KÖHNƏ VERSİYA            

Hökumət tütünə görə milyonlarımızın xaricə axmasından narahatdır...

Image

Yerli tütün xammalının keyfiyyətinin tədricən artdığını nəzərə alaraq, hər 1000 ədəd tütün məmulatının istehsalında 2024-cü ildən etibarən yerli xammaldan istifadənin həcmi artırılacaq. Bu məsələ “Tütün və tütün məmulatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Tütün məmulatı qismində siqaret istehsalı ilə bağlı tətbiq ediləcək icazə şərtlərinə məhsulların yerli xammaldan istifadə edilməklə istehsalına icazə verilməsi şərti daxil edilir.

Qanuna uyğun olaraq tütün məmulatının istehsalını həyata keçirən qeydiyyata alınmış sahibkarlıq subyektləri tütün məmulatının istehsalında yerli tütün xammalından istifadə həcmlərinə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə riayət etməlidirlər. Hesab olunur ki, bu, ölkədə kənd təsərrüfatının intensiv inkişafına da töhfə verəcək. Tütünçülüyün inkişafı məqsədilə yeni əkin sahələrinin cəlb edilməsi, yeni tütün sortlarının əkininə stimul verilməsinə səbəb olacaq. İstehsalatda yerli xammal bazasından istifadənin artırılması müvafiq sahədə idxaldan asılılığın əhəmiyyətli dərəcədə aşağı salınmasına, gələcəkdə bu məhsullar üzrə ixrac potensialının artırılmasına səbəb olacaq. Son illər qarşıya qoyulan əsas hədəflərdən biri də respublikada tütünçülüyün inkişafıdır və yerli tütünün keyfiyyətinin beynəlxalq standartlara tədricən çatdırılacağı nəzərə alınaraq, istehsal olunan siqaret məhsulları üzrə minimal yerli xammal tələbinin mərhələli şəkildə artırılması təklif olunur. Bu məqsədlə yerli tütün xammalının keyfiyyətinin tədricən artdığını nəzərə alaraq hər 1000 ədəd tütün məmulatının istehsalında 2024-cü ildən etibarən yerli xammaldan istifadə həcmləri artırılacaq. Qeyd edilən faizlərə nəzarətin dəqiq həyata keçirilməsi məqsədilə yerli tütünün alınması üçün  faizlərə uyğun çəkilər müəyyən edilib. Bildirilir ki, tütün xammalının yeni növlərinin becərilməsi və həcminin artırılması üçün 2024-cü ildə istehsal olunan tütün məmulatlarının tərkibində 96 qram, 2027-2029-cu ildə 100 qram, 2030-cu və daha sonrakı illərdə 120 qram yerli xammal olmalıdır. Hökumət bu qərarını yerli bazarın qorunması məqsədi ilə izah edir. Dövlət Vergi Xidmətinin Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsinin rəisi Azər Süleymanov mövzu ilə bağlı açıqlamasında bildirib ki, ötən il Azərbaycanda 15.3 milyard ədəd siqaret istehsal olunub. Bunun 98 faizi yerli istehsaldır. Amma siqaretlərin Azərbaycanda istehsal edilməsi hələ Azərbaycanın siqaret istehsalı ilə bağlı xaricdən asılı olmadığı demək deyil. Belə ki, Azərbaycanda siqaret istehsal edilsə də, siqaret xammalı baxımından xaricdən ciddi asılılıq var. Bu asılılıq Rusiya-Ukrayna savaşı başlarkən Azərbaycandakı siqaret istehsalçılarını çətin duruma salmışdı. Həmin dövrədək “Azadlıq” radiosunun məlumaına əsasən, Azərbaycanın emal edilmiş tütünə tələbatını Ukrayna təmin edirdi. Savaş başlayandan sonra Ukraynada istehsal və logistika imkanlarının çətinləşməsi Azərbaycanın emal edilmiş tütün idxalına da təsir göstərmişdi. Hətta həmin dövrdə bir müddət bəlli siqaret markaları tapılmadı və siqaret istehsalçıları bu məsələyə dair ayrıca açıqlama da yaydı. Azərbaycanda iri siqaret istehsalçılarından “Tabaterra” QSC-nin açıqlamasında bildirilirdi ki, regionda davam edən müharibə üzündən dünyada logistika sahəsində çətinliklər yaşanmaqdadır və bu səbəbdən yuxarıda qeyd olunan markaların bəzi çeşidləri üçün xammalların təchizat ölkəsi üzrə dəyişiklik prosesi daha çox vaxt tələb edir. Ukraynadan emal edilmiş tütün idxalında problemlər yarandıqdan sonra Azərbaycanın siqaret istehsalçıları emallı tütünü, əsasən, Türkiyədən təmin etməyə başladılar.

Dövlət Gömrük Komitəsinin rəqəmlərinə görə, ötən il Azərbaycan tütün və tütün məhsullarının idxalına 120 milyon dollara yaxın pul xərcləyib. Tütün hər il Azərbaycanda idxalına ən çox vəsait sərf edilən məhsullardandır. Elə hökumətin bu sahəyə marağının artmasına səbəb olan amil də məhz bununla bağlıdır. Özəlliklə 2015-ci il devalvasiyalarından sonra Azərbaycan idxalına çox vəsait xərclədiyi bəlli məhsulların yerli istehsalını artırmağa və ölkədən valyuta çıxışını azaltmağa çalışır. Onu da unutmaq olmaz ki, 2017-ci ildə “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”təsdiqlənmişdi. Tütün əkini sahələrinin genişləndirilməsi və məhsuldarlığın artırılması, tütünün istehsalı, ilkin emalı və son məhsulun ölkədə istehsalının genişləndirilməsi bu proqramın əsas məqsədləri idi. Dövlət Statistika Komitəsinin Azərbaycanda tütünün əkin sahələri ilə bağlı yayımladığı rəqəmlərdən görünür ki, bu proqramın qəbulundan sonra ölkədə tütün əkinlərinin sahəsi artsa da, sonradan yenidən azalmağa başlayıb. Rəsmi rəqəmlərə görə, 2016-cı ilədək Azərbaycanda tütün əkinlərinin sahəsi 1.1-1.4 min hektar arası dəyişib. 2016-cı ildə bu rəqəm 2.4 min hektara yüksəlib. Tütünçülüklə bağlı proqramın qəbulundan sonra 2017-ci ildə bu rəqəm 3 min hektarı aşıb. 2019-2021-ci illərdə Azərbaycanda tütün əkinlərinin sahəsi dəyişməz qalıb – 3.1 min hektar. 2022-ci ildə isə tütün əkinlərinin həcmində ciddi azalma baş verib və əkinlərin həcmi 2.4 min hektara enib. Ötən il 2.7 min hektar ərazidə tütün əkini aparılıb. Deməli, rəqəmlərdən göründüyü kimi, bu istiqamətdə dövlət proqramının icra edilsə də, sonrakı illərdə Azərbaycanda tütün əkini sahələrində kəskin artım baş verməyib. Əkin sahəsi ilə yanaşı, istehsal həcmində də oxşar trend müşahidə edilir. Azərbaycanda tütün istehsalı 2018-ci ildə 5.3 min tondan 6.3 min yona yüksəlib. Ötən il də Azərbaycanda elə 6.3 min ton tütün yetişdirilib. Başqa sözlə, 2018-ci ildən sonra bu bitkinin istehsalında ciddi dəyişiklik baş verməyib. Bu baxımdan, ölkədə yerli tütünün siqaret istehsalındakı payının artması üçün bu istiqamətdə həvəsləndirici addımların atılmasına, yerli tütünün keyfiyyətinin yüksəldilməsinə də ehtiyac var. “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişiklik təklifi, sadəcə, yerli tütün istifadəsi ilə bağlı deyil. Eyni zamanda, qanun layihəsinə əsasən, tütün məmulatı yetişdirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması üçün 34 milyon manatdan az olmayan məbləğdə investisiya qoyulması tələbi də gətirilir. Bu dəyişiklik təklifi belə əsaslandırılır ki, ölkə ərazisində istehsal olunan bir sıra tütün məmulatı sanitar-gigiyena normalarına uyğun gəlmir, bazarda mənşəyi bilinməyən, aşağı keyfiyyətli mallar əhalinin sağlamlığına qorxu törədir, üstəlik, vergidən yayınma halları da geniş vüsət alır. Qanun layihəsində bildirilir ki, tütün məmulatlarının istehsalı spesifik avadanlıq əsasında aparıldığından bu avadanlıqlara əsaslanan istehsal xəttinin qurulması böyük investisiya tələb edir. Müəssisənin normal fəaliyyəti üçün belə avadanlıqdan ibarət iki istehsal xətti olmalıdır. Onu da qeyd edək ki, siqaret bir neçə hissədən ibarətdir. Tütün, üzərindəki kağız, yazılar, pambıq filtr və qablaşması - bu tərkiblərin heç biri Azərbaycanda istehsal olunmur. Müəssisələr var, lakin istehsal üçün lazım olan xammal xaricdən gəlir. Ölkə bu sahədə idxaldan asılıdır. O səbəbdən xaricdə dəyişiklik olan kimi ölkəmizə də təsir edir. İndi bu asılılığın aradan qaldırılması diqqət mərkəzindədir.

Ramil QULİYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031