Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...
Kanada parlamentinin Liberal Partiyasından olan üzvlərinin çoxu Baş nazir Castin Trüdonun təmsil olunduğu siyasi qüvvənin lideri postunu tərk etməsini istəyib. Bu barədə CBC telekanalı məlumat yayıb.
Qeyd olunub ki, 50-dən çox liberal deputat bu fikri dəstəkləyir, baxmayaraq ki, bunu açıq şəkildə cəmi 21 deputat deyib. Ümumilikdə, liberallar Kanada parlamentində 153 yer tutub. Baş nazirin müavini və maliyyə naziri Kristia Friland dekabrın 16-da Trüdo onu başqa işə keçirməyə qərar verdiyi üçün istefa verdiyini açıqlayıb. Həmin gün Mənzil, İnfrastruktur və İcmalar naziri Şon Freyzer hökumətdən getdiyini bəyan edib. Nəticədə müxalifət və ictimai xadimlər baş nazirin dərhal istefasını tələb ediblər.
Mətləb Salahov