Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...
Məlum olduğu kimi, Almaniyanın Maqdeburq şəhərində naməlum şəxsin idarə etdiyi avtomobili Milad yarmarkasındakı izdihamın üzərinə sürməsi nəticəsində, 11 nəfər ölüb, 80-dək insan xəsarət alıb. "Berliner Zeitung" alman qəzeti isə hadisəni törədən şəxslə bağlı yeni məlumat yayıb. Qəzetin yazdığına görə, məlum hadisəni törədən bu şəxsin adı Taleb əl-Əbdülmöhsəndir. O, 2006-cı ildən Almaniyada yaşayır və daimi yaşayış icazəsi var. T.Əbdülmöhsən psixoterapevt təhsili zamanı dəvətli həkim kimi ölkəyə gəlib və daha sonra islamdan imtina etdiyinə görə ölümlə hədələndiyindən sığınacaq üçün müraciət edib.
"Onun sosial media profillərindən göründüyü kimi, o, son dərəcə anti-islam mövqelidir və "Almaniya üçün Alternativ"in siyasətini dəstəkləyir", - nəşr vurğulayıb.
Mətləb Salahov