İnsanları zombiyə çevirən dərman icad olundu
Afrikada insan sümüklərindən zombiləşdirici dərman icad olunub. Dərmanı hazırlamaq qəbiristanlıqların talanmasına səbəb olur. Bakixeber.com lenta.ru-ya istinadən xəbər verir ki Sierra Leonedə apreldə fövqəladə vəziyyət elan olunub. Narkotikdən ölənlərin sayı durmadan artır.
Qeyri- adi populyarlığın səbəbi isə dərmanın qiymətidir. O cəmi 5 leone yəni 2 qəpikdir. Narkotik maddə kasıb Afrika ölkəsinin standarlarına görə çox ucuzdur. Demək olar ki, bu maddəni kişi , qadın , kasıb , varlı demədən hər kəs əldə edir. Buna görə də aludəçi insanları paytaxt Tritaunun küçələrində görmək asandır. Onlar zombi kimi məqsədsiz gəzir və əyilirlər. Bir çoxunun infeksiyaya görə qolları və ayaqları şişib.
Qeyd edək ki, keçən avqustda məzarları qazan 4 nəfərin həbs olunduğu xəbəri yayılmışdı. Bu il hakimiyyət daha da irəli getməli və məzarların təhlükəsizliyini gücləndirməlidir. Əks halda qəbrlərin talanını dayandırmaq mümkün deyil.
Samirə İsmayılova
Bakı Dövlət Universitetinin 4- cü kurs tələbəsi