Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ
Afrika qitəsində Fransaya qarşı nifrət durmadan böyüyür. Bu dəfə “Sahel Dövlətləri Alyansı” konfederasiyasına daxil olan Burkina-Faso, Mali və Niger liderləri ordularını maksimum döyüş hazırlığına gətirmək qərarına gəliblər. Bu barədə üç ölkə liderinin bəyanatında deyilir. Qeyd olunub ki, dövlət başçıları Fransa xuntasının başlatdığı saxta manevrləri böyük diqqətlə izləyir.
Bəyanatda Fransanın hərəkətlərinin Çad gölü hövzəsində, Saheldə və bəzi sərhəd bölgələrində, xüsusən Niger və Nigeriya, Niger və Benin, Niger və Burkina-Faso, Benin və Burkina-Faso arasında qrupların yenidən təşkili əməliyyatları ilə tamamlandığı vurğulanıb.
Mətləb