Simonyan Ermənistanın KTMT-dən çıxacağını istisna etmədi - günahı da təşkilatın üzərinə qoydu...
"KTMT-dən çıxmağı heç kim istisna etmir, amma bunun səbəbləri məlumdur və KTMT bunun üçün hər şeyi edir". Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.
Ermənistanın 9 noyabr sənədindən imtina etmək fikrində olmadığını deyən Simonyana, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarovanın KTMT-dən çıxmağın Ermənistan xalqının marağında olmaması haqda bəyanatı ilə bağlı sual da verilib. Simonyan əvvəlcə Zaxarovanın bəyanatını şərh etmək istəmədiyini deyib, sonra isə bildirib ki, Ermənistanla təhdid dilində danışmaq çox yanlış məntiqdir: "Hesab edirəm ki, Ermənistanla təhdid dilində danışmaq çox yanlış məntiqdir. Biz KTMT-də idik və başqa ölkənin Ermənistana hücumunun şahidi olduq. O zaman onlar özlərini heç nə olmamış kimi aparırdılar”
Simonyan Ermənistanda Rusiya əleyhinə kampaniya aparılmadığını da deyib: "Ermənistanda heç bir anti-Rusiya kampaniyası aparılmır. Mücərrəd bir misal verim. Mən sizə hücum etsəm, siz də mənə müqavimət göstərsəniz, bu, anti-Rusiya kampaniyası deyil".
TAHİR