KÖHNƏ VERSİYA            

Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

Image

"Azəriqaz" İB-nın abonentlərinin yalnız 7,3 faizi qazdan istifadə limitinin aşağı həddini aşmaya bilər

"Azəriqaz" İB-nin rəsmiləri və bəzi ekspertlər iddia edirlər ki, guya qaz istifadəçilərinin yarısı bir il ərzində qaz istifadəsi limitinin aşağı həddini aşmırlar. İlin 5 ayında mənzilini qazla qızdıran abonentlər ilin sonuna qədər 1200 kubmetrlik istifadə limitini necə keçməyə bilər? 

Noyabr, dekabr, yanvar, fevral və mart aylatında 70-80 kvadrat metr sahəyə malik mənzili qazla qızdırmaq üçün 600-700 kubmetr qaz tələb edilir. Hər bir vətəndaş, o cümlədən də "Azəriqaz" İB-nın rəsmileri bunu təcrübədə sınaqdan keçirə bilərlər - dekabr ayında istifadə etdiyiniz qaz həcmini hesablasanız kifayət edər. Bu isə o deməkdir ki, qazdan istifadə limitinin aşağı həddını mənzilini qazla qızdıran abonentlər ilin 2-3 ayı ərzində mütləq aşırlar. İndi isə açıq mənbələrdəki məlumatlardan istifadə edərək müəyyənləşdirək ki, "Azəriqaz" İB-nın abonentlerinin neçə faizi mənzilini qazla, necə faizi isə mərkəzləşdirilmiş istilik sistemi ilə qızdırır.  Hamı üçün əlçatan olan sadə  bir indikatorla  bunu müəyyənləşdirmək olar.

Arayış üçün qeyd edək ki, Azərbaycanda əhalinin təbii qazdan istifadəsinə görə limit tətbiq edilir. Tarif Şurasının 2021-ci ildə verdiyi qərara əsasən, əhalinin illik istehlakının 1200 kubmetrədək olan hissəsi üçün tariflər 12 qəpik, 1200-2500 kubmetrədək və 2500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla hesablanır.

Bu ilin fevral ayına olan rəsmi məlumata görə, Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB-nın ümumi abonentlərinin sayı 2 milyon 599 min 43-ə çatıb. Yəni yuvarlaqlaşdırsaq və son 9 ayda yeni yaranan abonentləri nəzərə alsaq, demək Birliyin 2,6 milyon abonenti var. Bəs cari ildə bu abonentlərin neçə faizi qaz istifadəsi limitinin aşağı həddini keçib? Yuxarıda qeyd etdiyimiz kimi, sözügedən limiti yalnız mənzilini "Azəristiliktəhcizat" ASC-nin xidmətindən istifadə edən abonentlər keçməyə bilər.

“Azəriqaz” İB-nin rəsmiləri iddia edir ki, bu ilin ilk 11 ayı ərzində abonentlərin yarıdan çoxu qaz limitini keçməyib:

“2024-cü ilin on bir ayının statistikası onu deməyə əsas verir ki, 51 faiz abonent aşağı qaz istifadəsi limitini, yəni 1200 kubmetrədək limiti keçməyib. Dekabr ayını da nəzərə alsaq, bu, ən pis halda 46 faiz təşkil eləyə bilər”.

Nəzərə alaq ki, mənzilini qazla qızdıran abonentlər bu limiti aşmayan qrupa daxil deyil. Yəni bu abonentlər 1200 kubmetrlik limiti fevral-mart ayında aşır. Belə çıxır ki, ölkədə "Azəriqaz" İB abonentlərinin  yarısının mənzili mərkəzləşdirilmiş qaydada "Azəristiliktəhcizat"  ASC tərəfindən qızdırılır.

Lakin ASC-nin saytında göstərilir ki, Cəmiyyətin xidmət zonasına daxil olan  9 dağ rayonunda (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik, Şamaxı) payız-qış mövsümü ərzində 39 qazanxana və 1 istilik məntəqəsi vasitləsi ilə 34 yaşayış binası, 16 orta məktəb, 3 uşaq bağçası, 2 səhiyyə müəssisəsi, 18 sosial və təsərrüfat hesablı obyekt istiliklə təchiz olunacaq və mövsüm növbəti ilin may ayının 1-nə qədər davam edəcək. Respublikaının digər ərazilərində, o cümlədən Bakı şəhərində isə payız-qış mövsümü cari ilin noyabr ayının 15-dən başlayaraq növbəti ilin aprel ayının 15-nə qədər davam edəcək.

Cari mövsümdə “Azəristiliktəchizat” ASC tərəfindən Bakı şəhəri və respublikanın regionlarında ona məxsus olan 553 qazanxana və 88 istilik məntəqəsi vasitəsi ilə 3278 yaşayış binasının 185 minə yaxın mənzilini, 286 orta məktəbin, 158 uşaq bağçasının, 150 səhiyyə müəssisəsinin, 2600-a yaxın sosial və təsərrüfat hesablı obyektlərin istiliklə təmin edilməsi nəzərdə tutulur.

Məlumatdan aydın görünür ki, ölkə üzrə “Azəristiliktəchizat” ASC tərəfindən cəmi 3312 yaşayış binası qızdırılır. Bu binalarda  cəmi 187 min mənzil qızdırılır. Bu o deməkdir ki, “Azəriqaz" İB abinentlərinin yalnız 187 mini qazdan istifadə limitinin aşağı həddını aşmaya bilər. Yuxarıda qeyd etdiyimiz kimi, "Azəriqaz" İB-nın abonentlərərinin sayı isə 2,6 milyondur. Deməli, 2,4 milyondan çox qaz istifadəçisi və ya abonentlərin 92,7 faizi ilin ilk 2-3 ayı ərzində qazdan istifadə limitinin aşağı həddını keçir. Bu hesabla "Azəriqaz" İB abonentlərinin yalnız 7,3 faizi limitin aşağı həddini keçməyə bilər. Çünki mərkəzləşdirilmiş qaydada qızdırılmayan mənzili 5 ay ərzində 1200 kub metr qazla qızdırmaq mümkün deyil. Ən dar mənzili belə 1200 kubmetr qazla 2-3 aydan çox qızdırmaq mümkün deyil.

Yuxarıdakı məlumatları nəzərə alaraq qeyd etməliyik ki, qaz abonentlərinin 92,3 faizi hər ilin fevral ayında qazdan istifadə limitinin aşağı həddini keçirsə, deməli qaz limitinə yenidən baxılmalı, limitin aşağı həddi ən azı 2 dəfə artırılmalıdır. Yalnız bu halda abonentlərin yarısı yenilənmiş limiti ilin sonuna qədər keçməyə bilər.

Hesablamalarımıza görə, mərkəzləşdirilmiş istilik sisteminə malik olmayan binalarda qaz istifadəçiləri noyabr-dekabr aylarında limitin ikinci həddini də keçərək, qazın kubmetrini 25 qəpiyə alır. Həyət evlərində isə qazdan istifadə limitinin ikinci həddi ilin ilk 6 ayı ərzində aşılır. Yəni "Azəriqaz" İB-nın həyət evlərində yaşayan abonentləri ilin ikinci yarısında qazın 1 kub metrini 25 qəpiyə alır. Nəzərə alsaq ki, bölgələrdə əhalinin əksəriyyəti həyət evlərində yaşayır, gəlirləri aşağıdır və buna görə də bölgələrdən Bakıya axışır, onda hökumətin siyasətində anlaşılmazlıq yaranır. Bir tərəfdən dövlət büdcəsindən milyonlarla vəsait ayırıb, bölgələrin sosial-iqtisadi inkişafı proqramlari həyata keçiririk ki, əhali bölgələrə bağlansın, paytaxta axın dayansın, digər tərəfdən isə bölgə əhalisinə qazın kubunu 25 qəpiyə satırıq. Qazı bizdən valyuta ilə alan Gürcüstanın dağ kəndlərinə pulsuz qaz istifadə limiti verilir, bizdə isə dağ kəndləri bu tariflərdə nəzərə alınmır.

Fikrimizcə, hökumət "Azəriqaz" İB-nın məlumatlatına inanmadan həm ictimai tədqiqat qaydasında, həm də sənədlərlə araşdırma aparıb, bu araşdırmanın nəticələrinə uyğun olaraq qüvvədə olan qaz limiti tariflərinə yenidən baxmalıdır. Bu barədə qərar qəbul edilərkən nəzərə alınmalıdır ki, qaz xalqın sərvəti olduğu üçün onun satışından dövlət gəlir gözləməməlidir, qaz Azərbaycan vətəndaşlarına maya dəyərinə satılmalıdır.

Akif NƏSİRLİ







VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

20.12.2024 | 16:53
Əsədə bir zərbə də 24 illik həyat yoldaşından gəldi - Esma boşanmaq üçün məhkəməyə müraciət etdi

20.12.2024 | 16:46
İqor Babuşkin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.12.2024 | 16:44
Sergey Məlikov Prezident İlham Əliyevə məktub göndərib

20.12.2024 | 16:42
Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 16:41
Mişustin Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

20.12.2024 | 16:40
“D-8 təşkilatına üzvlük Azərbaycanın beynəlxalq arenada daha geniş təsir imkanları qazanmasına yol açacaq” - Vüqar Rəhimzadə

20.12.2024 | 16:38
Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.12.2024 | 16:36
Lukaşenko Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 16:35
Si Cinpin Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 16:33
Yaşar Əliyev Azərbaycanın BMT yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırıldı, Çexiyaya səfir təyin edildi

20.12.2024 | 16:25
Azərbaycanın Niderland Krallığında yeni səfiri təyin edildi

20.12.2024 | 16:24
Ramil Rzayev Azərbaycanın İndoneziyada səfiri təyin edildi

20.12.2024 | 16:23
Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırıldı

20.12.2024 | 16:20
Tofiq Musayev Azərbaycanın BMT yanında daimi nümayəndəsi təyin edildi

20.12.2024 | 16:14
Adış Məmmədov Azərbaycanın Qətərdəki səfiri təyin edildi

20.12.2024 | 16:13
Azərbaycanın Çex Respublikasında səfiri geri çağırıldı

20.12.2024 | 16:12
Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü veriləcək

20.12.2024 | 16:11
Azərbaycanın Qətərdəki səfiri geri çağırıldı

20.12.2024 | 16:07
Mayıl Əhmədov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi

20.12.2024 | 16:05
Dövlət İnvestisiya Proqramının tərtibi və qiymətləndirilməsi ilə bağlı yeni qaydalar təsdiqləndi

20.12.2024 | 15:55
Valideyn himayəsindən məhrum olmuş uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək

20.12.2024 | 15:44
Yerli avtomobil sənayesinin canlanması üçün vergi güzəştləri tətbiq olunacaq

20.12.2024 | 15:32
Putindən Əsədə sərt qadağalar - pulları və aktivləri donduruldu, Moskvadan çıxışı qadağan edildi

20.12.2024 | 14:50
Prokurorluğun müdaxiləsilə 41,3 milyon dollar ixrac pulu ölkəyə qaytarıldı...

20.12.2024 | 14:26
Qiyabi təhsil alan tələbələr təhsil krediti ala bilərmi? - Sədr açıqladı...

20.12.2024 | 14:01
Türkiyənin qış möcüzələrini kəşf edin

20.12.2024 | 13:56
Oğuzda pirotexniki vasitələrin səyyar satışı ilə məşğul olan şəxs saxlandı

20.12.2024 | 13:53
Türkiyə-Azərbaycan Media Platforması çərçivəsində növbəti görüş oldu

20.12.2024 | 13:43
Bu şəxslərin hərbi xidmətdən azad edilməsi təklif edilir

20.12.2024 | 13:30
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlandı

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031