"Azərbaycanla Ermənistan arasında sülhün mümkün olduğuna inanırıq" - ABŞ Departamenti
“Biz bu bölgədə sülhün mümkün olduğuna inanırıq və bu istiqamətdə işləməyə davam edəcəyik”.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel dövlət katibi Blinkenin Azərbaycan və Ermənistan liderlərilə telefon danışığı ilə bağlı suala cavablandırarkən deyib.
O, bu məsələ ilə dövlət katibi Blinkenin şəxsən məşğul olduğunu deyib: “Blinken Dövlət katibi olduğu müddətdə müəyyən intervalla hər iki ölkənin dövlət başçıları ilə ünsiyyətdədir. Bizim tərəflərlə təmaslarımız davam edir”.
TAHİR