Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...
Birləşmiş Ştatlar Pakistanın nüvə silahı və uzaqmənzilli ballistik raket istehsalından narahat olmağa başlayıb. Belə ki, Vaşinqton Pakistanın genişlənən ballistik raket proqramını “yüksələn bir təhlükə” adlandırıb.
ABŞ Milli Təhlükəsizlik Müşavirinin müavini Con Fayner Pakistanın nüvə silahı və uzaqmənzilli ballistik raketlər inkişaf etdirmək qabiliyyətinə malik olduğunu və bu inkişafın Cənubi Asiya xaricindəki hədəfləri vurma potensialını artırdığını bildirib.
Faynerin sözlərinə görə, Pakistan tərəfindən hazırlanan yeni ballistik raket sistemləri ABŞ-ı hədəfə almaq gücünə malikdir.
İslamabadın niyyətlərindən narahat olduğunu ifadə edən Fayner deyib ki, Pakistanın son hərəkətlərini ABŞ üçün yeni bir təhdid kimi qiymətləndirməmək çox çətindir.
ABŞ Dövlət Departamenti isə Pakistan mərkəzli "National Development Complex (NDC), Akhtar and Sons Private Limited, Affiliates International ve Rockside Enterprise" təşkilatlarının sanksiya siyahısına daxil edildiyi açıqlanıb.
Açıqlamada sözügedən təşkilatların Pakistanın ballistik raket proqramının inkişafı üçün "material tədarük etməyə" çalışdıqları iddia edilib.
TAHİR