“COP29 - “Yaşıl maarifləndirmə”də medianın rolu” mövzusunda iki günlük təlim keçirildi - FOTO
Medianın İnkişafı Agentliyi və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə COP29 ideyalarının yerli auditoriyaya çatdırılmasında aktiv iştirak edəcək jurnalistlər üçün silsilə təlimlər çərçivəsində “COP29 - “Yaşıl maarifləndirmə”də medianın rolu” mövzusunda iki günlük təlim yekunlaşıb.
Təlimdə 2001-2010-cu illər arasında iqlim dəyişikliyi siyasətləri üzərində çalışmış, Türkiyəni UNFCCC COP-da müzakirəçi kimi, iqlim dəyişikliyi ilə bağlı müxtəlif beynəlxalq konfrans və tədbirlərdə təmsil etmiş, beynəlxalq ekspert Ayşe Özge Kepenek Bozkırlıoğlu, ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun Enerji və Dayanıqlı İnkişaf Proqramının Baş Elmi İşçisi Əhməd Hümbətov, həmin İnstitutda enerji və ekoloji siyasət, yaşıl enerji və iqlim dəyişikliyi, davamlı inkişaf və su ehtiyatlarının idarə edilməsi üzrə ixtisaslaşmış Baş Elmi İşçi Həcər Hüseynova jurnalistlərlə müvafiq mövzuda geniş fikir mübadiləsi aparıb, onları maraqlandıran sualları cavablandırıb.
Təlimin sonunda iştirakçılar sertifikatla təltif olunublar.
Qeyd edək ki, Təlimdə "Bakı-Xəbər" qəzetinin əməkdaşı İradə Sarıyeva da iştirak edib.
ZÜMRÜD