Olimpiya Oyunları ilk dəfə Afrika ölkəsində keçirilə bilər
Cənubi Afrika Respublikası Olimpiya Oyunlarına ev sahibliyi edən ilk Afrika ölkəsi ola bilər. Cənubi Afrika Olimpiya Komitəsi bildirib ki, 2036-cı il Yay Oyunlarına ev sahibliyi etmək üçün ölkənin namizədliyi gələn ilin fevralında rəsmiləşə bilər.
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Afrika qitəsində ilk Olimpiadanın keçirilməsinə müsbət yanaşır. Xatırladaq ki, 2015-ci ildə Cənubi Afrika 2022-ci il Birlik Oyunlarına ev sahibliyi etmək hüququnu qazansa da, 2 il sonra maliyyə səbəblərinə görə bu ideyadan imtina edib və o vaxt İngiltərənin Birmingem şəhəri bu missiyanı öz üzərinə götürüb.
Mətləb Salahov