KÖHNƏ VERSİYA            

Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

Image

Dekabrın 17-də Azərbaycan Prezidenti İ.Əliyev Rusiyanın tanınmış jurnalisti D.Kiselyova müsahibə verdi və Ermənistanla sülh müaqviləsinin imzalanması üçün ermənilərin atmalı olduqları zəruri addımları açıqladı və onları bu cür sıraladı: 

-Ermənistan və Azərbaycan bir-birinə qarşı beynəlxalq instansiyalarda iddialardan imtina etməlidir,

-Ermənistan Azərbaycan sərhədləri yaxınlığında üçüncü dövlətlərin qüvvələrini yerləşdirməməlidir,

-Minsk Qrupundan de-yure imtina etməlidir, çünki münaqişə bitibdir və vasitəçilik institutuna ehtiyac yoxdur, 

-Ermənistan öz konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını çıxarmalıdır,  

-və nəhayət, Ermənistan tərəfi qərbi azərbaycanlıların öz yurdlarına dinc və dialoq yolu ilə qayıtmalarını qəbullanmalı və təmin etməlidir.

Bundan əlavə, İ.Əliyev Fransa, Hindistan və ABŞ tərəfindən Ermənistanın hücum silahları ilə silanlandırılmasının Azərbaycan üçün real təhlükəyə çevrildiyini və bizim də bu prosesləri kənar müşahidəçi qismində seyr etməmizin mümkün olmayacağını diqqətə çatdırdı. 

Prezident Ermənistanı silahlandıran ölkələrə də xəbərdarlıq etdi ki, proses bu cür davam edəcəksə, sonradan Azərbaycana qarşı kiminsə hər hansı bir etirazı ola bilməz.  

Göründüyü kimi İ.Əliyevin Ermənistanla sülh müqaviləsinin imzalanmsı üçün irəli sürdüyü şərtlər məntiqli, qanuni və erməni aqressorlarının Azərbaycan ərazilərinə və dövlətçiliyinə qarşı qəsd siyasətinin, revanşizm planlarının birdəfəlik və həmişəlik  cilovlanmasına istiqamətlənmiş məcburi və alternativsiz tədbirlərdir.   

Üstündən bir gün gün keçmiş, Emənistanın baş naziri N. Paşinyan, Azərbaycana “cavab verirmiş”, kimi bir hava yaratmağa baş vurub,   imperiya qullarının kolxozu olan Ermənistanın “sülh müqaviləsi” ilə bağlı mövqeyini bəyan etmək niyyəti ilə “Armenpress”in jurnalistinə müsahibə vermək çabasında bulundu.       

Paşinyanın düzəltdiyi müsahibə tamaşasının əsl məqsədi, məramı və nümayiş etdirdiyi aferizmin  miqyasının dozası onu göstərdi ki, bu məxluqat sülhə gedən bütün cığırları xüsusi sırtıqlığınan minalamaqla məşğuldur. 

Jurnalistin verdiyi ermənicə sualları Paşinyanın necə ermənicə cavablandırmasına diqqət yetirək:

“Bir-birimizə qarşı iddiaların geri çağırılmasına gəlincə, bu bizim üçün qəbulediləndir, ona görə ki, əgər sülh müqaviləsi imzalanırsa, tərəflər bir-birinə qarşı təkcə beynəlxalq müstəvidə yox, həm də öz aralarnda mübahisəli məsələlərin olmasına imkan verməməlidir. Və ümumiyyətlə, mübahisə olmamalıdır”.

İlk baxışda adama elə gələ bilər ki, Paşinyan etiraz etmir, sülh istəyir  və bizim şərtlərlə razılaşır.

Ancaq bu belə deyil, o, deyir ki, sülh müqaviləsi imzalanandan sonra bu iddialar ortadan qaldırıla bilər, yəni sülh müqaviləsi imzalanana qədər biz sizə qarşı saxta iddialar qaldırmaqda davam edəcəyik, sizi etnik təmizləmə aparmaqda, soyqırım törətməkdə, humanitar böhran düzəltməkdə, guya erməni “mədəni” irsini məhv etməkdə və s. kimi uydurmalarla təhdid etməkdə davam edəcəyik.

Bundan əlavə, Azərbaycan tələb edir  ki,  sərhədlərimiz boyunca heç bir üçüncü dövlətin qüvvələri  yerləşdirilməsin. Avropalı və kanadalı casus briqadasının indi Ermənistan ərazisində bizimlə sərhəd boyunca kəşfiyyat aparması, NATO-nun strukturlarının Ermənistan vasitəsilə bizim sərhədlərdə formalaşdırılması Azərbaycanın təhlükəsizliyinə təhdiddir və bu, ortadan qaldırılsın.    

Paşinyan soyadlı bu məxluqat isə deyir ki, biz təklif edirik ki, Ermənistan – Azərbaycan arasında delimitasiya edilmiş sərhədlər boyunca üçüncü dövlətlərin qüvvələri yerləşdirilməsin, yəni razılaşdırılmamış hissələrdə Avropa və Kanada şpionları qalmaqda davam etsinlər. 

Həyasızlığa baxın, guya Ermənistan ərazisində sərhəd boyunca Avropa İttifaqının və Kanadanın kəşfiyyatçılarının yerləşdirilməsində Azərbaycanın  da marağı varmış və ona görə də Paşinyan təklif edir ki, gəlin o yerdən bu qüvvələri yığışdıraq ki, o yerdə biz sərhədləri delimitasiya etmişik. Sonra da əlavə edir ki, ümumiyyətlə, sərhədlər delimitasiya olunub, bitəndən sonra, üçüncü qüvvələrin yerləşdirilməsinə zərurət olmayacaq və Ermənistan bu cür məntiqi təklif edir. 

Ağlı başında olan hər kəs bilir ki, sərhədlərin delimitasiyası və demarkasiyası illərlə, hətta on illərlə davam edə bilər və bu, bir aylıq, bir illik məsələ deyil. Məsələn, SSSR-nin dağılmasından 33 il keçməsinə baxmayaraq, dost Gürcüstanla Azərbaycanın  480 km-lik sərhəddinin hələ də 30%-i indiyədək razılaşdırılmayıb. Rusiya ilə sərhədlərimiz isə yalnız 2020 – ci ildə müəyyənləşdirilib, sona çata bildi.

Paşinyan da deyir ki, sərhədlər delimitasiya və demarkasiya olandan sonra, onsuz da üçüncü qüvvələrin sərhəddə qalmasına ehtiyac olmayacaq, yəni avroşpionlar on illərlə bizim sərhəddə qalmaqda davam edəcəklər. 

“Minsk Qrupu həmsədrlik institutunun ləğvi ilə bağlı məsələyə necə baxırsnız?”- sualına isə, Paşinyan cavab verib ki, konstruktiv baxıram. 

“Ancaq biz əmin olmalıyıq ki, Azərbaycan “Qərbi Azərbaycan” adlandırılan  məsələni qaldıranda, Ermənistan ərazilərinə qarşı aqressiv siyasət aparmaq haqqında düşünmür. 

Görünən odur ki,  “Qərbi Azərbaycan” məsələsi haqqında söhbətlərlə rəsmi Bakı Ermənistana qarşı ərazi iddialarını gerçəkliyə çevirmək niyyətindədir. 

Əgər bu belə deyilsə və biz bu məsələni yalnış anlayırıqsa və  Bakı “Qərbi Azərbaycan” deyəndə  Azərbaycanın qərb rayonları olan Qazaxı, Ağstafanı, Daşkəsəni, Kəlbəcəri, Qubadlını, Zəngilanı nəzərdə tutursa, ora insanların qayıtmasını planlayırsa, bu Azərbaycanın daxili işidir və burda Ermənistan hökuməti heç nəyi müzakirə edə bilməz və hərəkət edə bilməz ”.

Göründüyü kimi, özünə baş nazir deyən bu əbləh, həm danışıqlar prosesini, həm öz doğma dədə-baba yurdlarından vəhşiliklə qovulmuş yarım milyon azərbaycanlının taleyini və doğal haqqını özünün üçüncü sinif keşiş savadıynan və  primitiv ağlıynan ələ salır, istehza edir.

Sən deməyəsən, Qərbi Azərbaycan məsələsi rəsmi Bakının erməni parazit fermasına qarşı sərgilədiyi ərazi iddialarıymış. Deməyəsən, Paşinyan qanmırmış və bilmirmiş ki, Qriboyedov adına erməni kolxozu rus işğalçıları tərəfindən Qərbi Azərbaycan torpaqlarında  yaradılıbdır. Demə, biz Qərbi Azərbaycan deyəndə, Qazaxı, Ağstafanı, Daşkəsəni, Kəlbəcəri, Qubadlını, Zəngilanı nəzərdə tuturmuşuq və bu da Azərbaycanın daxili işiymiş. 

Nətər olub da, Paşinyana indiyə qədər real tarixi təmir edən erməni kilsə canilərindən və erməni sortundan olan psevdotarixçilərdən bir kimsə minimal tarixi bilgi verib, başa salmayıbdır ki, İrəvan da, Göycə də, Dərələyəz də, Qərbi Zəngəzur da Azərbaycan əraziləridir?!  Və bu ərazilər Azərbaycanın rus-bolşevik işğalına düşməsindən sonra bizdən qanunsuz olaraq qopardılıb, ermənilərə peşkəş edilibdir.  

Görünür, Paşinyan Makrondan aldığı saxta cəngavərlik və “hərbi qeyrət” preparatından böyük dozalarda qəbul edib və 3 ildə 45 dəfə hərbi-siyasi nokautda olduğunu unutmağa başlayıbdır. Ancaq Nikol ayılsa, yaxşıdır. Heç bir uğurlu perspektivi olmayan Ermənistan adındakı beynəlxalq virus laboratoriyasının yaşamaq üçün tək yolu, Azərbaycanın Qılıncının altında yaşamaqdır.  

Paşinyan ərz edir ki, Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası yoxdur və konstitusiyanın preambulasında müstəqillik haqqında bəyannaməyə istinad edilməsinə fikir vermək lazım deyil, çünki əsas olan odur ki, konstitusiyanın heç bir maddəsində “Dağlıq Qarabağ” adı çəkilmir. 

Əlavə olaraq, Paşinyan özünün qədim başıynan və “dəmir erməni məntiqi” ilə söyləyir ki, əgər bizim Azərbaycana qarşı ərazi iddiamız olsaydı, Qarabağı tərk etmiş ermənilərə qaçqın statusu verilərdimi? 

Sən demə, Azərbaycanın 17 000 kv.km ərazisini işğal edib, 30 il yağmalayan və viranəyə çevirən Ermənistan deyilmiş, naməlum şər qüvvələr imiş.

Bəlkə də 2019-cu ildə Xankəndinə gəlib, “Qarabağ Ermənistandır və nöqtə” deyə ən ismətsiz notlarda bağıran Paşinyan yox, onun ana bir, dədə ayrı qardaşı    adamyeyən Jan Bedel Bokasso imiş. 

Bəlkə, Azərbaycanın ərazilərində işğalçı Ermənistan hərbi qüvvələrini yerləşdirən, Qarabağdakı erməni separatçılarını və terrorçularını silahlandıran və büdcəsindən maliyyələşdirən, Azərbaycanın şəhərlərini ballistik raketlərlə vurub,    minlərlə dinc azərbaycanlıları qətlə yetirən Ermənistan deyilmiş, Qonduras imiş? 

Erməninin insandan bir üstünlüyü vardır: erməni utanmır, qızarmır, istənilən yalanı və uydurmanı ən ismətsiz bir variantda danışa bilir, tirajlaya bilir. Bütün dünya xalqlarının ideologiyası qəhrəmanlıq, cəngavərlik, döyüşkənlik ruhunda əfsanələşdirilibsə, erməni özünə “zorlanmış xalq” ideologiyasını milli-mənəvi  sistem kimi qəbul edib, illərdir bu biabırçılığı beyinlərə pərçimləməyə çalışır və bunun əvəzində Azərbaycandan və Türkiyədən torpaq qoparmaq istəyir. 

Ermənistan dörd ildir fəaliyyəti olmayan iflic olmuş Minsk Qrupu adlı “vasitəçi”dən hələ də imtina etmək istəmirsə, deməkdir ki, erməni tərəfi münaqişənin bitmədiyini və Azərbaycana qarşı ərazi iddialarının qalmaqda davam etdiyini və üçüncü qüvvənin hakimliyinə ehtiyac olduğunu iddia edir.    

Ermənistan bu gün də hücum silahları ilə silahlanmaqda davam edirsə, sülhə gedən yolları var gücü ilə minalayırsa, Azərbaycana və Türkiyəyə qarşı şərləmə kompaniyasını durdurmaq əvəzinə, gücləndirib-körükləyirsə, deməkdir ki, ilan ildə dörd dəfə dərisini dəyişsə də, xislətini dəyişmir!

Mehman İsmayılov







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031