycan əraziləri işğal olunurdu və onlar da ermənilərin bu hərəkətlərinə bəraət qazandırırdılar. Onların dini lideri özü də bunu məsələnin mahiyyətinə varmadan, onu “azadlıq hərəkatı”, “müstəqillik hərəkatı”, “öz haqlarını, hüquqlarını müdafiə etmək hərəkatı” kimi dəyərləndirdi. Ona görə də, bunlar hamısı Bəşər Əsədin tapşırığı ilə həyata keçirilirdi”.

A.Nağı qeyd etdi ki, İkinci Qarabağ müharibəsində də, bütövlükdə həmişə Suriya və Livandan ziyanlar görmüşük, onlar antiazərbaycan mövqeyi tutublar. “Xüsusilə də Livanın antiazərbaycan mövqeyi özünü həmişə göstərib. Bilirsiz ki, Livanda Yaxın Şərqdə ən böyük - ola bilər ki, sayca yox, amma maliyyə, nüfuz, siyasi proseslərə təsir imkanları baxımından - erməni qruplaşması öndə gedir. Onlar hətta Livanda hakimiyyəti bölüşdürürlər. Orda dövlət rəhbərliyində bir neçə vacib post var - prezident, baş nazir, parlament sədri kimi vəzifələri oradakı sünnilər, şiələr, ayrıca olaraq da ermənilər növbəli şəkildə tuturlar. Bunu sanki “ədalətli hakimiyyət bölgüsü” kimi dəyərləndirirlər. Yəni ermənilərin təsir imkanları var. Onlar da bu proseslərin gedişində ermənilərlə yaxınlaşıblar, ermənilər dünyanın müxtlif yerlərində onların sifarişlərini yerinə yetiriblər. Ona görə də ermənilərlə bu qədər yaxındılar, bu qədər müttəfiqlik əlaqələri var və onları dəstəkləyirlər. 

İkinci Qarabağ müharibəsinin gedişində də bu məsələ ortaya çıxdı. Burda ikili mövqe oldu. Yəni erməni tərəfində olan mətbuat qurumları Azərbaycanı ittiham edirdilər ki, guya Suriyada müxalif mövqedə dayanan silahlı qruplaşmalar Azərbaycana köməyə gəliblər, Azərbaycan tərəfindən vuruşurlar. Bunu da Türkiyənin vasitəçiliyi ilə əlaqələndirməyə çalışırdılar ki, yəni onun oradakı müxalif qüvvələrlə əlaqəsi var. Amma erməni tərəfi ortaya heç bir fakt qoya bilmədi. Bütün dünya çox gözəl bilir ki, bu müharibədə Türkiyədən də heç kim gəlib bizim tərəfimizdən vuruşmadı, bizim Türkiyədən mənəvi, müəyyən texniki dəstəyimiz oldu. Vətən müharibəsində yalnız Azərbaycan əsgəri, Azərbaycan ordusu vuruşdu, torpaqlarımızı işğaldan azad etdi. Bunu hər kəs bilir, amma o dövrdə də, indi də bəzi qərəzli qüvvələr bundan Azərbaycana qarşı istifadə etməyə cəhd edirlər. O dövrdə çox aydın faktlarla sübut olundu ki, Suriyadan silahlı qruplaşmalar Qarabağa gəliblər və ermənilərin tərəfindən bizə qarşı vuruşublar. Bununla bağlı çoxlu faktlar ortaya çıxdı. Hətta həmin dövrdə Bəşər Əsəd də müsahibələrindən birində etiraf etdi ki, Suriyadan erməni silahlı qruplaşmaları gedir və Qarabağ müharibəsində müəyyən formada iştirak edirlər. Çıxışlarının birində dolayısı ilə onu etiraf etmişdi. Suriyanın digər rəsmiləri də oradan ermənilərin Qarabağa getməsini etiraf edirdilər. Amma bunu etnik ermənilərin soydaşlarına könüllü dəstəyi kimi dəyərləndirirdilər. Aydın məsələdir ki, Suriyada heç kim özbaşına hərəkət edə bilməzdi, əgər Suriya hökuməti qadağan etsəydi ordan bir nəfər erməni belə Ermənistana, ordan Qarabağa gəlib Azərbaycana qarşı vuruşmazdı. Deməli, bu, Bəşər Əsədin özü tərəfindən təşkil olunurdu, onun antiazərbaycan mövqeyi vardı. Bu həm Azərbaycanın islam dünyasında müstəqil mövqe tutması, həm Rusiya, həm də Qərblə eyni qarşılıqlı normal münasibətləri saxlaması ilə bağlı idi. Guya Azərbaycan öz maraqlarından keçib hansısa diktator, totalitar rejimi müdafiə etməli idi. Ona görə də, onlar Azərbaycana qarşı sərt mövqedə dururdular və o mövqelərini də çox vaxt Azərbaycanın İsraillə əlaqələri ilə əsaslandırırdılar. Bu səbəbdən də, Bəşər Əsəd başda olmaqla bu rejimin rəsmiləri, ictimai-siyasi şəxsləri Azərbaycana qarşı çox qərəzli və aqressiv idi. Tehranda Fələstinlə bağlı konfrans keçirlərkən mən özüm də bunun şahidi olmuşam. Azərbaycandan mən, Türkiyədən bir, hansısa ərəb ölkələrindən bir, Rusiyadan da bir nəfər seksiya iclaslarına rəhbərlik edirdik. Orada mən Azərbaycan bayrağı ilə hərəkət edirdim, qarşıma bayrağımızı qoyurdum. Həmin tədbirdə də qarşıma Azərbaycan bayrağı qoydum və iclasda iştirak edənlərdən biri qəfil ayağa durdu və Rəyasət Heyətinə yaxınlaşıb Azərbaycan bayrağını kənara itələmək istədi, mən bu cəhdin qarşısını aldım, orda onunla əlbəyaxa olduq. Orda mühafizəçilər, iştirakçılar, Azərbaycan nümayəndə heyətinin digər üzvləri gəldilər, bizi araladılar, orda çox sərt bir mövqe də oldu, Türkiyə nümayəndə heyəti bizim tərəfimizdə durdu. Amma Suriyadan olan nümayəndələri, demək olar ki, konkret müdafiə edən olmadı, amma orda onların sayı çox idi. Türkiyədən olan nümayəndələr onlarla danışdılar, soruşdular ki, bu nə məsələdir, nə üçün başqa bir dövlətin bayrağına qarşı belə cahillik edirsiniz? O tərəfdə o, bu tərəfdə mən dayanmışdım, həmin şəxs məni ittiham edərək dedi ki, sizin dövlətiniz hər gün Suriyanı bombalayan İsraillə həmrəydir, onlarla əməkdaşlıq edir. Guya buna görə Azərbaycana, Azərbaycan bayrağına qarşı aqressiya nümayiş etdirib. Yəni bunu mən özüm iştirakçısı olduğum hadisə zamanı görmüşəm. Bu aqressiya onların ictimai-siyasi rəyinin içərisində var idi. Bu onların rəhbərlərindən gəlirdi, yoxsa özbaşına formalaşa bilməzdi. Onlar Azərbaycanın müstəqil siyasətini qəbul etmirdilər ki, biz İsraillə də öz maraqlarımıza uyğun olaraq münasibətlərimizi saxlayırıq, istəsələr Suriya ilə də münasibət saxlaya bilərik. Bəşər Əsəd rejimi çox dar düşüncəli hakimiyyət idi. Burunlarından uzağı görə bilmirdilər, ona görə də öz xalqına zülm edəndən sonra belə rüsvayçı şəkildə hakimiyyətdən getdilər. 

Əsəd rejiminin Azərbaycanla mövqeyi bu şəkildə olub. İkinci Qarabağ müharibəsinin gedişində hətta Rusiya mətbuatında da müəyyən məlumatlar çıxırdı ki, Rusiyanın Suriya ərazisində hərbi bazası var. Latakiya bölgəsində hərbi bazası vardı və orda xüsusi qruplar, o cümlədən də terrorçu-təxribatçı qruplar hazırlanırdı. Rusiya mətbuatında belə məlumatlar gedirdi ki, həmin düşərgədə, hərbi bazada hazırlanan suriyalılar Azərbaycanla döyüşlərə göndərilir. Bunların içində livanlılar da vardı, təbii, ermənilərin sayı da az deyildi. Amma onlar Suriya və Livan vətəndaşları idilər. Çünki bu məsələdə Suriya və Livan eyni mövqedən çıxış edirdi. Rusiya mətbuatı hətta rəqəm də göstərirdi ki, 4 min suriyalı Rusiyanın vasitəçiliyi ilə Qarabağa gəlib ermənilər tərəfindən Azərbaycana qarşı döyüşlərdə iştirak edir. Yəni bu şəkildə faktlar ortadadır. Biz bunu o şəkildə şərh edirik ki, Suriyanın siyasəti Bəşər Əsədin dövründə milli maraqlara xidmət etmirdi, qrup maraqlarına, özlərinin varlanmasına xidmət edirdi. Faktalr ortaya çıxır ki, bunların milyardlarla avroları, dollarları olub. Həddindən artıq varlanmışdılar. Bu siyasət bir ailəyə, onların ətrafındakılara xidmət edirdi. Ona görə də, onlar ermənilərin mövqeyini müdafiə edirdilər ki, onlarla işbirliyi vardı. Əsəd rejiminin yaramaz əməllərinə Azərbaycan heç vaxt dəstək verə bilməzdi. Amma harda yaramaz, harda bəd əməl varsa orda ermənilər iştirak edirdilər, o məsələlərdə ermənilərdən istifadə edilirdi”. 

A.Nağı bildirdi ki, Əsəd rejimi hətta müsəlmançılığın mahiyyətini də düzgün başa düşmürdü, müslman da deyildilər, onlarda ədalət prinsipi də yox idi. “Onlar əgər müsəlmançılığı başa düşsəydilər, müsəlman olsaydılar hökmən Azərbaycanın yanında olardılar ki, Azərbaycan haqq-ədalət, azadlıq müharibəsi aparır. Onlar bunu başa düşmədilər, haqq-ədalətin də yanında olmadılar, ona görə də işğalçı Ermənistanın tərəfində oldular” - deyə A.Nağı əlavə etdi. 

İradə SARIYEVA







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Qazaxıstan təyyarənin "qara qutu" şifrələrini hələ Azərbaycana verməyib - maraqlıdır...

Lavrov Bakı-İrəvan sülhündə həll olunmamış hansı 2 məsələdən danışır?

Polis Akademiyasına qəbul prosesi genişləndirildi...

SON XƏBƏRLƏR

16.01.2025 | 00:44
“Şərqin Qapısı”nı pis niyyətlə “döyən” hay kilsəsi...

15.01.2025 | 23:56
Qəzza zolağında atəşkəs razılaşması əldə olundu... - Tramp elan etdi...

15.01.2025 | 22:30
Azərbaycan XİN Ermənistanı tutarlı tarixi faktlarla vurdu - bunu bütün dünya bilir...

15.01.2025 | 22:18
Rusiya İstintaq Komitəsi Aktauda təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi

15.01.2025 | 21:12
Ermitajın məşhur Şərq zalında Qaraköpəktəpə eksponatlarını erməniləşdiriblər...

15.01.2025 | 20:56
Bayden son anda da Fələstin xalqının “dövlət haqqını” tanımadı...

15.01.2025 | 20:41
Qazaxıstan təyyarənin "qara qutu" şifrələrini hələ Azərbaycana verməyib - maraqlıdır...

15.01.2025 | 20:27
Türkiyədə yenidən AKP-PKK barışıq prosesi başladı - son nə olacaq?

15.01.2025 | 20:12
ABŞ-Ermənistan sazişi Bakı-İrəvan sülhünü arxaya atır...

15.01.2025 | 19:58
İrəvan Moskvaya dalbadal 3 zərbə vurdu - Roma statutu, Avroittifaqa üzvlük, ABŞ-la saziş...

15.01.2025 | 19:44
ABŞ Ermənistanın ərazi bütövlüyü və suverenliyini qoruyacaq - Lavrov narahatlığını formal təmkinlə örtmək istədi...

15.01.2025 | 19:31
Mərkəzi Asiya ölkələri Azərbaycan üzərindən Avropaya elektrik ixracı imkanları axtarır...

15.01.2025 | 19:17
Gürcüstanda Qərbyönümlü bütün müxalifəti ləğv edirlər...

15.01.2025 | 19:03
Ermənistan ABŞ-ın "anti-İŞİD koalisiyasına" qoşuldu - terror dövlətindən paradoksal gediş...

15.01.2025 | 18:48
ABŞ-Ermənistan strateji sazişinin arxasında nələr yatır?

15.01.2025 | 18:34
Lavrov Bakı-İrəvan sülhündə həll olunmamış hansı 2 məsələdən danışır?

15.01.2025 | 18:20
Ən çox şikayətlər bu 3 bankdan gəlir...

15.01.2025 | 18:14
Daha 28 keçmiş məcburi köçkün ailəsi doğma yurda qovuşdu...

15.01.2025 | 18:07
Azərbaycanda dini icma üzvünün başına 200 min dollar qoyulub... Kimdir?

15.01.2025 | 17:53
ABŞ Ermənistanın sərhədlərini nəzarətə götürür...

15.01.2025 | 17:40
Yeni dünya düzəni, D-8, Türk Dövlətləri Təşkilatı... Azərbaycanın təşəbbüsləri....

15.01.2025 | 17:27
ABŞ erməniləri Azərbaycanın "Boeing" yük təyyarəsi almasına qarşı kampaniyaya başladılar...

15.01.2025 | 17:14
Polis Akademiyasına qəbul prosesi genişləndirildi...

15.01.2025 | 17:08
Məktəblərdə telefon QADAĞAN EDİLDİ

15.01.2025 | 16:53
Küveyt Vəliəhdi Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

15.01.2025 | 16:51
Myanma İttifaqı Dövlət İdarə Şurasının Sədri Prezident İlham Əliyevə başsağlığı verdi

15.01.2025 | 16:41
Nəqliyyat və Kommunikasiya Holdinqinin Nizamnaməsi təsdiq edildi

15.01.2025 | 16:35
Baydenin komandası Rusiyanın dondurulmuş aktivlərini başqa bir hesaba köçürməyi təklif etdi...

15.01.2025 | 16:35
Prezident Bələdiyyələrin maliyyəsinin əsasları haqqında qanuna dəyişikliyi təsdiqlədi

15.01.2025 | 16:08
Lavrov ABŞ və PKK/YPG-ni sərt tənqid etdi -onlara dedik, Türkiyə buna imkan verməyəcək...

15.01.2025 | 15:51
Ölkə Prezidenti COP29-da iştirak edən 76 BMU könüllüsünü təltif edib

15.01.2025 | 15:44
Vətəni canından artıq sevən Fərid

15.01.2025 | 15:25
“Media nümayəndələrinin dağ-mədən sahəsində məlumatlılığının artırılması” layihəsində iştirak etmiş jurnalistlərlə görüş keçirilib - FOTO

15.01.2025 | 15:13
Ermənistan ABŞ-ın boyunduruğunu qəbul etdi - Putinin silləsi qapıdadır...

15.01.2025 | 14:30
Bakıda avtomobildən 33 kiloqrama yaxın marixuana aşkarlandı

15.01.2025 | 14:15
Ermənistan Rusiyaya nota verdi...

15.01.2025 | 13:53
Qaradağda oğurluqda şübhəli bilinən 2 şəxs saxlandı

15.01.2025 | 13:45
COP29 könüllülərinə pul mükafatı verilir

15.01.2025 | 13:31
Üç gün ardıcıl iş olmayacaq

15.01.2025 | 13:18
Bakıda maşın qaçıran şəxs saxlandı

15.01.2025 | 13:15
Azərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək - SƏRƏNCAM

15.01.2025 | 13:11
Полный бред Ходорковского про Азербайджан - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

15.01.2025 | 12:51
Azərbaycan XİN-dən ABŞ səfirliyinə cavab - xarici müdaxilə qəbuledilməzdir...

15.01.2025 | 12:37
Şuşa, Xocalı və Ballıcaya növbəti köç yola düşdü - FOTO

15.01.2025 | 12:22
Cəlilabadda 28 yaşlı kişi 10 kiloqram narkotiklə tutuldu - FOTO

15.01.2025 | 12:05
Rudi Qarsiya “Beşiktaş”a "HƏ" dedi

15.01.2025 | 12:00
Prezident İlham Əliyev Kayrat Sarıbayı qəbul edib - YENİLƏNİB

15.01.2025 | 11:30
“Səma xanımı” filminin təqdimatı keçirilib

15.01.2025 | 11:20
Azərbaycandan Avropaya qaz satışı bir ildə 9 faizdən çox artıb

15.01.2025 | 11:10
ABŞ - Ermənistan strateji Xartiyası. Vəziyyət ciddiləşir - CANLI

15.01.2025 | 11:10
Bərdədə odlu silah satmaq istəyən şəxs yaxalandı

15.01.2025 | 11:05
"Qurulan inklüziv hökuməti dəstəkləyirik" - İrandan Suriya açıqlaması

15.01.2025 | 11:00
İşlədikləri mağazadan 48 min manatlıq oğurluq edənlər yaxalandı

15.01.2025 | 10:30
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Moldovadan ekstradisiya edilib - Baş Prokurorluq

15.01.2025 | 10:28
Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiqlənib - Baş nazirdən QƏRAR

15.01.2025 | 10:20
Ötən gün 110 cinayətin üstünün açılması təmin olunub - DİN

15.01.2025 | 10:10
Məşhur aktyor "Deha" serialında

15.01.2025 | 10:08
"Təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq" - yol polisindən sürücülərə ÇAĞIRIŞ

15.01.2025 | 10:00
Ermənistan ABŞ-ın anti- İŞİD koalisiyasına niyə qoşuldu? Rusiyaya xəyanətin yeni forması.. Başqa şeylər də var...

15.01.2025 | 09:40
35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub - TƏBİB-dən açıqlama

15.01.2025 | 09:24
Xaricdən gətirilən heyvan və quş ətləri yerli məhsuldan daha ucuz satılır - səbəb...

15.01.2025 | 09:20
Rusiyaya BƏD XƏBƏR - 16-cı sanksiyalar paketi qapədadər

15.01.2025 | 09:10
Qvardiolanın üzü gülmür - "Mançester Siti" yenə xal itirdi...

15.01.2025 | 09:05
Göyçayda narkotik vasitədən istifadə edən sürücü həbs olundu

15.01.2025 | 09:00
Və bu ölkədə polis Prezidenti həbs etdi - SON DƏQİQƏ

15.01.2025 | 08:39
Tikinti sahibkarlarının vergisi azaldıldı - mənzilin qiymətində nə gözlənilir...

14.01.2025 | 22:57
ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzaladı

14.01.2025 | 21:20
Parisdə daha bir rüsvayçılıq - 100 idmançı medallarını Makronun üstünə atdı...

14.01.2025 | 21:06
Mirzoyan hakimiyyətdən gedən Baydenin “yaxasından düşmür”...

14.01.2025 | 20:52
Avroittifaqın Ermənistandakı "mülki missiyası" Azərbaycana hesabat verir?..

14.01.2025 | 20:37
Fransa Əlcəzairə faktiki müharibə elan etdi - 1968 və 1999-cu il müqavilələrinin ləğvi tələb edilir...

14.01.2025 | 20:33
Fəlsəfə doktorları və professorların bəxti açıldı, ekspedisiyaçı alimlərin də istəyi var...

14.01.2025 | 20:23
Azərbaycanda 12 sığorta şirkəti sıradan çıxarıla bilər...

14.01.2025 | 20:09
Moskva Paşinyana qarşı “beşinci kolon”u işə saldı...

14.01.2025 | 19:55
ABŞ Qrenlandiyanın ələ keçirilməsinə başladı - Konqresə qanun layihəsi daxil oldu...

14.01.2025 | 19:28
Trampın 5 faiz tələbinə NATO üzvlərindən cavab - SSRİ 6 faiz tələb etdi və dağıldı...

14.01.2025 | 19:15
İsrailin Bakıdakı yeni səfiri nə vaxt mətbuat konfransı keçirəcək...

14.01.2025 | 19:00
Azərbaycana xam palma yağı idxalı ilbəil artır - yağ nəyə sərf edilir?...

14.01.2025 | 18:46
Tramp komandasından Zelenskiyə ilk açıq mesaj - güzəşt və atəşkəs...

14.01.2025 | 18:32
Ermənistanın Azərbaycanda törətdiyi heç bir cinayət cəzasız qalmayacaq...

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031