KÖHNƏ VERSİYA            

Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

Image

Məlum olduğu kimi, cari il dekabrın 19-da  Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycan yekdilliklə bu qurumun üzvü seçilib. 

Qeyd edək ki, ölkəmiz ilk dəfə Prezident İlham Əliyevin xüsusi qonaq qismində iştirak etdiyi 2017-ci ildə İstanbulda keçirilmiş IX Zirvə görüşündə təmsil olunub. Qahirə şəhərində keçirilən XI Sammitdə ölkəmizi baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

D-8-ə üzvlük heç şübhəsiz ki, Azərbaycana bir çox5 üstünlüklər vəd edir, İslam dünyasında daha güclü mövqe sahibinə çevrilməsinə əlavə zəmin yaradır. Bu mənada təsadüfi deyil ki, prezident İlham Əliyev Azərbaycanın İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına üzv qəbul edilməsini çox yüksək qiymətləndirir. Dövlət başçısının bu xüsusda etdiyi paylaşımında deyilir: "Qahirədə İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Zirvə toplantısı zamanı Azərbaycanın təşkilata üzv qəbul edilməsinə görə, Türkiyə, Pakistan, Misir, İran, İndoneziya, Malayziya, Nigeriya və Banqladeşin dövlət və hökumət başçılarına təşəkkürümü bildirirəm. Azərbaycanın namizədliyinə dəstək bu ölkələr ilə səmimi dostluğumuzun və əməkdaşlığımızın göstəricisidir. Türkiyənin təşəbbüsü ilə yaradılmış D-8 təşkilatı 30 ilə yaxındır ki, fəaliyyət göstərir və ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul olunmuşdur. Bu, bizim üçün qürur mənbəyidir. Öz həmkarlarımı əmin edirəm ki, Azərbaycan digər ölkələrlə birlikdə təşkilatın daha da inkişafı, İslam həmrəyliyinin gücləndirilməsi üçün öz səylərini əsirgəməyəcəkdir". Şübhə yoxdur ki, üzvlərinin əhalisinin sayının ümumilikdə dünya müsəlmanlarının 60%-ni təşkil edən və böyük iqtisadi potensiala malik “İslam Səkkizliyi” adlanan D-8-ə ölkəmizin üzvlüyü Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və ölkəmizə olan etimadın bariz nümunəsidir. Ədaləti və beynəlxalq hüququn norma və prinsiplərini özünün prioritet məqsədi kimi qarşıya qoyan ölkəmiz D-8-in təməl prinsiplərinin qorunmasına, təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsində mühüm rol oynayacaq. Bu çərçivədə həmçinin geniş regionumuzda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət, nəqliyyat, kommunikasiya və bir sıra digər vacib istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Məsələ ilə bağlı rəsmi Bakının yanaşması həm də ondan ibarətdir ki, tarix boyu Şərq ilə Qərb arasında körpü rolu oynamış, İslam dünyasının əsas mədəni, dini və sivilizasiya mərkəzlərindən biri olan Azərbaycanın D-8 üzvlüyü eyni zamanda, İslam həmrəyliyinin möhkəmlənməsində, İslam dəyərlərinin dünyada təbliğində və İslamofobiya ilə mübarizə sahəsində böyük töhfə olacaq. Qeyd edək ki, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı Azərbaycanın üzvlüyünə qədər səkkiz müsəlman ölkəni birləşdirir. Təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında atılıb. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. Təşkilatın Katibliyi İstanbul şəhərində yerləşir. Bu gün D-8 üç qitəni əhatə edir və 4 trilyon ABŞ dollarından artıq ÜDM-ə malikdir. Eyni zamanda, 130 milyard ticarət dövriyyəsi həyata keçirir.

Araşdırmalar göstərir ki, D-8 böyük iqtisadi potensiala malikdir. Azərbaycan üçün quruma üzvlük yeni bazarlar, ixrac coğrafiyasının daha da genişlənməsi anlamına gəlir. Nəzərə alınmalıdır ki, D-8 ölkələrində yaşayan əhalinin ümumi sayı 1 milyarddan çoxdur və bu da böyük istehlakçı potensialı deməkdir. Ekspertlər bildirir ki, quruma üzvlük ilk növbədə, Azərbaycanın regional əhəmiyyətli siyasi və iqtisadi oyunçu olduğunun etirafıdır. Amma ölkəmizin potensialı onun beynəlxalq səviyyələrdə də mühüm aktora çevrilməsinə imkan verir. Bütün bunlar Azərbaycan üçün ilk növbədə özünü orta güc kateqoriyasında təsdiqləmək, ikincisi, bir təşkilatda iştirak etməklə BRİKS-ə qoşulmaq prosedurunu sürətləndirmək baxımından da önəmlidir. Bu platforma Azərbaycanın yaxşı əlaqələrə malik olduğu dövlətlərlə daha tez-tez görüşməyə imkan verir. Bununla Azərbaycanın xarici siyasətinin şaxələndirilməsi prosesi daha uğurla gedəcək. D-8 üzv ölkələrin əsas məqsədi üzvlərin malik olduğu iqtisadi imkanlardan birgə və səmərəli istifadənin təmin olunmasıdır. Bununla yanaşı, D-8 ölkələrin bir-birinin malik olduğu resurslardan əməkdaşlıq çərçivəsində faydalanmağın tərəfdarıdır. Müvafiq prosedurlar bilavasitə hüquqi aktlarla tənzimlənir və istismarı qəti şəkildə rədd edir. D-8-in qarşısındakı qlobal məqsədlərindən biri də üzv ölkələr arasında ticarət sahəsindəki əngəllərin aradan qaldırılması və birbaşa investisiyaların təşviqinə nail olmaqdan ibarətdir. İndiki iqtisadi şəraitdə bu məqam bütün üzv ölkələr, o cümlədən Azərbaycan üçün böyük önəm kəsb edir. Göstərilənlər bir daha təsdiq edir ki, D-8 təşkilatına üzvlük Azərbaycanın növbəti siyasi, diplomatik, iqtisadi  qələbəsidir. Bu, ölkənin beynəlxalq aləmdə, xüsusən də İslam dünyasında mövqelərini daha da gücləndirir.

Ramil QULYEV







VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

20.12.2024 | 16:53
Əsədə bir zərbə də 24 illik həyat yoldaşından gəldi - Esma boşanmaq üçün məhkəməyə müraciət etdi

20.12.2024 | 16:46
İqor Babuşkin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.12.2024 | 16:44
Sergey Məlikov Prezident İlham Əliyevə məktub göndərib

20.12.2024 | 16:42
Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 16:41
Mişustin Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

20.12.2024 | 16:40
“D-8 təşkilatına üzvlük Azərbaycanın beynəlxalq arenada daha geniş təsir imkanları qazanmasına yol açacaq” - Vüqar Rəhimzadə

20.12.2024 | 16:38
Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.12.2024 | 16:36
Lukaşenko Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 16:35
Si Cinpin Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 16:33
Yaşar Əliyev Azərbaycanın BMT yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırıldı, Çexiyaya səfir təyin edildi

20.12.2024 | 16:25
Azərbaycanın Niderland Krallığında yeni səfiri təyin edildi

20.12.2024 | 16:24
Ramil Rzayev Azərbaycanın İndoneziyada səfiri təyin edildi

20.12.2024 | 16:23
Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırıldı

20.12.2024 | 16:20
Tofiq Musayev Azərbaycanın BMT yanında daimi nümayəndəsi təyin edildi

20.12.2024 | 16:14
Adış Məmmədov Azərbaycanın Qətərdəki səfiri təyin edildi

20.12.2024 | 16:13
Azərbaycanın Çex Respublikasında səfiri geri çağırıldı

20.12.2024 | 16:12
Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü veriləcək

20.12.2024 | 16:11
Azərbaycanın Qətərdəki səfiri geri çağırıldı

20.12.2024 | 16:07
Mayıl Əhmədov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi

20.12.2024 | 16:05
Dövlət İnvestisiya Proqramının tərtibi və qiymətləndirilməsi ilə bağlı yeni qaydalar təsdiqləndi

20.12.2024 | 15:55
Valideyn himayəsindən məhrum olmuş uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək

20.12.2024 | 15:44
Yerli avtomobil sənayesinin canlanması üçün vergi güzəştləri tətbiq olunacaq

20.12.2024 | 15:32
Putindən Əsədə sərt qadağalar - pulları və aktivləri donduruldu, Moskvadan çıxışı qadağan edildi

20.12.2024 | 14:50
Prokurorluğun müdaxiləsilə 41,3 milyon dollar ixrac pulu ölkəyə qaytarıldı...

20.12.2024 | 14:26
Qiyabi təhsil alan tələbələr təhsil krediti ala bilərmi? - Sədr açıqladı...

20.12.2024 | 14:01
Türkiyənin qış möcüzələrini kəşf edin

20.12.2024 | 13:56
Oğuzda pirotexniki vasitələrin səyyar satışı ilə məşğul olan şəxs saxlandı

20.12.2024 | 13:53
Türkiyə-Azərbaycan Media Platforması çərçivəsində növbəti görüş oldu

20.12.2024 | 13:43
Bu şəxslərin hərbi xidmətdən azad edilməsi təklif edilir

20.12.2024 | 13:30
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlandı

20.12.2024 | 13:17
ABŞ Colani ilə görüşmək üçün Dəməşqə heyət göndərdi...

20.12.2024 | 13:02
"Təəssüf ki, BQXK Ermənistanda saxlanılan azərbaycanlıları müdafiə edə bilmir" - Aydın Səfixanlı

20.12.2024 | 12:48
Azərbaycan və Türkiyə arasında regional təhlükəsizlik məsələləri Bakıda müzakirə edildi

20.12.2024 | 12:33
"Ermənistan İkinci Qarabağ müharibəsi dövründə ölkəmizə qarşı beynəlxalq humanitar hüququ pozub" - MN rəsmisi

20.12.2024 | 12:18
İsrail Səfirliyi görmə qabiliyyətini itirmiş dörd Azərbaycan vətəndaşına "OrCam MyEye" cihazlarını hədiyyə etdi

20.12.2024 | 12:05
Bu aktyor "Bir zamanlar İstanbul"da rol alacaq

20.12.2024 | 12:00
"Yeni il şənlikləri zamanı..." - FHN əhaliyə müraciət etdi

20.12.2024 | 11:30
Bir gündə 1,6 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb - DİN məlumat yaydı

20.12.2024 | 11:20
Adil Kərimli Romada italiyalı həmkarı ilə görüşüb

20.12.2024 | 11:10
39 yaşı var, NBA-da rekord qırır...

20.12.2024 | 11:07
Milli Məclis iclas keçirir - 11 məsələ müzakirə olunur

20.12.2024 | 11:05
"Ermənistan Beynəlxalq hüququn bütün norma və prinsiplərini pozub"

20.12.2024 | 11:00
İranda 10 nəfər etirazçı edam olunacaq

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031