KÖHNƏ VERSİYA            

Paşinyan Rusiyaya ehtiyac olmadığını daha bir kürsüdə bəyan etdi...

Image

Abutalıb Səmədov: “Bununla da dolayısı ilə Rusiya hərbi qüvvələrinin Ermənistandan çıxarılması zəruriliyinə işarə edib”

Ermənistanın baş naziri Nikol Paşinyan “The Wall Street Journal”a müsahibəsində bəyan edib ki, Rusiyanın Ermənistandakı hərbi mövcudluğundan heç bir fayda görmür. N.Paşinyan deyib ki, Ermənistan təhlükəsizlik əlaqələrini şaxələndirməyə çalışır və Rusiyanın respublikada hərbi mövcudluğunun faydasını görmür, lakin Rusiya bazasının çıxarılması məsələsini müzakirə etmir.

Onun sözlərinə görə, Ermənistanın Rusiya ilə də ikitərəfli təhlükəsizlik sazişi var və “bu müqavilədə göstərilən hərəkətlər də baş vermədi ki, bu da həm hökumət, həm də ictimaiyyət arasında çox ciddi suallar yaradıb”. Rusiya ilə ikitərəfli müqavilənin qüvvədə qalması, respublikada Rusiya hərbi bazalarının olması, Rusiyanın Ermənistanda hərbi mövcudluğunun üstünlük və ya maneə olması ilə bağlı suala Paşinyan belə cavab verib: “Bilirsiniz, ən azından indiyə qədər artıq “təəssüf ki, təsvir etdiyim hallarda heç bir fayda görmədik”. Eyni zamanda, Paşinyan qeyd edib ki, Ermənistan Rusiya hərbi bazasının çıxarılması məsələsini müzakirə etmir. “Biz bu məsələni müzakirə etmirik, biz indi daha çox başqa məsələləri müzakirə edirik, bu vəziyyətin səbəbinin nə olduğunu anlamağa çalışırıq”, - deyə o bildirib. Onun sözlərinə görə, “bu, Ermənistan və Rusiya, Ermənistan və KTMT arasında işçi müzakirələrin gündəliyi olacaq”.

  • “Yalnız müəyyən dövlətlərlə əməkdaşlığın artmasından söhbət gedə bilər...”

    Məsələyə şərh verən  “Alyans” strateji araşdırmalar mərkəzinin rəhbəri Abutalıb Səmədov “Bakı-Xəbər”ə “Nikol Paşinyanın son müsahibəsi bir daha göstərdi ki, o tez-tez mövqeyini dəyişən və bir-birinə zidd bəyanatlar verən bir dövlət lideridir. Təxminən bundan bir həftə əvvəl Rusiya hərbi bazası ilə bağlı suala cavab verərkən demişdi ki, hərbi bazanın Ermənistan ərazisindən çıxarılması məsələsi müzakirə olunmur.  Yəni bazalar Ermənistan ərazisində qalmaqda davam edəcək. İndi o, hərbi qüvvələrə ehtiyac olmadığını deyir və ondan heç bir üstünlük əldə etmədiklərini söyləyir, bununla da dolayısı ilə Rusiya hərbi qüvvələrinin Ermənistandan çıxarılması zəruriliyinə işarə edib. Yəqin  onu da anlayır ki, bu addımı atmaq son dərəcə çətindir, hətta demək olar mümkünsüzdür. Çünki Rusiya hərbi bazaları, hərbi obyektləri  ilə bağlı 1995-ci ildə müqavilə imzalanıb və bu müqaviləyə görə, Rusiya hərbiçiləri 49 il Ermənistan ərazisində qalmalıdırlar”-deyə bildirdi.

    A.Səmədovun sözlərinə görə, Rusiya hərbi qüvvələri  2044-cü ilə qədər Ermənistan ərazisində qalmalıdır. Vaxtından əvvəl hərbi qüvvələrin çıxarılmasına gəlincə, A.Səmədov vurğuladı ki, bu yalnız müştərək komissiyanın razılığı olarsa mümkündür. A.Səmədovun bildirdiyinə görə, nəzərə alsaq ki, bu komissiyanın tərkibinin yarısı rus hərbiçilərindən ibarətdir, bu vəziyyətdə onların hərbi bazanın çıxarılması barədə qərara razılıq verəcəklərini düşünmək mümkünsüzdür. “Bu səbəbdən, görünür, Paşinyan dünya ictimai rəyini Rusiyaya qarşı qaldırmaq və bu ictmai rəyin təzyiqi ilə nəyəsə nail olmaq məqsədini qarşısına qoyub. Yəni demək istəyir ki, bizim onlara ehtiyacımız yoxdur, ancaq eyni zamanda onları Ermənistan ərazisindən çıxarmaq imkanımız da yoxdur. Reallıq budur. Ümumiyyətlə, Paşinyanın son dövrlər, son aylar verdiyi antirusiya bəyanatlarının kökündə bir amil dayanır - Qərbin rəğbətini qazanmaq istəyi. Demək lazımdır ki, bu sahədə müəyyən nəticələrə də nail olub. Çox təəssüf ki, həm ABŞ, həm onun Avropadakı müttəfiqləri dalbadal antiazərbaycan bəyanatları veriblər, ədalətsiz, beynəlxalq hüquqa zidd fikirlər söyləyiblər, ancaq  Ermənistana dəstək bu bəyanatlardan o tərəfə keçməyib, keçə də bilməz. Düzdür, son günlər Fransa ilə silahların alınması barədə razılaşma da imzalanıb, ancaq bu da qısamüddətli məsələ deyil, onun icrası üçün bir neçə il tələb olunur. Bütün hallarda Nikol Paşinyan Rusiya ilə körpüləri yandırıb və bunu hamı dərk edir, Rusiya da əlindən gələni edir ki, onu hakimiyyətdən uzaqlaşdırsın. Hələlik heç nəyə nail ola bilmir.  Çox  güman ki, nail ola bilməyəcək. Bütün bu davranışlar, şübhəsiz ki, son nəticədə sülh sazişinin  imzalanmasını ləngidir və Brüssel görüşünün təxirə salınmasının kökündə də məhz Paşinyanın bu cür qeyri-ardıcıl davranışları və bəyanatları dayanır”-deyə A.Səmədov vurğuladı.

    “Paşinyan həm də  “təhlükəsizliyimizin təzə istiqamətlərini axtarırıq, onu diversifikasiya edirik" deyib. Təhlükəsizliyimizin diversifikasiyası fikri ilə Paşinyan nə demək istəyir” sualına cavab olaraq isə A.Səmədov “Paşinyan bundan əvvəl də demişdi ki, təhlükəsizliyimizi bir dövlətə bağlamışıq, indi yeni istiqamətlər arayışındadırlar, diversifikasiya etmək istəyirlər. İlk addım kimi Fransa ilə hərbi əməkdaşlığı gücləndirməkdə və təkcə Rusiyadan asılı olamamaq üçün həm Hindistandan, həm də Fransadan silah almaq qərarına gəldilər ki, indiyə qədər buna cəsarət edə bilmirdilər. Bundan başqa hansı addımlar atıla bilər? Təbiidir ki, NATO-ya qəbul məsələsi mümkünsüzdür, uzun illər bu barədə danışmaq yersizdir. Yalnız müəyyən dövlətlərlə əməkdaşlığın artmasından söhbət gedə bilər, söhbət Kanadadan, Almaniyadan gedir. Hələlik yalnız ikitərəfli münasibətlərin qurulması imkanları var ki, Ermənistan da bu addımları atır. Gələcəkdə Rusiya hərbi bazasının çıxarılması və KTMT-ni tərk etmək  mümkün olsa, ola bilər ki, başqa addımlar da atılsın. Hələlik başqa addımların atılması mümkünsüzdür”-deyə bildirdi...

    İradə SARIYEVA










VİDEO

Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı... - VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

SON XƏBƏRLƏR

26.12.2024 | 17:00
Rusiyadan NATO və Avropa ölkələrinə nüvə xəbərdarlığı - istənilən ssenariyə hazırıq...

26.12.2024 | 16:08
Əsədin arvadının vəziyyəti ağırlaşdı - sağalma şansı 50 faizə düşüb, otağına heç kim buraxılmır...

26.12.2024 | 15:39
Gürcüstanın XİN başçısı Ceyhun Bayramova zəng vurdu - "Azərbaycanın yanındayıq"

26.12.2024 | 15:18
Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir

26.12.2024 | 15:17
BƏƏ Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:15
Həştərxanın qubernatoru Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 15:12
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:10
TDT Baş katibi Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 14:35
Tramp Milad təbrikində Kanadanın baş nazirini qubernator adlandırdı - ABŞ-ın 51-ci ştatı olsalar...

26.12.2024 | 14:32
Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevə məktub göndərib

26.12.2024 | 14:20
"Nəşlərin tanınması üçün yaxınlarının DNT analizinə ehtiyac olacaq" - Baş konsul

26.12.2024 | 14:16
Milorad Dodik Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 14:14
Məsud Pezeşkian Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 14:05
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə zəng edib

26.12.2024 | 13:51
Təyyarə qəzasında vəfat edən sərnişinlər və ekipaj üzvlərinin siyahısı açıqlandı

26.12.2024 | 13:45
Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub

26.12.2024 | 13:34
ABŞ Departamenti AZAL təyyarəsinin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib

26.12.2024 | 12:46
AZAL prezidentindən təyyarə qəzasının səbəbləri ilə bağlı açıqlama...

26.12.2024 | 12:33
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir... - VİDEO

26.12.2024 | 12:16
Təyyarə qəzasında xəsarət alanlardan daha birinin azərbaycanlı olduğu məlum oldu

26.12.2024 | 12:05
Təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTO

26.12.2024 | 12:00
Azərbaycan kubokunun final matçı Sumqayıtda keçiriləcək

26.12.2024 | 11:51
Qəzaya uğrayan təyyarənin ekipaj üzvlərindən 3-ü ölüb

26.12.2024 | 11:50
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı... - VİDEO

26.12.2024 | 11:45
Təyyarə qəzasında həlak olanlardan biri Cəlilabad sakinidir

26.12.2024 | 11:30
Qazaxıstan Baş nazirinin müavini Ceyhun Bayramova zəng edib

26.12.2024 | 11:20
Azərbaycan və Türkiyə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olmalıdır - SƏBƏB?... Ramilə Dadaşova yazır

26.12.2024 | 11:05
"Xəstələrdən üçünün vəziyyəti ağır qiymətləndirilir” - Həkimdən açıqlama

26.12.2024 | 11:00
"Dualarımız və düşüncələrimiz Azərbaycanladır"- Pakistan səfirindən paylaşım

26.12.2024 | 10:40
Sumqayıtda 105 000 abonentə bəd xəbər- bu gün qaz olmayacaq...

26.12.2024 | 10:30
Bir gündə 48 cinayətin üstünün açılması təmin olunub - DİN

26.12.2024 | 10:20
Təyyarə qəzasında sağ qalanlardan 12 nəfəri bu gün Azərbaycana gətirilir

26.12.2024 | 10:15
Bu hökmün icrası barbarlıqdır və ləğv edilməlidir - Nobel sülh mükafatçısından İrana İTTİHAM

26.12.2024 | 10:10
Siyasi partiyalar təyyarə qəzası ilə əlaqədar bəyanat yayıblar

26.12.2024 | 10:05
"Real" bu almaniyalı futbolçuya "göz qoyub"...

26.12.2024 | 10:00
Təyyarə qəzası zamanı xəsarət almış doqquz rusiyalı təxliyə edilib - Rusiya FHN açıqlama yaydı

26.12.2024 | 09:30
Braziliya da təyyarə qəzasını araşdıracaq - Qazaxıstandan AÇIQLAMA

26.12.2024 | 09:26
“Azparkinq" işçilərinin böyük nöqsanı - ancaq cərimə yazır, nəzarət etmirlər...

26.12.2024 | 09:20
Baydendən Pentaqona "vəsiyyət" - Kiyevə hərbi yardımı davam etdirin...

26.12.2024 | 09:15
Hacıqabulda onlayn narkotika alverçisi yaxalanıb

26.12.2024 | 09:10
Antonio Qutereşdən başsağlığı mesajı

26.12.2024 | 09:00
FHN-in həkimləri və xilasediciləri Qazaxıstana göndərilib

26.12.2024 | 08:41
Minimum pensiya birdən-birə 40 manat artırıldı...

26.12.2024 | 01:13
Yeni Suriya hökumətinin İrana xəbərdarlığından 24 saat sonra ölkə qarışdı – Əsəd tərəfdarları silahlı üsyan qaldırdı...

26.12.2024 | 00:10
Bu gün Azərbaycanda matəm günüdür

25.12.2024 | 23:17
Təyyarə qəzasında həyatını itirənlərin cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək

25.12.2024 | 22:35
Ərdoğan Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 22:30
Azərbaycan çempionatı bir günlük təxirə salındı

25.12.2024 | 22:28
Mədəniyyət Nazirliyinin teatr-konsert müəssisələrində bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb

25.12.2024 | 22:26
ABL-ın basketbol görüşü təxirə düşdü

25.12.2024 | 22:22
Matəmə görə güləş üzrə Azərbaycan çempionatı 1 günlük təxirə salındı

25.12.2024 | 22:10
"Təyyarənin qəzaya uğramasının səbəbi barədə danışmaq hələ tezdir" - Qazaxıstan Baş nazirin müavini

25.12.2024 | 21:32
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər - YENİLƏNDİ

25.12.2024 | 21:30
Aktauda qəzaya uğramış təyyarənin “qara qutu”su tapıldı

25.12.2024 | 21:23
"Yaralıların yaxın qohumlarından DNT analizi götürülür" - Baş Prokurorluq

25.12.2024 | 21:14
Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

25.12.2024 | 20:58
Paşinyan yeni seçki kampaniyasına başladı - ilk hədəf sabiq prezidentlərdir...

25.12.2024 | 20:43
Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir...

25.12.2024 | 20:28
SOCAR-ı özəl şirkətlərdən asılı salan kim və nələrdir?..

25.12.2024 | 20:15
Kazan, Minsk, Gəncə - gələn ildən başlanır...

25.12.2024 | 20:01
Fransanın kəşfiyyat şeflərindən biri Bakı haqqında pis danışdı...

25.12.2024 | 19:57
İrakli Kobaxidze Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Məsud Pezeşkian Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış dövlət komissiyasının iclası keçirildi - FOTO

25.12.2024 | 19:53
Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:51
Emoməli Rəhmon Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:50
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə başsağlığı verib

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 19:46
Zurabişvili hökuməti çevrilişlə hədələdi - Hakim partiya ona "psixi xəstə" dedi...

25.12.2024 | 19:38
Təyyarə qəzasında 38 nəfər ölüb, 29 nəfər yaralanıb...

25.12.2024 | 19:33
Hansı müəllimlər güzəştli kartlar ala biləcək?...

25.12.2024 | 19:18
Makron Fransanı "dinozavr iyinə bürüdü" - 5-ci respublika dağılır...

25.12.2024 | 19:04
Uşaq hüquqları ilə bağlı yeni norma - Nazirlər Kabinetinə vaxt verildi...

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031