"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp vəzifəyə başladığı ilk gündən ölkə sərhədini qeyri-qanuni miqrantlar üçün bağlamağı planlaşdırır. Bu barədə ABŞ-ın yerli mediası məlumat yayıb. “Kabinetdə olduğum ilk gün sərhədimizi qeyri-qanuni miqrantlara bağlamaq üçün tarixi fərmanlar paketini imzalayacağam”, - deyə Tramp bildirib.
Bundan əlavə, o, ABŞ tarixində ən böyük deportasiyaya başlamaq planları olduğunu da deyib. Daha əvvəl Tramp bildirib ki, onun administrasiyası ordudan istifadə etməyə və qanunsuz miqrantların kütləvi şəkildə deportasiyası üçün fövqəladə vəziyyət elan etməyə hazırdır.
Mətləb Salahov